Kafedra haqqında

Təbiət fakültələri üzrə rus dili kafedrası 1972-ci ildə vahid Rus dili kafedrasının bazası əsasında yaradılmışdır. Kafedraya müxtəlif illərdə dosent Rauza Məmmədbəyli (1972-1976), professor Türkan Əfəndiyeva (1977-1979), baş müəllim Qəzilə Qaziyeva (1980-1981), professor Aqil Hacıyev (1982-1984) rəhbərlik etmişlər. 1984-cü ildən kafedra müdiri Əməkdar müəllim, professor Mikayıl Məhəmməd oğlu Cəfərovdur. M.M.Cəfərov rus dilçiliyinin nəzəri məsələlərinə, rus dilinin tarixinə və tədrisinə dair 100-ə yaxın elmi-metodik əsərin müəllifidir. O, «Rus dilində sifətlərin sinonimliyi (mürəkkəb sözlərin materialı əsasında)», «XVII-XX əsrlər rus dilində mürəkkəb sözlərin struktursemantik inkişafı», «XVII-XX əsrlər rus dilində mürəkkəb sözlərin struktur-semantik inkişafı haqqında», «Rus dilində mürəkkəb sözlərin tarixinə dair oçerklər» monoqrafiyalarını, dosent F.Y.Hüseynova ilə birlikdə ali məktəblərin təbiət fakültələri üçün «Rus dili», təlimi Azərbaycan dilində olan məktəblərin VI sinfi üçün «Rus dili» dərsliklərini çap etdirmişdir.

 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət