HÜSEYNZADƏ MUXTAR HÜSEYN OĞLU

HÜSEYNZADƏ MUXTAR HÜSEYN OĞLU

HÜSEYNZADƏ MUXTAR HÜSEYN OĞLU

Dilçi, professor

Muxtar Hüseyn oğlu Hüseynzadə (21 mart 21, 1900-cu il - 1985-ci il) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi.

Muxtar Hüseyn oğlu Hüseynzadə 1900-cu il martın 21-də Güney Azərbaycanın Mərənd vilayətinin Zunuz kəndində anadan olmuşdur. Onun gözünü açıb gördüyü və ilk uşaqlıq illərini keçirdiyi İranın vəziyyəti çox ağır idi. Muxtarın atası Hüseyn kişi böyük savadı olmasa da, çox maarifpərvər adam olduğu üçün oğlunu savadlı görmək istəyirdi, buna görə də 1910-cu ildə onu molla məktəbinə qoymuşdu. Getdikdə vəziyyətinin ağırlaşdığını görən Hüseyn kişi öz ailəsi və qardaşı Tağı ilə birlikdə minlərlə iranlı kimi Zaqavqaziyaya köçməyə qərar verir. 1913-cü ildə Muxtar Hüseynzadə ailəsi ilə birlikdə Quzey tərəfə gəlir. Əvvəlcə atası ilə birlikdə mis mədənində fəhlə işləyir. 1917-ci ildə o, Tiflis şəhərinə gəlir və müxtəlif yerlərdə fəhlə işləyir. O, savadını artırmaq üçün arzuladığı şəraiti məhz Gəncə şəhərinə köçdükdən sonra tapır. Bu dövrdə Azərbaycanda savadsızlığın ləğvi kursları yaradılırdı. Savad kursları Gəncə şəhərində də təşkil olunmuşdu. Muxtar da öz savadını artırmaq üçün Gəncədə fəhlə fakültəsinə daxil olaraq 1927-ci ildə oranı bitirir. Lakin irəliləmək eşqi ilə 1927-ci ildə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil oldu. Türk dili və ədəbiyyatı kafedrasının müdiri professor Bəkir Çobanzadə Muxtar Hüseynzadəyə dərs demişdi. Məhz B.Çobanzadənin mühazirələrinin onu cəlb etdiyinə görə Muxtar Hüseynzadə 1931-ci ilə universiteti türk dili və ədəbiyyatı üzrə bitirdi. Muxtar Hüseynzadə aspiranturada oxuduğu vaxt Bakı Kooperativ institutunda müasir Azərbaycan dilində mühazirələr oxumağa başlayır. 1935-ci ildə onun elmi rəhbəri B.Çobanzadə Muxtar Hüseynzadəni Azərbaycan Dövlət Universitetində - ümumi dilçilik kafedrasında dərs deməyə dəvət edir. Muxtar müəllim öz gəlişi ilə özünü tamamilə bu kafedraya həsr edir və 50 il bu kafedrada dərs deyir. Bu illər ərzində o, “Müasir Azərbaycan dili” adlı elmi əsərini 1946-cı ildə müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.[1] O, Azərbaycan dilinin tarixi, nitq mədəniyyəti, əlifba, orfoqrafiya, terminologiya, durğu işarələri sahəsində əsərlər yazmış, Azərbaycan respublikasının ali məktəblərində Orxon-Yenisey abidələrindən mühazirələr oxumuşdur. Bu qədər hərtərəfli fəaliyyətinə baxmayaraq o, müasir Azərbaycan dili üzrə mütəxəssis kimi tanınır. O, istər ali məktəblərində, istər orta məktəblərdə müasir Azərbaycan dili fənninin əsasını qoymuşdur. Müasir Azərbaycan dili sahəsində elmlər namizədləri və doktorları hazırlanmasında onun böyük əməyi olmuşdur. 1980-ci il martın 26-da Azərbaycan SSR Ali və Orta ixtisas Təhsil Nazirliyi Azərbaycan Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiri, Azərbaycan SSR Əməkdar Elm Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı filologiya elmlər doktoru, professor Hüseynzadənin 80 illik yubileyini keçirdi. Bu yubiley mətbuatda respublika mətbuatında geniş işıqladırıldı. O, 1985-ci ildə Bakıda vəfat etmişdi.

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət