QISA BİOQRAFİK MƏLUMAT
1959-cu il sentyabrın 21-də Ağstafa rayonunda anadan olub.
1966-1977-cı illərdə Ağstafa rayonu Yenikənd tam orta məktəbində təhsil alıb.
1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Filologiya fakültəsində təhsil alıb və həmin universiteti fərqlənmə diploma ilə bitirib.
2000-ci ildən (2000, 2005, 2010, 2015, 2020-ci illər) Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1985-ci ildə “Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb.
1991-ci ildə “XVII əsr Azərbaycan ədəbi dili” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
1993-cü ildə professor elmi adını alıb.
2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.
ƏMƏK FƏALİYYƏTİ
1985-1987-ci illərdə Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işcisi.
1987-1993-cü illərdə “Ədəbiyyat və incəsənət” qəzetində (indiki “Ədəbiyyat qəzeti”) tənqid və ədəbiyyatşünaslıq şöbəsinə müdiri.
1993-1999-cu illərdə BDU-nun Türkologiya kafedrasının professoru.
1994-2002-ci illərdə BDU-nun Filologiya fakültəsinin dekanı.
1999-cu ildə Filologiya fakültəsində “Dədə Qorqud” elmi-tədqiqat laborotoriyasını yaradaraq onun müdiri təyin olunub.
2000-2017-ci illərdə Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasına müdiri.
2001-ci ildən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Atatürk Mərkəzinin müdiri təyin edilib.
2019-cu ildən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri.
TƏDQİQAT SAHƏSİ
Azərbaycan dili tarixi
Türkologiya
Azərbaycan ədəbiyyatı tarixi
Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixi
Qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlər.
ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ VƏ MÜKAFATLARI
2000-ci il 11 fevral tarixində Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
2019-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.
İCTİMAİ FƏAİYYƏTİ
1995-1996-cı illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komisiyasının (AAK) filologiya elmləri üzrə Ekspert Şurasının üzvü seçilib.
1997- ci ildə isə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının üzvü olub.
1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı” bölməsinin sədri təyin olunub.
1998-ci ildə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının sədri seçilib.
2003-cü ildə AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin edilib.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Dünya Alpaqut Federasiyasının prezidentidir.