"Söz" Yaradıcılıq Birliyi Filologiya fakültəsində ədəbi yaradıcılığa maraq göstərən və ədəbi fəaliyyətlə məşğul tələbələrin bacarıqlarını üzə çıxarmaq məqsədilə fəaliyyət göstərir. Birlik fakültədə müxtəlif ədəbi şəxsiyyətlərin yaradıcılığına həsr olunmuş tədbirlər keçirməklə yanaşı, tanınmış şair və yazıçılarla, gənc qələm sahibləri ilə görüşlər təşkil edir. Birliyin rəhbəri Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğludur.