ABDULLAYEV GÜLHÜSEYN HÜSEYN OĞLU

ABDULLAYEV GÜLHÜSEYN HÜSEYN OĞLU

ABDULLAYEV GÜLHÜSEYN HÜSEYN OĞLU

Yazıçı-ədəbiyyatşünas, professor

Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur.

3–4 yaşındaikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda almışdır. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirmişdir. aspiranturaya qəbul olunmuş, lakin şəxsiyyətə pərəstiş dövründə həbs edilmiş, 25 il azadlıqdan məhrum olunmuşdur. 1956-cı ildə ona tam bəraət verilmiş, aspiranturaya bərpa edilmişdir.
Əmək fəaliyyətinə hələ tələbə ikən, 1942-ci ildə "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayan Gülhüseyn Hüseynoğlu 1945–1947-ci illərdə "Ədəbiyyat qəzeti" redaksiyasında, 1947–1948-ci illərdə isə Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləmişdir. Mikayil Müşfiq adina 18 N-li məktəbdə dərs demişdir
1957-ci ildə Universitetdə müəllim saxlanmışdır. Universitetin Filologiya fakültəsində Müasir Azərbaycan Sovet ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır.

M.Müşfiq barədə elmi monoqrafik əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. O, şəxsiyyətə pərəstişin ilk qurbanlarından olan Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifidir. "Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeiri isə 1946-cı ildə işıq üzü görmüşdür. Gülhüseyn Hüseynoğlu ədəbiyyatımızda mənsur şerin ilk nümunələrini yaratmışdır.
M.Müşfiq barədə elmi monoqrafik əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır.
Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvü olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında birliyin nəsr bölməsinin rəhbəri seçilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılmışdır.
Gülhüseyn Hüseynoğlu 8 iyul 2013-cü ildə vəfat etmişdir.

Əsərləri
Xəzərin qoynunda Bakı: Uşaqgəncnəşr, 1957, 48 səh.
Bir ömrün çıraqları (hekayələr və povest). Bakı: Uşaqgəncnəşr, 1958, 126 səh.
Poylunun gənc çobanı. Bakı: Uşaqgəncnəşr, 1958, 36 səh.
Etiraf (hekayələr və mənsur şeirlər). Bakı: Azərnəşr, 1961, 92 səh.
Nigarançılığın sonu (hekayələr və mənsur şerlər). Bakı: Azərnəşr, 1963, 75 səh.
Mənsur şeirlər. Bakı: Azərnəşr, 1964, 44 səh.
Ay nur çiləyəndə (hekayələr və mənsur şerlər). Bakı: Azərnəşr, 1964, 88 səh.
Yaşatmaq üçün (hekayələr və mənsur şerlər). Bakı: Azərnəşr, 1966, 155 səh.
İtmiş keçi (hekayələr). Bakı: Gənclik, 1967, 16 səh.
Müşfiq (həyat və yaralıcılığı). Bakı: Azərnəşr, 1968, 107 səh.
İnsan (mənsur şeirlər). Bakı: Gənclik, 1968, 32 səh.
Beşincilər (hekayələr). Bakı: Gənclik, 1969, 36 səh.
Gözəl (mənsur şeirlər). Bakı: Gənclik, 1970, 26 səh.
Sübh çağı. Bakı: Gənclik, 1970, 46 səh.
Mücrü (mənsur şeirlər). Bakı: Gənclik, 1972, 109 səh.
Seçilmiş əsərləri. Bakı: Gənclik, 1974, 332 səh.
Ömrümüz boyu (mənsur şeirlər və hekayələr). Bakı: Gənclik, 1978, 274 səh.
İnsanlar və dalğalar (hekayələr, povestlər, ssenarilər). Bakı: Yazıçı, 1982, 316 səh.
Qatar gedir (mənsur şeirlər və hekayələr). Bakı: Gənclik, 1983, 268 səh.
Simic (hekayələr). Bakı: Gənclik, 1986, 20 səh.
Yana-yana (hekayələr, povestlər, mənsur şeirlər, ssenarilər). Bakı: Yazıçı, 1986, 424 səh.
Çətin yol (hekayələr, sənədli povest, mənsur şerlər). Bakı: Gənclik, 1987, 184 səh.
M.Müşfiqin yaradıcılıq yolu (dərs vəsaiti). Bakı: BDU nəşriyyatı, 1987, 112 səh.
Kişi kimi. Bakı: Gənclik, 1992, 90 səh.
Seçilmiş əsərləri (iki cilddə), I cild. Bakı: Azərnəşr, 1993, 340 səh.
Seçilmiş əsərləri (iki cilddə), II cild. Bakı: Azərnəşr, 1993, 439 səh.
Məhəbbətdirmi bu. Bakı: Gənclik, 1996, 452 səh.
Mikayıl Müşfiq (albom-kitab). Bakı: İşıq, 1999, 152 səh.

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət