ƏLİYEV KAMİL YUSİF OĞLU

ƏLİYEV KAMİL YUSİF OĞLU

ƏLİYEV KAMİL YUSİF OĞLU

Dilçi, professor

08 noyabr 1928-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildən başlamışdır. 1947-1953-cü illərdə BDU-nun Filologiya fakültəsində təhsil almışdır. 1963-cü ilədək orta məktəblərdə müəllim, direktor vəzifələrində çalışmışdır.
1963-1968-ci illərdə AMEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda işləmişdir. 1967-ci ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
1971-ci ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasında dosent, 1991-ci ildə professor vəzifəsində fəaliyyət göstərmişdir.
K.Y.Əliyev üslubiyyat, nitq mədəniyyəti və natiqlik sənəti məsələlərinə dair elmi-tədqiqat işləri aparmışdır. O, “Natiqlik sənəti”, “Azərbaycan ədəbi dilinin üslubiyyatı”, “Nitq mədəniyyətinin əsasları” kimi kurslar aparmışdır. Onun təşəbbüsü ilə “Natiqlik sənəti” adlı xüsusi kurs təşkil edilmiş və hüquqşünaslıq, şərqşünaslıq fakültələrinin də tələbələri “Nitq mədəniyyətinin əsasları”nı mənimsəməyə başlamışlar. 1971-1972-ci illərdə universitetdə rus bölmələri üzrə ərəb və fars dillərindən də dərs demişdir.
Onun qələmindən çıxmış “Natiqlik sənəti” və “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” adlı dərsliklərindən həm tələbələr, həm də professor-müəllim heyəti geniş istifadə edir.
13 kitabı və 200-dən artıq elmi məqaləsi çap edilmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət