Kafedra haqqında

Azərbaycan ədəbiyyatı tarixi kafedrası 1939-cu ildə yaradılmışdır. Kafedranın ilk müdiri Mikayıl Rəfili olmuşdur (1939-1941). Müxtəlif illərdə kafedraya akad. Feyzulla Qasımzadə (1941-1950), prof. Cəfər Xəndan Hacıyev (1951-1961), prof. Mir Cəlal Paşayev (1961-1978), prof. Firudin Hüseynov (1979-1986), AMEA-nın müxbir üzvü, prof. Əlyar Səfərli (1986-1994), AMEA-nın müxbir üzvü, prof. Təhsin Mütəllimov (1995-2000), f.e.d. Baba Babazadə (2000-2001), prof. Qara Namazov (2002-2008) rəhbərlik etmişdir.   
Azərbaycan ədəbiyyatı tarixi kafedrası əsasında 1970-ci ildə Müasir Azərbaycan ədəbiyyatı kafedrası yaradılmış (həmin kafedra isə “Klassik Azərbaycan ədəbiyyatı” adı ilə fəaliyyətini davam etdirmişdir) və 2016-cı ilə qədər fəaliyyət göstərmişdir. Kafedraya müxtəlif illərdə Azərbaycanın Xalq şairi, akademik Bəxtiyar Vahabzadə (1970-1971), AMEA-nın müxbir üzvü, prof. Abbas Zamanov (1972-1979), prof. Cəlal Abdullayev (1979-2010) və prof. Tofiq Hüseynoğlu (2010-2016) rəhbərlik etmişdir.  
2016-cı ildə “Klassik Azərbaycan ədəbiyyatı” və “Müasir Azərbaycan ədəbiyyatı” kafedraları birləşdirilərək yenidən Azərbaycan ədəbiyyatı tarixi kafedrası adlandırılmışdır. Hazırda kafedra müdiri AMEA-nin həqiqi üzvü Nərgiz Arif qızı Paşayevadır.   
Vaxtilə kafedrada Gülhüseyn Hüseynoğlu, Abdulla Abasov, Xalid Əlimirzəyev, Camal Əhmədov, İ.Bektaşi, Nəcəf Quliyev, Bəxtiyar Məmmədzadə, İfrat Əliyeva, Nizaməddin Şəmsizadə və başqa tanınmış ədəbiyyatşünas alimlər çalışmışlar.
Kafedranın əsas elmi-pedaqoji istiqaməti qədim zamanlardan müasir dövrə qədər Azərbaycan ədəbiyyatının inkişaf tarixinin, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid, çağdaş ədəbi proses və ədəbiyyatşünaslığın aktual problemlərini əhatə edən müxtəlif məsələlərin tədqiqi və tədrisidir.
Kafedranın nəzdində iki elmi tədqiqat laboratoriyası – “Dədə Qorqud” ETL və “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL fəaliyyət göstərir. 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət