QISA BİOQRAFİK MƏLUMAT
1984-cü il avqustun 27-də Tovuz rayonunda anadan olub.
1991-2001-ci illərdə Ukraynanın Xerson şəhərində 51 saylı orta məktəbdə təhsil alıb.
2001-2005-ci illərdə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində “Rus dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin magistratura pilləsində «Xarici ölkələr ədəbiyyatı (rus ədəbiyyatı)» ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
2007-ci ildən Bakı Dövlət Universitetində işləyir.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2011-2015-ci illərdə BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının dissertantı olub. Hal-hazırda «Mir Cəlal nəsrinin rus dilinə tərcümə problemi» mövzusunda dissertasiya üzərində işləyir.
ƏMƏK FƏALİYYƏTİ
2007-2008-ci illərdə BDU-nun Müasir rus ədəbiyyatı kafedrasında baş laborant.
2008-ci ildən BDU-nun Filologiya fakültəsində akademik məsləhətçi (tyutor).
TƏDQİQAT SAHƏSİ
XX əsr rus ədəbiyyatı
Tərcümə problemləri
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KEÇDİYİ KURSLAR, TRENİNQLƏR
2008, Bakı, Azərbaycan. Bakı Dövlət Universiteti və Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiyasiyasının təlim kursunda iştirak edib və sertifikata layiq görülüb.
2009, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində «HTML-in əsasları və bsuCMS sisteminin istifadə qaydaları» kursunu bitirib və sertifikata layiq görülüb.
2011, Bakı, Azərbaycan. BDU-da A.Zamanovun anadan olmasının 100 ililik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Məqalələr
2006, Vasiliy Tyorkin – xalqın xüsusiyyətinin təcəssümü // Elmi axtarışlar, Bakı, AMEA, 2006, XXIX toplu, s. 84-87 (rus dilində)
2007, A.T.Tvardovskinin Vasiliy Tyorkin“ poemasının bədii xüsusiyyətləri // Dil və ədəbiyyat, Bakı, BDU, 2007, 1(55), s. 113-115 (rus dilində)
2011, V.L.Velickonun yaradıcılığında Azərbaycan mövzusu // A.Zamanovun 100 ililik yubileyinə həsr olunmuş «Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər» Respublika elmi konfransın materialları, Baki, "Elm və təhsil", 2011, s. 529-532 (rus dilində)
2012, Проза Мир Джалала в русских переводах // Azərbaycan filologiyasının aktual problemləri. M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransın materialları. XIV cild.
2014, Mir Cəlalın “Bostan oğrusu hekayəsinin rus dilinə tərcümə problemləri // Beynəlxalq elmi-nəzəri jurnal. Dil və ədəbiyyat, Bakı, BDU, 2014, 4 (92).
İCTİMAİ FƏALİYYƏTİ
2009-2014-cü illərdə BDU-nun Filologiya fakültəsində veb-master.
2007-2008-ci tədris ilində BDU-da Yekun Dövlət Attestasiyası Komissiyasının buraxılış işlərinin müdafiəsi üzrə şuranın elmi katibi.
2011-2012-ci illərdə Filologiya fakültəsi məzunlarına diplomların verilməsi üzrə məsul şəxs.
AYGÜN ƏDALƏT QIZI MÜRSƏLOVA
