Kafedra haqqında

Alman və fransız dilləri kafedrası 2001-ci ildə yaradılmışdır. 2007-ci ildən kafedra müdiri Fransanın Akademik Palma (Kavaler dərəcəsi) mükafatı laureatı, dosent Elmira Nadir qızı Fərəcullayevadır. 
Kafedra alman və fransız dilləri üzrə praktik və nəzəri fənləri tədris edir: nitq praktikası, danışıq dili, nitq praktikası məsələləri, praktik qrammatika, yazılı və şifahi nitq praktikası, praktik fonetika, nəzəri fonetika, nəzəri qrammatika, bədii tərcümə, leksikologiya, üslubiyyat və s.
Kafedranın beynəlxalq əlaqələri genişdir. Əməkdaşların əksəriyyəti Fransa və Almaniyada təhsil almış və ya təkmilləşdirmə kursları keçmişlər. 
Azərbaycan-Fransa Dostluq Cəmiyyətin prezidenti, İNALCO-nun fəxri üzvü Elmira Fərəcullayeva Azərbaycanda fransız dilinin inkişafı və təbliğində göstərdiyi xidmətlərə görə Fransanın Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif olunub.
Müəllimlərin metodik fəaliyyətini genişləndirmək üçün Fransanın müqavilə bağlanan universitetlərindən mütəxəssislər dəvət olunur. 2008-2011-ci illərdə Fransa universitetlərinin stajorları (Strasburg, Besançon, Nisa, Lozanna) praktik dərslərdə iştirak etmişlər. İsveçrənin Lozanna Universitetinin magistrantı J.Blank bir semestr ərzində 150 saat tələbələrlə könüllü məşğul olmuşdur.İNALCO-nun doktorantı Aytən Babalıyeva da tələbələrlə praktik dil üzrə məşğələlər keçirib.  
Kafedra müəllimləri tərəfindən universitet üzrə keçirilən olimpiadalara testlər tərtib olunur. Tələbələrimiz respublika olimpiadasında ikinci və üçüncü yerləri qazanmış, Fransanın Azərbaycandakı səfirliyinin və Fransa İnstitutunun təşkil etdiyi tədbirlərdə iştirak etmişlər. Bunlardan Frankofoniya günlərində baş tutan imla müsabiqəsin qeyd etmək olar. İldə iki dəfə “Club de conversation” adlı dərnək təşkil olunur.
Kafedraya Berlin Universitetinin alman dili üzrə professoru dərs deməyə dəvət olunmuşdur. Həmçinin Berlinin Humboldt Universitetinin dosenti Doris Bölke, Michael Gaebel - DAAD lektoru, Köln Universitetinin professoru Sven Meyer, jurnalist Julia Schmidt tələbələr üçün danışıq kursları təşkil etmişlər. BDU-da alman və fransız dilillərini öyrənən tələbələr beynəlxalq səviyyədə B1, B2, C1 sertifikatları ala bilirlər.  

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət