RƏCƏBLİ ƏBÜLFƏZ ƏJDƏR OĞLU

RƏCƏBLİ ƏBÜLFƏZ ƏJDƏR OĞLU

RƏCƏBLİ ƏBÜLFƏZ ƏJDƏR OĞLU

Dilçi, professor

QISA BİOQRAFİK MƏLUMAT
    1936-cı il mayın 6-da Lənkəran şəhərində anadan olub. 
    1944-1954-cü illərdə Lənkəran şəhər orta məktəbində təhsil alıb. 
    1954-1959-cu illərdə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 
    1963-1971-ci illərdə ADPDİ-nun ingilis dili fakültəsində təhsil alıb.  
    1983-1985-ci illərdə Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsində (beynəlxalq münasibətlər ixtisası üzrə) oxuyub. 
    1960-cı ildən BDU-da çalışır. 
ELMİ DƏRƏCƏ VƏ  ELMİ ADLARI
    1963-1966-cı illərdə ADU-nun Ümumi dilçilik kafedrasının aspirantı olub. 
    1967-ci ildə “Qədim türk yazısı Orxon-Yenisey abidələrinin dili. Morfologiya” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb.  
    1970-ci ildə dosent elmi adını alıb. 
    1978-ci ildə “Orxon-Yenisey abidələrinin dilində feilyaratma” mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri doktoru elmi dərəcəsi alıb.  
    1980-ci ildə professor elmi adını alıb. 
ƏMƏK FƏALİYYƏTİ
    1959-1960-cı illərdə BDU nəşriyyatında korrektor. 
    1960-1961-ci illərdə BDU nəşriyyatında redaktor. 
    1961-ci il ADPU-da laborant. 
    1961-1963-cü illərdə Azərtədrisnəşrldə redactor. 
    1963-1966-cı illərdə BDU-da aspirant. 
    1967-1968-ci illərdə BDU-nun Ümumi dilçilik kafedrasında müəllim.
    1968-1969-cu illərdə BDU-nun Ümumi dilçilik kafedrasında baş müəllim.
    1970-1980-ci illərdə BDU-nun Ümumi dilçilik kafedrasında dosent.
    1980-ci ildən indiyədək BDU-nun Ümumi dilçilik kafedrasında professor.
    2017-2019-cu illərdə BDU-nun Ümumi dilçilik kafedrasının müdiri.
    2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasında professor. 
TƏDQİQAT SAHƏSİ 
    Dil nəzəriyyəsi
    Türkologiya
    Sosiolinqvistika
    Struktur dilçilik
    Universalilər dilçiliyi
    Tipoloji dilçilik
    Türk xalqları tarixi
    Ingilis dili 
    Talış dili
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR 
    1988, Rusiya, Tomskda Beynəlxalq elmi konfrans. 
    1990, Özbəkistan, Orxon-Yenisey abidələri üzrə Almatıda I Beynəlxalq kollokvium
    2000, Türkiyə, Orxon-Yenisey abidələri üzrə İstanbulda II Beynəlxalq kollokvium
    2018, Azərbaycan, Bakı. Bəkir Çobanzadənin 125 illik yubileyinə həsr olunmuş “Azərbaycan dili: dünən və bu gün” mövzusunda Beynəlxalq elmi konfrans.  

ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ VƏ MÜKAFATLARI 
    2014-cü ildə Azərbaycan Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülüb. 
    2016-cı ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. 
İCTİMAİ FƏALİYYƏTİ 
    2006-2018-ci illərdə BDU-nun filologiya fakültəsində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü. 

