QISA BİOQRAFİK MƏLUMAT
1956-cı il sentyabrın 10-da Füzuli rayonunun Merdinli kəndində anadan olub.
1963-1973-cü illərdə Füzuli rayonunun Qaraxanbəyli kənd tam orta məktəbində təhsil alıb.
1973-1978-ci illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.
2007-ci ildən BDU-da çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1982-1985-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun aspirantı olub.
1988-ci ildə “Müasir ingilis dilində feli sifət I mütləq konstruksiyaların semantik strukturunda
asimmetriklik (cümlə və mətn səviyyəsində)” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə
fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2009-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1978-1979-cu illərdə Füzuli rayonunda ingilis dili müəllimi.
1979-1980-cı illərdə Rusiyanın Çita şəhərində Zabaykayle Hərbi Dairəsinin Siyasi idarəsində tərcüməçi.
1981-1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, laboratoriya müdiri və müəllim.
1991-1999-cu illərdə Xəzər Universitetində baş müəllim və xarici əlaqələr şöbəsinin müdiri.
1999-2007-ci illərdə ABU-da xarici əlaqələr üzrə prorektor və ingilis dili fakültəsinin dekanı.
2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin İngilis dili kafedrasının dosenti.
2012-ci ildən BDU-nun İngilis dili (hümanitar fakültələr üzrə) kafedrasının müdiri.
TƏDQİQAT SAHƏSİ
Mətn dilçiliyi
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
1983, Bakı, Azərbaycan. VI Respublika elmi konfransı.
1983, Bakı, Azərbaycan. VI Respublika elmi konfransı.
1984, Bakı, Azərbaycan. Azərbaycan ali təhsil müəssisələrinin aspirantlarının VI Respublika elmi konfransı.
1985, Bakı, Azərbaycan. VIII Respublika elmi konfransı.
1986, Bakı, Azərbaycan. IX Respublika elmi konfransı.
1995, Bakı, Azərbaycan. Xəzər Universiteti .”Xarici dil təhsilinin Nəzəri və praktik məsələləri elmi konfransı”.
1995, Bakı, Azərbaycan. İngilis dilinin tədrisinə həsr edilmiş Bakı konfransı.
1997, Bakı, Azərbaycan. Respublika Elmi Konfransı.
1998, Qrinvil, ABŞ. Şərqi Karolina Universiteti, BMT modeli üzrə konfrans.
2003, Helsinki, Finlandiya. Finlandiya Dilçilik Assosiyasiyasınıən təşkil etdiyi simpozium
İCTİMAİ FƏALİYYƏTİ
2003-2012-ci illərdə ABŞ Dövlət Departamentinin və Avropa Birliyinin maliyyələşdirdiyi qrant layihələrinin direktoru və koordinatoru.
2008-cü ildən Avropa Birliyinin TASİS-TEMPUS proqramı üzrə ekspert.
2007-ci ildən BDU -nun Filologiya fakültəsinin Elmi Şurasının üzvü.
2011-ci ildən Folklor məsələləri jurnalının redaksiya heyətinin üzvü
ABŞ, Böyük Britaniya, Fransa, Belçika, İsveçin aparıcı universitetləri ilə təhsil və elm sahəsində əlaqələr qurmuş və tədqiqatlar aparmışdır.
ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI
1999, YUNESKO-nun Beynəlxalq Kadrlar Akademiyası tərəfindən professor elmi adını alıb.
2001, Tərcümə sahəsinə verdiyi tövhələrə görə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən 21-ci əsrin 2000 İntellektualı siyahısına daxil edilib.
2001, ABŞ-ın Amerika Bioqrafiya İnstitunun Beynəlxalq Tədqiqat Şurasının qərarı ilə 2001-ci ilin adamı seçilib.
2001, Nyu-York Elmlər Akademiyasının üzvü seçilib.
2006, İslam və Gənclik Beynəlxalq konfransının təşkilində fəal iştirakına görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.
2007, Rusiya və Azərbaycan arasında dostluğun, əməkdaşlığın möhkəmləndirilməsində şəxsi xidmətlərinə görə Rusiya Federasiyasının İctimai Mükafatlar Milli Komitəsi tərəfindən M.Lomonosov Ordeni ilə təltif edilmişdir.
2007, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə, və Asayiş Problemi Akademiyasının həqiqi üzvü seçilib.
2011, Bakı Dövlət Universiteti ilə Saarlənd Universiteti arasında əməkdaşlığın əlaqələrinin möhkəmlənməsində şəxsi xidmətlərinə görə Saarland Universitetinin fəxri fərmanı ilə təltif edilib.
2011, Bakı Dövlət Universiteti, Almaniyanın Saarlənd Universiteti və Tbilisi Dövlət Universiteti arasında „Euro Caucasus“ layihəsində fəal iştirakina görə Saarland Universitetinin fəxri fərmanı ilə təltif edilib.
2016, Azərbaycan elminin və təhsilinin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük roluna, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı xidmətlərə görə Bakı Dövlət Universitetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.