İngilis dili kafedrası 1922-ci ildə yaradılmışdır. 2011-ci ildə kafedra humanitar və təbiət fakültələri üzrə iki yerə ayrılmış və Təbiət fakültələri üzrə ingilis dili kafedrası ayrıca fəaliyyət göstərməyə başlamışdır. Hazırda kafedraya professor Abbas Qurban oğlu Abbasov rəhbərlik edir.
İngilis dili kafedrası BDU-nun Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika, Fizika, Eologiya, Coğrafiya, Kimya, Biologiya, Ekologiya və torpaqşünaslıq fakültələrində, eləcə də hazırlıq şöbəsində (əcnəbi vətəndaşlar üçün) praktik ingilis dili fənninin tədrisi ilə məşğul olur. Bu fakültələrdə ingilis dili həm bakalavriat, həm də magistratura səviyyələrində tədris edilir. Birinci semestrdə kafedranın müəllimləri ingilis dilinin ümumi kursunu, ikinci semestrdə isə ixtisas yönümlü ingilis dili kursunu aparırlar.
Kafedra əməkdaşları müxtəlif ölkələrdə təkmilləşdirmə kursları keçir, mütamadi olaraq beynəlxalq və respublika səviyyəli konfrans, seminar və tədbirlərdə iştirak edirlər.