Rus ədəbiyyatı tarixi kafedrası 1920-ci ildə yaradılmışdır. 1984-cü ildə kafedra iki hissəyə - Klassik rus ədəbiyyatı və Müasir rus ədəbiyyatı kafedralarına bölünmüşdür. Lakin 2011-ci ildən yenidən "Rus ədəbiyyatı tarixi" adı ilə fəaliyyətini davam etdirdirir. 1984-2019-cu illərdə kafedraya professor Aqil Cəfər Xəndan oğlu Hacıyev rəhbərlik etmişdir. 2019-cu ildən kafedra müdiri professor Ədibə Mir Cəlal qızı Paşayevadır.
Müxtəlif illərdə kafedrada görkəmli ədəbiyyatşünas alimlər – akad. Məmməd Arif Dadaşzadə, akad. Məmməd Cəfər, prof. Seyfulla Əsədullayev, prof. Arif Hacıyev çalışmışlar.
Kafedranın əsas elmi-pedaqoji istiqaməti rus ədəbiyyatının tarixi, inkişaf mərhələləri və Azərbaycan-rus ədəbi əlaqələrinin tədrisi və tədqiqidir.