Rus dilçiliyi kafedrası 1939-cu ildə Filologiya fakültəsi bərpa edilərkən yaradılmışdır. İlk müdiri dosent A.V.Bednyakov, sonra isə 1958-ci ilə kimi dosent Qulam Ələkbərli olmuşdur. 1963-1970-ci illərdə kafedraya Əməkdar elm xadimi, professor Məmməd Tağı oğlu Tağıyev, 1971-1990-cı illərdə Əməkdar elm xadimi, professor Firudin Hüseyn oğlu Hüseynov, 1990-2024-cü illərdə isə Əməkdar müəllim, professor Lalə Hüseyn qızı Quliyeva rəhbərlik etmişdir. 2025-ci ildən kafedra müdiri rus dilinin tarixi üzrə mütəxəssis dosent Elvira Akif qızı Heydərovadır.
Dos. E.A.Heydərova 130-dan çox elmi əsərin, o cümlədən 5 dərs vəsaitinin, 6 monoqrafiyanın – («Qədim rus dilində sait fonemlərin istifadədən çıxmasının mərhələləri», «Rus dilində reduksiyaya məruz qalmış fonemlərin tarixi», «Rus dili leksikasının tarixi», «Linqvistik metodologiyaya dair», «Azərbaycandakı rus şivələrinin leksik sistemi», «Azərbaycandakı rus şivələrinin dil portreti»), 3 lüğətin /həmmüəllif/ və 19 proqramın müəllifidir. Məqalələr və tezislər Azərbaycan, Rusiya, Belarusiya, Ukrayna, Qazaxıstan, Çexiya, Böyük Britaniya, Almaniya, Italiya, Hollandiya, ABŞ, Kanada, Yaponiya kimi ölkələrdə dərc edilmişdir. Google Scholar-da Elvira Heydərovanın reytinqi: h-индекс – 5.
Uzun illər kafedraya rəhərlik etmiş Lalə Quliyeva daha çox onomastik tipologiya, rus mənşəli Azərbaycan toponimləri və respublikamızda rus şivələrini araşdırır. 3 monoqrafiya – «Azərbaycanda rus toponimiyası», «Müxtəlif sistemli dillərdə toponimlərin semantik strukturunun tipologiyası», «Toponimlərdə proprial nominasiya vasitələri», 4 dərs vəsaiti, 3 lüğətin /həmmüəllif/ müəllifidir. O, İtaliya və Almaniyada rus dilini tədris etmişdir. Google Scholar-da Lalə Quliyevanın reytinqi: h-индекс – 5.
Prof. S.A.Məhərrəmova mətn dilçiliyi, durğu işarələri, semasiologiya, leksikologiya, istiqamətləri üzrə mütəxəssisdir. 70 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın «Rus və Azərbaycan dillərinin leksik sistemində paradiqmatik münasibətlərin müqayisəli tədqiqi», «Mücərrəd düzəltmə isimlərin struktur-semantik xüsusiyyətləri (rus və Azərbaycan dillərinin materialları əsasında)», 2 dərs vəsaitinin və 12 proqramın müəllifidir.
T.İ.İbrahimova 20-dən artıq məqalənin, 4 kitabın, 1 lüğətin /həmmüəllif/ və 11 proqramın müəllifidir.
F.A.Məmmədbəyli 20-dən artıq məqalənin, 1 kitabın, 2 lüğətin /həmmüəllif/ və 5 proqramın müəllifidir.
N.T.Zeynalova Azərbaycandilli ümumtəhsil məktəblərinin VII, VIII, IX, X və XI sinifləri üçün «Rus dili» dərsliklərinin /həmmüəllif/, 3 qəbul imtahanı proqramı (rus dili) və 6 metodik göstərişin müəllifidir.
N.V.Xıdırov müasir rus dili üzrə mütəxəssis olmaqla bərabər, təcrübəli tərcüməçidir.O, 20-yə yaxın kitabları tərcümə və redaktə etmişdir. Buna Əli Həsənovun «Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti», «AzərTAc – 90» kitablarını göstərmək olar.
A.Q. Muradzadə 21 məqalənin, 1 lüğətin /həmmüəllif/ və 5 proqramın müəllifidir.