ELMİ TƏQDİQAT MÖVZULARI

Sıra

İstiqamət, problem, mövzu və işin adı

İşin məqsədi

İcra müddəti

İşin rəhbəri

İşin icraçıları

Başlama

Qurtarma

 

İSTİQAMƏT:

Azərbaycan ədəbiyyatşünaslığı

 

 

 

Nərgiz Paşayeva

 

 

PROBLEM: Azərbaycan ədəbiyyatşünaslığının aktual problemləri

 

 

 

 

 

 

MÖVZU: Azərbaycan ədəbiyyatı tarixi və ədəbi tənqidin aktual problemləri

 

2024

2026

 

 

1.  

İŞ:

Mərhələ 1:

 

01.01.25

31.12.25

 

akad.

Nərgiz Paşayeva

2.  

İŞ: Azərbaycan ədəbiyyatında tənqidi realizm

Mərhələ 2: Azərbaycan ədəbiyyatında tənqidi realizm (nəsr)

Tənqidi realizm bir ədəbi cərəyan kimi Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərində formalaşdı. Bu cərəyanın nümayəndələri, əsasən, “Molla Nəsrəddin” ədəbi məktəbinin yetirmələri idi. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.S.Ordubadi bu cərəyanın nəsr qolunu təşkil edirdi. Onların yaradıcılığında tənqidi məzmunlu felyetonlar, məqalələr, hekayə və povestlər üstünlük təşkil edirdi. Bu əsərlərdə dövrün naqislikləri, ictimai eyibləri kəskin ifşa obyektinə çevrilirdi.

Elmi işdə adları çəkilən ədiblərin bədii nəsri müstəqillik dövrünün tələbləri baxımından, yeni baxış bucağından araşdırılacaq, müəllifliyi mübahisəli əsərlərə xüsusi diqqət yetiriləcək, onların dəqiq müəllifi konkret faktlarla əsaslandırılacaq.

01.01.25

31.12.25

 

f.e.d., prof.

Təhsin Mütəllimov

3.  

İŞ: Azərbaycan bədii nəsri ədəbi tənqiddə (2010-2022-ci illər)

Mərhələ 2:         

Azərbaycan romanı ədəbi tənqiddə (2010-2022-ci illər)

      2000-ci ilin əvvəllərindən çağdaş nəsrimizdə, xüsusən roman janrında müəyyən canlanma hiss olunurdu. XXI əsrin yazıçıları dünya ədəbiyyatında baş verən proseslərə, yeni meyillərə, xüsusilə, roman axtarışlarına biganə qala bilmirdilər.

      Azərbaycan romanının inkişafı və müasir romanın tələbləri barədə ədəbi tənqiddə fərqli yanaşmalar var. Hətta bəzi tənqidçilər romanın janr özəlliklərinin hələ də dəyişilməkdə və inkişaf etməkdə olduğunu sübut etməyə çalışırlar. Lakin əsl roman haqqında müxtəlif, fərqli, ziddiyyətli fikirlərin olmasına baxmayaraq, əsərlər yazılır, Azərbaycan ədəbiyyatını zənginləşdirir, öz missiyasını yerinə yetirməkdə davam edir. Bu romanlarda yeni insan axtarışlarını, rəngarəng surətləri görmək mümkündür. Zamanın həqiqətlərinin bədii əksi, obrazların daha realist planda təqdimi, təsvirlərə nisbətən az yer verilməsi çağdaş romanlara fərqli biçim bəxş edir, onu Sovet dönəmində yazılan romanlardan fərqləndirir. Əgər 1920-1991-ci illər romanında şəxsiyyətə pərəstiş, təsvirdə uzunçuluq, hər şeyə qadir obrazlar yaradılırdısa, istiqlaliyyət dövründə qələmə alınan romanlarda dövrün həqiqətlərini əks etdirən hadisələr, toplumun ictimai həyatında mühüm rola malik obrazlara daha geniş yer verilir.

01.01.25

31.12.25

 

f.e.d., prof.

Elçin Əfəndiyev

4.  

İŞ: Ədəbi tənqid və Güney Azərbaycan ədəbiyyatı

Mərhələ 2: Güney Azərbaycan nəsri ədəbi tənqiddə

       Azərbaycan müstəqillik əldə etdikdən sonra Güney və Quzey ədəbiyyatı və ədəbi tənqidi arasında keçilməz sədlər aradan qaldırıldı. Bu gün Güneydə gedən ədəbi prosesi yaxından izləmək imkanı vardır. Baxmayaraq ki, Güneydə nəsr poeziyaya nisbətən daha gəncdir, bununla belə nəsr müxtəlif ədəbi məktəblərlə zəngindir.

      Elmi işdə H.Sahir, G.Səbahi, S.Behrəngi, Q.Sayedi, Q.S.Təbrizi, Ə.Daşqın, R.Bəraheni  və b. nasirlərin yaradıcılığına ədəbi tənqidin mövqeyi işıqlandırılacaq, son illərdə Güney nəsrinin öyrənilməsində və dəyərləndirilməsində ədəbi tənqidin rolu müəyyənləşdiriləcəkdir.

      Bu sahədə tənqidçi və ədəbiyyatşünasların –  C.Yusifli, V.Sultanlı, İ.İsmayıl, N.Cəfərov, A.Əliqızı və b. araşdırmalarına da nəzər salınacaqdır.

01.01.25

31.12.25

 

f.e.d., prof.

Almaz Məmmədova

5.  

İŞ: Ədəbi tənqidin janrları, metodları və araşdırma istiqamətləri

Mərhələ 2: Ədəbi tənqidin yaradıcılıq metodları

     Çağdaş elmi-nəzəri fikirdə ədəbi tənqidin yaradıcılıq metodları ilə bağlı dəqiq qənaətlər mövcud deyildir. Bunun başlıca səbəbi Qərbdə ədəbi tənqid anlayışının terminoloji tutumunun əhatəli olmasından qaynaqlanır.

      Ədəbi tənqidin metodlarının müəyyənləşdirilməsində bədii ədəbiyyatın təsiri labüd olsa da, burada nəzəri cərəyanların rolu da inkar edilməməlidir.

      Elmi plan işində Azərbaycan ədəbi tənqidinin müraciət etdiyi ən mühüm yaradıcılıq metodları araşdırılacaqdır. Tarixi-bioqrafik, mədəni-tarixi, sosioloji, psixoloji, psixoloji-analitik, hermenevtik, semiotik və b. yaradıcılıq metodları elmi-nəzəri müstəvidə dəyərləndiriləcəkdir. Həmçinin müqayisəli ədəbiyyat araşdırmaçılığı – komporativistika və postmodern yaradıcılıq metodları da təhlil obyektinə çevriləcəkdir.

01.01.25

31.12.25

 

f.e.d., prof.

Vaqif Verdiyev

6.  

İŞ: XI əsr Vahid Şərq ədəbi mühiti və intibah

Mərhələ 2: Azərbaycan ədəbi mühiti

       XI əsrin əvvəllərində yaranmış fars şeirində misilsiz xidmətləri olan Azərbaycan şairlərinin yaradıcılığı tədqiq olunacaqdır. Onlardan Fərruxinin həyatı və bədii irsinə xüsusi diqqət yetiriləcəkdir. Sənətkarın hər bir beyti zəmanəsinin əhvali-ruhiyyəsini, həm də həmin dövr şairlərin estetik zövqünü, poetik düşüncəsini əks etdirir. Belə şeirlər həmin dövr ədəbi mühitinə də aydınlıq gətirir. Onlardan məlum olur ki, şairin vaxtında, ümumiyyətlə, sarayda “Şahnamə”yə münasibət mənfi olmuşdur. Şair də həmin mühitin təsiri ilə Firdovsiyə qarşı öz mövqeyini bildirməmişdir. Fərruxinin poeziyasında bəzi dastan qəhrəmanlarının adı çəkilir. Məsələn o “Vamiq və Əzra”, “Kəlilə və Dimnə” haqqında danışır. Şair “Xosrov və Şirin” əfsanəsindən bəhs edir ki, ilk dəfə Bisütun dağını çapan Fərhadın adını çəkir, halbuki Firdovsinin “Şahnamə”sində Fərhadın adı çəkilmir. Görünür, həmin əfsanənin müxtəlif variantları olmuşdur, Nizami Gəncəvi də həmin mövzunu XII əsrdə qələmə alanda məhz Fərruxinin bildiyi variantı qələmə almışdır. Fərruxi poeziyasında ərəb ədəbiyyatının təsiri hiss olunmur.

       Tədqiqat işində həmçinin dövrün ədəbi mühitini formalaşdıran digər sənətkarların da yaradıcılığına nəzər salınacaqdır.

01.01.25

31.12.25

 

f.e.d., prof.

Sənan İbrahimov

7.  

İŞ: “Kitabi-Dədə Qorqud” və müasir Azərbatcan nəsri

Mərhələ 2: Müasir nəsrdə “Dədə Qorqud” motivlərinin başlanğıcı: milli-mənəvi istiqamət

      Müasir Azərbaycan nəsrində “Dədə Qorqud” motivləri M.Rzaquluzadənin yazdığı iki povestlə başlayır. Daha sonra ədibin yeddi hekayəsi nəşr olunur. Hər iki povest birbaşa “Kitabi-Dədə Qorqud” eposu ilə bağlıdır. “Milli-mənəvi istiqamət” xətti “Kitabi-Dədə Qorqud” dastanlarından bəhrələnmişdir.

      Milli nəsrimizdə milli-mənəvi istiqamətin davamını Ə.Muğanlının əsərlərində görürük. “Məclisə Dədə Qorqud gəldi”, “Qorqud Dədənin öyüdü”, “Şəhriyar” povesti və s.

     M.Rzaquluzadə və Ə.Muğanlı nəsrinin özəyini milli-mənəvi istiqamət tutur. Eposun milli ideologiyasını antimilli sovet cəmiyyətinə mənəvi ideyalar altında gətirməklə milli düşüncəni diri saxlamağa, ölməyə qoymamağa çalışırdılar. Anarın nəsrində bu ideyaları daha aydın şəkildə görürük.

01.01.25

31.12.25

 

f.e.d., prof.

Yeganə İsmayılova

8.  

İŞ: Divan ədəbiyyatının ideya-mövzu qaynaqları

Mərhələ 2: Anadilli hekayələr toplusu: “Lisanüt-teyr”

     Şərq xalqları ədəbiyyatında müştərək mövzulardan sayılan “Tutinamə”lər çox olmuş, lakin Nəxşəbinin yaratdığı əsər daha çox məşhurlaşaraq müəllifinə şöhrət qazandırmışdır. Anadilli ədəbiyyatımızda “Tutinamə” mövzusunda yazılan ilk əsər Möhsün Nəsirinin “Lisanüt-teyr” (“Quşların dili”) adlı hekayələr toplusudur. Nəsiri Nəxşəbinin qələmə aldığı əlli iki hekayədən üçünü ixtisara salaraq digərlərinə yaradıcı münasibət bəsləyərək səcli nəsrlə yazdığı əsərini xalq ədəbiyyatı inciləri ilə, bədii ifadə vasitələri ilə zənginləşdirmişdir. Sənətkar “Lisanüt-teyr”i yazmaqla Azərbaycan bədii nəsrində ana dilimizdə yeni bir hekayələr toplusunun əsasını qoymuşdur. Bəzi tədqiqatçılar  “Lisanüt-teyr” əsərinin adına istinad edərək onu digər eyni adlı əsərlərin oxşarı, hətta yenidən işlənmiş forması hesab etmişlər. (T.Həsənov, S.İbrahimov). Plan işində həmin fikirlərə münasibət bildiriləcək, əsərin orijinallığı konkret əsaslarla sübut ediləcəkdir.

      Topludakı hekayələrin mövzu və sənətkarlıq məsələləri ilk dəfə geniş araşdırmaya clb olunacaq, paralellər və müqayisələr aparılmaqla əsərin sənətkarlıq xüsusiyyətləri şərh olunacaqdır.

01.01.25

  

 

f.e.n., dosent

Lalə Əliyeva

9.  

İŞ: XIII-XIV əsrlərdə anadilli epik şeirin inkişafı

Mərhələ 2: Yusif Məddahın “Vərqa və Gülşah” poemasının əsas xüsusiyyətləri

     Tədqiqatın məqsədi anadilli epik poeziyanın inkişafında bu əsərin yeri və əhəmiyyətini müəyyənləşdirməkdir. Araşdırmada əsərin mövzusunun mənbəyi, ideya xüsusiyətləri, dil-üslub keyfiyyətləri ətraflı şəkildə təhlil ediləcək, həmçinin müəllifin ümumi yaradıcılığı barəsində məlumat veriləcək, həyatı haqqında mövcud məlumatlara aydınlıq gətiriləcəkdir. Poemanın əsas surətləri, eləcə də epizodik obrazları tam şəkildə tədqiq olunacaq, bu obrazların özəl keyfiyyətləri üzə çıxarılacaqdır. Xüsusilə Möhsün şah obrazının unikallığı vurğulanacaqdır. Şərq ədəbiyyatında geniş yayılan mövzunun işlənmə tarixinə də toxunulacaqdır. Bu mövzuda XVIII  əsrdə poema  yaradan Məsihinin əsəri ilə müqayisələr aparılacaqdır. Tədqiqatda əsərin sənətkarlıq məsələlərindən də bəhs olunacaqdır. Poemada ölmə və dirilmə məsələsi ciddi formada araşdırılacaqdır.

      Mövzunun elmi yeniliyi xüsusi ilə seçilir. Belə ki, Azərbaycan ədəbiyyataşünaslığında bu poema ayrıca araşdırılmamışdır.Əsər, həmçinin müəllif haqqında bir və ya iki məqalə yazılmışdır. Bu baxımdan, poemanın ayrıca təhlilə cəlb olunması ədəbiyyatşünaslığımızda  mövzunun aktuallığını bir daha sübut edir.

01.01.25

31.12.25

 

f.e.n., dosent

Məhərrəm Vəliyev

10.         

İŞ: Azərbaycan dramaturgiyasında maarifçi ziyalı problemi

Mərhələ 2: XIX əsr Azərbaycan dramaturgiyasında maarifçi obrazların təcəssümü

      Elmi işdə XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri M.F.Axundzadə və N.Vəzirovun dramaturgiyası yeni aspektdə, müstəqillik dövrünün tələbləri səviyyəsində təhlilə cəlb olunacaqdır. Bu ziyalılar həyatlarını xalqı qəflət yuxusundan oyatmaq, zülmə və ədalətsizliyə qarşı mübarizəyə çağırmaq üçün sərf etmişlər. Onlar əqidə və məsləklərindən, tutduqları yoldan ömürlərinin sonuna qədər dönməmiş, son nəfəslərinə qədər xalqa xidmət etmişlər.

      M.F.Axundzadənin komediyalarında XIX əsr Azərbaycan həyatının, məişətinin geniş təsviri verilmişdir. Müəllifin yaratdığı maarifçi gənc obrazlarının arxasında onların təmsil etdiyi qüvvələrin dünyagörüşü, həyat barədə düşüncələri dayanır. Qaranlıq mühitdə işığa, yeniliyə can atan ağıllı, vətənpərvər insanlar da vardır. Onun ilk komediyasında yaratdığı Hacı Nuru M.F.Axundzadədən sonra dramaturgiyada yaranan yeni tipli Əşrəf bəy, Fəxrəddin, Fərhad, İskəndər kimi gənc ziyalı obrazlarının sələfi hesab olunur. Bu ziyalı gənclərin çağırışları, nəcib əməlləri böyük təsir gücünə malik idi. Onlar mövcud ictimai ziddiyyətləri doğuran səbəbləri tam dərk etməsələr də, köhnə dünyanın eybəcərliklərinə nifrət toxumu səpirdilər.

01.01.25

31.12.25

 

f.e.n., dosent

Jalə Hüseynova

11.         

İŞ: Azərbaycan maarifçiliyi və xalqçılıq məfkurəsi

Mərhələ 2: “Əkinçi” qəzeti: şeirimizin yolayrıcı

      Tədqiqat mövzuya yanaşma baxımından aktuallıq kəsb edir. Azərbaycan tarixinin  maarifçilik dövrü kimi səciyyələndirilən XIX əsrdə ictimai fikrin və onun fəal daşıyıcısı olan ədəbiyyatın  ən mühüm təmayülü Şərq-Qərb münasibətlərinə aydınlıq gətirmək, mövqeləri müəyyənləşdirmək idi. Maarifçilik, əsrlər boyunca Şərq İslam mədəniyyətinin ayrılmaz parçası olan Azərbaycanın qarşısında yeni üfüqlər açır, yeni çağırışları aktuallaşdırırdı. Zamanın aktuallaşdırdığı məsələlərdən biri də divan şeirinin təkcə obrazlar sisteminin, poetik aləminin  deyil, mühafizə etdiyi düşüncə və əxlaq tərzinin zamanın “işığına tutulması”, ona maarifçilik meyarları ilə dəyər verilməsi idi. Maarifçi düşüncənin tribunası və milli mətbuatımızın təməli olan “Əkinçi” qəzetində qoyulan başlıca ideyalardan biri köhnəlmiş təsəvvürlərdən imtina edib, yeni zəmanənin və millətin işinə yarayan ədəbiyyat yaratmaq idi.

      Tədqiqatın mövzusu ədəbiyyat tariximizdə realizmin təkamülünün araşdırılması baxımından yenidir.     

 

 

01.01.25

31.12.25

 

f.e.n., dosent

Məti Bayramlı

12.         

İŞ: Orta əsr Azərbaycan şairlərinin yaradıcılığında günəş, ay və su anlayışlarının simvolikası

Mərhələ 2: Simvolik şairlərin yaradıcılığında su və onun atributları

       Klassik ədəbiyyat illərdən bəri ədəbiyyatşünas alimlər tərəfindən səylə tədqiqata cəlb olunmuş, saysız-hesabsız dəyərli elmi əsərlər (monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, məqalələr, tezislər və s.) yazılmışdır. Lakin onu da etiraf etməliyik ki, klassik irsimiz keçilməz bir ümmandır və ucsuz-bucaqsız olan okeanları bir yerdə dayanaraq ən hündür zirvədən belə tam görmək mümkün olmadığı kimi, ədəbiyyatımızın humanizm və sevgi ilə dolu olan, bir idrak ensiklopediyası xarakteri daşıyan bu qızıl fondunu da hələ tam tədqiq etmək mümkün olmamışdır. Klassik Azərbaycan ədəbiyyatı o qədər mükəmməl və zəngindir ki, onun dərin qatlarına gələcək əsrlərdə də nəzər salınacaq, qaranlıq səhifələri işıq üzü görəcək, bir çox mübahisəli məsələləri öz təsdiqini tapacaqdır.

      Elmi plan işində isə yaradılışın əsasında duran dörd ünsürdən su və onun atributlarının (ümman, dəniz, sel, daşqın, Kövsər çayı, Zəmzəm, Səlsəbifl bulağı, göz yaşı, cövhər, şərab və s.) klassik ədəbiyyatda əksi ilə bağlı ortaya çıxan bir çox suallara aydınlıq gətirməyə çalışılacaqdır. “Su” termininin etimologiyası, mənası, işlənmə məqamlarına aydınlıq gətiriləcəkdir.

       Orta əsr Azərbaycan şairlərinin – İ.Nəsimi, Q.Bürhanəddin, Ş.İ.Xətayi, M.Füzuli, S.Təbrizi və b. ədəbi irsində su ilə bağlı bənzətmələr, beytlərin təsəvvüfi məzmununun yozumu qədim Yunan və türk mifik təfəkkürü, Quran və digər mənbələrlə müqayisəli şəkildə şərh olunacaqdır. Yaradıcılığından gətirilən konkret nümunələr əsasında Məhəmməd Füzuli poeziyasında su və odla bağlı bənzətmələrə daha çox rast gəlindiyi sübut ediləcəkdir.     

       B.Ögel, T.Kərimli, S.Şxıyeva, N.Göyüşov, A.Qasımova və b. tədqiqatçıların mövzu ilə bağlı araşdırmalarına nəzər salınacaq, fikir və mülahizələrinə münasibət bildiriləcəkdir.

 

01.01.25

31.12.25

 

f.e.n., dosent Sevinc Qocayeva

13.         

İŞ: İkinci Vətən savaşı dönəmində Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu

Mərhələ 2: İkinci Vətən savaşı dönəmində bədii nəsrdə Qarabağ mövzusu

      İkinci Vətən savaşı dönəmində nəinki Azərbaycan poeziyasında, eyni zamanda nəsrdə və dramaturgiyada döyüşən söz ordusuna komandanlıq edənlərdən oldu. Bu baxımdan, araşdırmaya cəlb olunan mövzu olduqca aktualdır. Nəsrin imkanlarından istifadə edən nasirlərimiz zaman, məkan-insan problemlərinə müxtəlif bucaqlardan yanaşaraq müharibə fəlakətlərinin yaratdığı tale, ömür qırıqlığı, insanın naçarlıq ağrı-acısını təsvir və təhkiyə vasitəsilə oxucuya təbii detallarla çatdıra bildilər. Bu tədqiqatda Mübariz Örənin “Çinar yazıları” hekayəsi, Dərya Qılıncın 2022-ci ildə nəşr olunan İkinci Vətən savaşına həsr olunmuş silsilə povest və hekayələri təhlil və tədqiq obyektinə çevriləcək.

      Varis Yolçuyevin “Qızıl cib caatı” romanı dünya miqyasında erməni millətçiliyinin iç üzünü, riyakar maskasını açmağa hesablanmış əsər kimi qiymətlidir.

      Səxavət Talıblının “Adəmin övladları” romanında bitkin süjetli, gərgin və maraqlı hadisələrlə zəngin əsərlərdəndir. Rusiya və Azərbaycanda son onilliklərdə baş verən hərbi və siyasi hadisələr romanda geniş təsvir obyektidir. Tədqiqatda bu və bunun kimi əsərlər təhlil olunacaqdır.

01.01.25

31.12.25

 

f.e.n., dosent Mətanət Həsənova

14.         

İŞ: İsmayıl Şıxlının yaradıcılığı və ədəbi tənqid

Mərhələ 2: “Dəli Kür” romanında tarixilik

     “Dəli Kür” romanı milli-mənəvi tarixin ədəbi müstəvidə real əksidir. Bu məqamı daha düzgün şəkildə anlaya bilmək üçün, başqa sözlə, İsmayıl Şıxlının sənət prinsipinin nədən ibarət olduğunu bilmək üçün son romanı olan “Ölən dünyam” əsərinə yazdığı ön sözə diqqət etmək lazımdır. Müəllif yazırdı: “O adamların həya­tın­dan əsər yazmaq mümkündür ki, bu həyat cəmiyyətin ictimai, siyasi və sosial tarixi ilə səsləşsin və nəticə e'tibarı ilə fərdi tərcümeyi-hal ictimai tərcümeyi-hala çevrilsin. Xalqın da həyatında taleyüklü dönüş nöqtələri olur.” İsmayıl Şıxlı bir yazıçı kimi mənsub olduğu xalqın həyatının dönüş nöqtələrini işıq­lan­dır­ma­ğa çalışırdı və bu məq­sədlə qələmə sarılırdı. Bu məqamdan çıxış edib onun əsərlərinin niyə çox ol­ma­dığını anlamaq mümkündür. İsmayıl Şıxlı bu mənada demək olar ki, “məqsədli təsvir” ustasıdır. İlk səhifələrdə hələ tarixin həniri hiss edilmir, sa­də­cə yaz və onun gəlişi təqdim edilir. Ancaq araya Kür, onun quduz dalğaları girən kimi tarixi faktların bədii görüntüsü peyda olur.

      Tarixi faktların romanın hər səhifəsində hiss olunması yazıçı qələminin zənginliyini bildirir.

01.01.25

31.12.25

 

f.e.n., dosent Həqiqət Abdiyeva

15.         

İŞ: Uşaq və gənc nəslin tərbiyəsində ədəbiyyatın rolu

Mərhələ 2: Azərbaycan ədəbiyyatında mənəvi-əxlaqi dəyərlər

      Bu mövzuda olan əsərlər ədəbiyyatımızda zamanın keşməkeşləri içərisindən özünün orijinallığını, milli koloritini qoruyub saxlamağa daha çox müvəffəq olmuşdur. Xüsusilə poetik əsərlərimiz sərbəstliyə meyilli, eyni zamanda daha uğurlu variasiyaları ənənəvilik prinsipinin bu sahədəki nisbi üstünlüyü ilə izah oluna bilər.

     Əslində, istər təbiətlə bağlı, istər vətənpərvərlik, torpağa bağlılıqla, kənd və şəhər mövzuları ilə bağlı əsərlər olsun, mahiyyəti ilk növbədə mənəvi-əxlaqi tərbiyə aşılamaq məqsədinə tabedir. Azərbaycan uşaq ədəbiyyatında bu cür tərbiyə üsulunun müxtəlif ədəbi priyomlar, üslub rəngarəngliyinin maraqlı və zəngin qalereyasını seyr etmək olar. Hər bir ədib bu sahədə öz öz baxışı ilə yanaşı, yeni orijinal ifadə vasitələri, deyim tərzi əlavə edir.

      Mənəvi-əxlaqi mövzuların mayasını ümumbəşərilik, sülhpərəstlik, dözümlülük kimi humanist ideyalar təşkil etdiyi şübhəsizdir. Bu mövzu digərlərinin dayandığı yüksək bir səviyyə ilə milli mentalitetə əsaslanır və ondan qidalanır.

01.01.25

31.12.25

 

f.e.n., dosent

İradə Rəhmanova

16.         

İŞ: İstiqlaliyyət dövrü Azərbaycan romanının mövzu və janr problemləri

Mərhələ 2: Çağdaş Azərbaycan romanlarının janr özünəməxsusluğu

      Azərbaycanda müstəqillik dövründə yaranmış tarixi romanlar özünəməxsus mövzu, problematika yeniliyi, janr çalarları ilə diqqəti cəlb edir.

      İstiqlaliyyət dövründə Azərbaycan ədəbiyyatında yaranan tarixi romanlar içərisində Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri diqqətəlayiqdir. İki fərqli tarixi zamanı əhatə edən bu romanda yazıçı şərti-metaforik üsluba söykənərək qənaətlərini orijinal formada əks etdirməyə çalışmışdır.

       Son illərdə Azərbaycan ədəbiyyatında yaranan romanlar içərisində tarixin ruhunu, məfkurəsini əks etdirmək baxımından Ə.Cəfərzadənin “Zərrintac Tahirə” əsəri aparıcı yerlərdən birini tutur.

     Azərbaycanın xalq yazıçısı İ.Şıxlının “Ölən dünyam” romanı yaxın tarixi dövrün prblemlərinin milli müstəvidə əsk olunduğu, orijinal ifadə tərzi ilə seçilən bədii örnəklərdən biri kimi ədəbi-nəzəri fikirdə yüksək qiymətləndirilmişdir.

     Çağdaş Azərbaycan romanlarının bədii-estetik aspektlərini dil-üslub məsələsindən bəhs olunmadan səciyyələndirmək mümkün deyildir. Qeyd edək ki, ayrı-ayrı yazıçıların əsərləri bədii dilin imkanlarından ustalıqla bəhrələnmənin canlı örnəyidir. Xüsusilə İsa Hüseynov (Muğanna), Əzizə Cəfərzadə, Afaq Məsud, Vaqif Sultanlı və b. yazıçıların romanlarında dil hədsiz dərəcədə bədiiliyi, təbiiliyi, axıcılığı, aydınlığı ilə diqqəti cəlb edir.

     Müstəqillik dövrü Azərbaycan romanlarında forma axtarışlarına geniş yer verilməsi, janrın üxtəlif çalarlarına təsadüf olunması diqqətəlayiqdir.

01.01.25

31.12.25

 

f.e.n., dosent Sürəyya Sultanova

17.         

İŞ: Müstəqillik dövrü Azərbaycan nəsri (1991-2000)

Mərhələ 2: Müstəqillik dövrü Azərbaycan povesti (1991-2000)

     Azərbaycan ədəbiyyatında povest janrının öz yeri və üstünlükləri var. Təsadüfi deyil ki, povestə müraciət edən yazıçılar cəmiyyətdə baş verən bir sıra istər ailə-məişət, istərsə də sosial-psixoloji problemləri oxucuya məhz bu janr vasitəsilə çatdırırlar. Yaradıcılıq prosesi daim inkişaf edir. Bütün dövrlərdə bu janra bir çox yazıçılar müraciət etmişlər. Milli ruhun, sağlam əxlaq və tərbiyənin, türkçülüyün, vətən, yurd sevgisinin təbliğində povest janrı böyük rol oynamışdır. S.Əhmədli, M.Süleymanlı, İ.Məlikzadə, Anar, Elçin, O.Fikrətoğlu b. povest janrında gözəl nümunələr yaratmışlar.

      Elmi işdə müstəqillik illərində yaranan povest janrı təhlilə cəlb olunacaq. Ədəbiyyat dövrün, zamanın, ədəbi mühitin inkişaf axınına uyğun olaraq insanın həyat tərzini, əmək fəaliyyətini, mənəvi-əxlaqi xüsusiyyətlərini, hissi-idrakı düşüncələrini və s. tanıtmağı mühüm vəzifə kimi qarşısına qoydu. Bu baxımdan cəmiyyətdə baş verən problemlərin təsviri üçün povest janrına üstünlük verildi. Elmi işdə bu məsələlərə aydınlıq gətiriləcək.

01.01.25

31.12.25

 

f.e.n., Sevinc Abdullayeva

18.         

İŞ: İsa Muğanna yaradıcılığı və ədəbi tənqid

Mərhələ 2: İsa Muğanna yaradıcılığında tarixiliklə mistikanın vəhdəti

      Azərbaycan ədəbiyyatında  insan psixologiyasının dərin araşdırmaçısı, filosofu, tarixçisi İsa Muğanna yaradıcılığında avtobioqrafizmlə yanaşı, tarixi mövzulara və mistik həqiqətlərə çox toxunulmuşdur. Ədəbiyyata özünün “Arx” hekayəsi ilə qədəm qoyan bu böyük yazıçı ustad adını qazanana qədər uzun və keşməkeşli bir yaradıcılıq yolu keçmişdir. Onun insan mənəviyyatını, daxili aləmini hiss etməsi, bu xüsusiyyətləri obrazların üzərində tipikləşdirməsi, tarixi hadisələrə fərdi yanaşma tərzi heyrətamizdir.

    Tarixi mövzuda yaradıcılığına “Məhşər” romanı ilə başlayan yazıçı çağdaş ədəbiyyat üçün böyük bir töhfə verdi. Bu romandakı tarixi ziddiyyətlər, ətrafı qana bulayan Əmir siyasəti oxucunu heyrətləndirməyə bilmir. “Məhşər”dən sonra yazılan “İdeal” romanı isə tarixi, fəlsəfi məzmunu ilə istər oxucuların, istərsə də tənqidçilərin mübahisə və marağına səbəb olan böyük sənət nümunəsidir. Bu roman yazıçının 50-ci illərdə qələmə aldığı “Yanar ürək” romanının fəlsəfi və psixoloji baxımından işlənib, oxuculara çatdırılan yeni variantıdır.

      Yazıçı qələminin qüdrəti ondadır ki, ilanı bir şəxsiyyət kimi oxucuya təqdim edir. Onun gözlərindən tökülən göz yaşları ilə oxucularına bir çağırış edir, onları haqqa gəlməyə çağırır.

01.01.25

31.12.25

 

f.e.n., Sevinc Hüseynli

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət