Türkoloji dərnək

BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin 22.04.2020-ci il tarixli iclasında TEC-in tərkibində və Türkologiya kafedrası nəzdində “Türkoloji” dərnək yaratmaq ideyası təklif edilib və Türkologiya kafedrasının magistrantı Məleykə Mirzəli məsələnin vacibliyi və yaradılacaq dərnəyin strukturu haqqında məlumat verib. Geniş müzakirələrdən sonra “Türkoloji” dərnəyin yaradılması, mütəmadi olaraq türkologiya elminin aktual problemlərinə həsr edilmiş konfrans və seminarların keçirilməsi qərara alınıb. Dərnək, yaradılandan bəri bir çox respublika və beynəlxalq səviyyəli elmi konfrans və seminarlar keçirib. İki illik fəaliyyəti müddətində keçirilən “Türklər üçün ortaq ünsiyyət dili”, “Təhlükədəki Türk Dilləri”, “Türk xalqlarında Novruz adətləri”, “Türk dövlətlərinin dilləri”, “Əlifba, əlifbaların tarixi və türk dünyasında istifadə edilən əlifbalar: məqsəd, problemlər, həll yolları”, “Qədim Çin salnamələrində türk xalqları haqqında məlumatlar və İpək yolu üzərində Türk-Çin dillərinin çarpazlaşma prosesi” və s. beynəlxalq konfrans və seminarların məruzəçiləri görkəmli türkoloq-alimlər olub: Prof. Timur Kocaoğlu, Prof. Bilgehan Atsız Gökdağ, Prof. Atilla Jorma, Prof. Süer Eker, Dr. Aqşin Əliyev və s. 
Hazırda dərnəyin rəhbəri Türkologiya kafedrasının magistrantı Məleykə Mirzəlidir. 

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət