Kafedra haqqında

Ümumi dilçilik kafedrası 1920-ci ildə yaradılmışdır. Kafedra yarandığı vaxtdan ona müxtəlif illərdə prof. V.B.Tomaşevski (1920-1924), dos. M.V.Belyayev (1926-1927), prof. R.İ.Şor (1928-1929), dos. Əkrəm Cəfərov (1939-1940), akad. Məmmədağa Şirəliyev (1940-1951), prof. Muxtar Hüseynzadə (1951-1981), akad. Ağamusa Axundov (1981-1991), prof. Musa Adilov (1991-1996) rəhbərlik etmişdir. 
1996-cı ildə Ümumi dilçilik kafedrası fəaliyyətini dayandırmışdır. 2001-ci ildə kafedra yenidən açılmış və 2016-cı ilə kimi ona Əməkdar elm xadimi, akademik Nizami Qulu oğlu Cəfərov rəhbərlik etmişdir. 2016-2019-cu illərdə kafedra müdiri professor Əbülfəz Əjdər oğlu Rəcəbli olmuşdur. 2019-cu ildən kafedraya akademik Nizami Cəfərov rəhbərlik edir.
Kafedranın əsası elmi-pedaqoji istiqaməti dilçilik tarixi, dil nəzəriyyəsi, sosiolinqvistika, struktur dilçilik, müqayisəli-tipoloji dilçilik, universalilər dilçiliyi, psixolinqvistika, koqnitiv dilçilik, linqvokulturologiya  və s. sahələrin tədqiqi və tədrisidir. 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət