TALIBZADƏ KAMAL ABDULLA ŞAİQ OĞLU

TALIBZADƏ KAMAL ABDULLA ŞAİQ OĞLU

TALIBZADƏ KAMAL ABDULLA ŞAİQ OĞLU

Ədəbiyyatşünas, AMEA-nın həqiqi üzvü

Kamal Talıbzadə 1923-cü il 14 avqustda Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini burada alan K.Talıbzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və 1945-ci ildən etibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır. Müharibə illərində Azərbaycan Radio komitəsində ştatdankənar müxbir olmuş, 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1949-1952-ci illərdə İstitutda baş elmi işçi, 1952-1960-cı illərdə XIX-XX əsrlər şöbəsinin müdiri, 1960-1981-ci illərdə elmi işlər üzrə direktor müavini, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş, 1980-1986-cı illərdə tənqid tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1987-1994-cü illərdə yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır. 1991-ci ildən Abdulla Şaiq mənzil muzeyinin təşkilatçısı və direktoru olmuş, 1994-cü ildən isə AMEA-nın məsləhətçisi kimi işləmişdir. 1950-1952-ci illərdə BDU-da, 1984-1986-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Yeni dövr Azərbaycan ədəbiyyatı və tənqid tarixindən dərs demişdir. 1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən K.Talıbzadə 1957-1966-cı illərdə "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" respublika Əlaqələndirmə Şurasının sədr müavini, 1966-1971-ci illər sədri, 1968-ci ildə müvəqqəti olaraq institutun direktoru, 1973-1974-cü illər AMEA Rəyasət Heyətinin nəzdində olan elmi kadrların hazırlığı şurasının və ictimai elmlər üzrə elmi məlumat mərkəzi elmi şurasının üzvü, 1960-1981-ci illər institutun elmi Şurasının, doktorluq və namizədlik elmi şuralarının sədr müavini olmuşdur. O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965-1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olmuş, K.Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının (1971-1978) redaksiya heyətində, 1980-1987-ci illərdə Sovet Türkoloqları komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. 1972-ci ildə professor seçilmişdir. İlk mətbuu əsəri - Sovet İttifaqı Qəhrəmanı Adil Quliyevə həsr etdiyi oçerki 1944-cü ildə "Azərbaycanın şanlı oğulları" kitabında çap olunmuşdur. Alim 19 yanvar 2006-cı ildə dünyasını dəyişmişdir.
 1983-cü ildə isə ona "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Elmi işindəki müvəfəqiyyətlərinə görə, xüsusilə, milli tənqidi fikrin tarixi mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidinin tarixi" adlı əsərinə görə 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim edilmişdir. 1985-ci illərdə “Bilik Cəmiyyəti”, mükafatına layiq görülmüş, 1993-cü ildə Azərbaycan Elmlər Akademiyası alimi fəxri fərmanlarla təltif edib, onun nəşr olunan əsərləri beş dəfə mükafatlandırılıb. Kamal Talıbzadə 1970-ci ildə “Fədakar əməyə görə”, 1984-cü ildə SSRİ-nin, 1987-ci ildə Azərbaycanın “Əmək veteranı” medalları ilə təltif edilib, “Qabaqcıl maarif xadimi” (1983) fəxri adlarını alıb. Azərbaycan Jurnalistlər İttifaqı isə 1998-ci ildə tədqiqatçıya “Qızıl Qələm” mükafatını və “Kamaliyyə” diplomunu təqdim edib.
Əsərləri
"Azərbaycan sovet ədəbiyyatı sülh və demokratika uğrunda" (1951);
"Abbas Səhhət" (1955);
"Qorki və Azərbaycan" (1959);
"Ədəbi irs və varislər" (1974);
"XX əsr Azərbaycan tənqidi" (1966);
"Tənqidimiz haqqında qeydlər" (1967);
"Vətəndaş şair" (1975);
"Sənətkarın şəxsiyyəti" (1978);
"Azərbaycan ədəbi tənqidinin tarixi" (1984);
"Abbas Səhhət" (1986);
"Tənqid və tənqidçilər" (1989);
"Seçilmiş əsərləri" (I cild) (1991);
"Seçilmiş əsərləri" (II cild) (1994)

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət