Humanitar fakültələr üzrə rus dili kafedrası 1919-cu ildə yaradılmış və ilk müdiri dosent P.O.Pilaşevski olmuşdur. 1939-cu ildə Filologiya fakültəsi bərpa olunarkən təşkil edilmiş kafedralar içərisində Rus dilinin praktik kursu kafedrası da yer almışdır. Həmin il kafedra müdiri vəzifəsinə professor H.Şaxtaxtinski təyin edilmişdir. 1949-1958-ci illərdə kafedraya f.e.n. M.V.Mirzəyeva, rəhbərlik etmiş, 1958-ci ildən kafedranın rəhbəri dos. Əhməd Mahmudov olmuşdur. 1964-cü ildə Rus dili kafedrası yenidən bərpa edilmiş və öz fəaliyyətini f.e.n. M.C.Mövsümzadənin başçılığı ilə davam etdirmişdir. 1967-1972-ci illərdə kafedra müdiri F.H.Hüseynov, 1972-1982-ci illərdə isə dos. F.T.Sultanzadə olmuşdur. 1982-2004-cü illərdə kafedraya professor A.R.Səmədova, 2004-2021-ci illərdə professor Ədibə Paşayeva rəhbərlik etmişdir. 2021-ci ildən kafedra müdiri dosent Tahir Əşrəf oğlu Əliyevdir.
Kafedra humanitar fakültələrdə rus dilinin tədrisini həyata keçirir. Son illər kafedra əməkdaşları çox sayda elmi məqalə, dərslik və dərs vəsaiti çap etdirmişlər.