Əsərləri 

Kitablar
    1979, “Dilçiliyə girişdən tapşırıqlar”
    1982, “Orxon-Yenisey abidələri dilində feilin məna növləri” (rus dilində)
    1988, “Orxon-Yenisey abidələri dilində feilin tərzləri”
    1988, “Dilçilik tarixi”
    1992, “Məktəblinin talışca-azərbaycanca lüğəti”
    1993, “Dil, şüur, cəmiyyət, tarix”
    1993, “Orxon-Yenisey abidələri”
    1994, “Talışlar və talış dili”
    1995, “Talış dilinin orfoqrafiya lüğəti”
    1996, “Tolışə zıvon”
    1996, “Uyğurlar”
    1997, “Dilçiliyə giriş” kursundan praktikum”
    2001, “Qədim türkcə-azərbaycanca lüğət”
    2002, “Göytürk dilinin morfologiyası”
    2003, “Ferdinand dö Sössürün dilçilik görüşləri”
    2003, “Göytürk dilinin sintaksisi”
    2003, “Nəzəri dilçilik”
    2003, “Ulu türklər”
    2003, “Dilçilik metodları”
    2004, “Frankodan sonra İspaniyanın xarici siyasəti” (rus dilində)
    2004, “Göytürk dilinin leksikası”
    2004, “Göytürk dilinin fonetikası”
    2004, “Vilhelm fon Humboldt ümumi dilçiliyin banisi kimi”
    2004, “Linqvistik ölkəşünaslığın əsasları”
    2004, “T.Drayzer və onun “Amerika faciəsi” romanı”
    2004, “Sosiolinqvistika”
    2005, “Struktur dilçilik”
    2006, “Qədim türk yazısı abidələrinin dili, I”
    2006, “Qədim türk yazısı abidələrinin dili, II”
    2006, “Dilçilik tarixi, I”
    2006, “Dilçilik tarixi, II”
    2006, “S.Vurğunun “Komsomol poeması”nın ilk variantı haqqında”
    2006, “Tolışə zivon”
    2006, “Orta məktəbdə tabeli mürəkkəb cümlənin tədrisi”
    2007, “Azərbaycan dilçiliyi”
    2007, “U.D.Uitni-linqvist” (rus dilində)
    2008, “Dilçiliyə giriş” kursundan mühazirə mətnləri”
    2008, “Orxon-Yenisey abidələri dilində feilin afinit formaları”
    2008, V.fon Humboldtun “Bəşər dilləri quruluşunun müxtəlifliyi və bunun bəşəriyyətin mənəvi inkişafına təsiri haqqında” əsərini Azərbaycan dilinə tərcümə etmiş və nəşr etdirmişdir”
    2009, “Talış dilinin fonetikası”
    2009, “Qədim türk Orxon-Yenisey yazısı abidələrinin dili. Morfologiya” (rus dilində)
    2009, “Orxon-Yenisey yazısı abidələri dilində feilyaratma” (rus dilində)
    2009, “Qədim türk yazısı abidələri, I”
    2009, “Qədim türk yazısı abidələri, II”
    2010, “Qədim türk yazısı abidələri, III”
    2010, “Qədim türk yazısı abidələri, IV”
    2010, “Tipoloji dilçilik”
    2010, “Göytürk dilində feilin semantikası”
    2011, “Universalilər dilçiliyi”
    2016, “Dilin struktur səviyyələri”
    2016, “Qədim ərəb dilçiliyi”
    2016, “İngilis dilində modal feillər”
    2016, “London struktur dilçilik məktəbi”
    2016, “Deskriptiv dilçilikdə fonologiya və qrammatika problemləri”
    2017, “Müqayisəli-tarixi dilçilik”
Metodik göstəriş və proqramlar 
    2009, Qədim türk yazısı abidələrinin dili
    2009, Türkologiyaya giriş
    2010, Dilçilik metodları
    2010, Azərbaycan dilçiliyi
    2010, Ümumi dilçilik
    2010, Dilçilik tarixi
    2010, Dil nəzəriyyəsi
    2010, Dilçiliyə giriş
    2010, Sosiolinqvistika
    2010, Struktur dilçilik
    2010, XX əsr dilçilik məktəbləri
    2010, Теория языка
    2010, Лингвистические методы
    2010, Введение в языкознание
    2010, Лингвистические школы ХХ века
    2010, Структурная лингвистика
    2010, История языкознания
    2010, Общее языкознание
    2010, Социолингвистика

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət