QASIMZADƏ FEYZULLA SƏMƏD OĞLU

QASIMZADƏ FEYZULLA SƏMƏD OĞLU

QASIMZADƏ FEYZULLA SƏMƏD OĞLU

Ədəbiyyatşünas, AMEA-nın həqiqi üzvü

Feyzulla Qasımzadə — Azərbaycan EA-nın həqiqi üzvü (akademik), filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi və Əməkdar müəllimi.
1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur.
Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsl onun dərslikləri ilə təhsil almışdır.
O uzun müddət Bakı Dövlət Universitetində tarix və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan ədəbiyyatı tarixi kafedralarının müdiri olmuşdur. 30 elmlər doktoru və 120 elmlər nazmizədi yetişdirmişdir.
SSRİ-nin bir sıra orden və medalları ilə təltif olunmuşdu.
600-dək çap edilmiş elmi məqalənin, onlarla dərslik və monoqrafiyaların müəllifidir.
Onun 50 il pedaqoji və elmi sahədə xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Qafqazın müdafiəsinə görə” (1944) və “Böyük Vətən müharibəsində əmək igidliyinə görə” medalları ilə təltif edilmişdir. 1958-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Feyzulla Qasımzadə 1976-cı ilin 29 martında vəfat etmiş və Mərdəkan kəndində dəfn edilmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət