Mövzunun adı: Rus dilində işgüzar kommunikasiyanın linqvodidaktik xarakteristikası. Mövzunun aktuallığı və məqsədi: İşgüzar kommunikasiya müasir dövrdə geniş vüsət alıbdır. Belə ki, ölkələr, xalqlar arasında inteqrasiya prosesi dərinləşdikcə müəssə, idarə, şirkətlər və təşkilatlar arasındakı əlaqələr də intensivləşir, yazışmalar çoxalır. Bu yazışmaların standartlara uyğun olması üçün onlar həmi forma, həmi də dil cəhətdən müəyyən tələblərə cavab verməlidir. Bunun üçün işgüzar kommunikasiya sahəsində işlənən dil vasitələrinin özəl xüsusiyyətləri araşdırılıb öyrənilməlidir ki, müvafiq qaydalara riayət olunsun. Elmi tədqiqat işi 1. Rus dilçiliyində üslubların təsnifatı. Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: prof. Cəfərov Mikayıl Məhəmməd oğlu. Aktuallığı: Üslubiyyatın (stilistikanın) öyrənilməsi iki məqsəd güdür: nəzəri və praktiki. Dövrümüzdə kütləvi kommunikasiyanın intensivləşdiyi şəraitdə üslubların özəl xüsusiyyətlərinə maraq artır və onlara praktiki yanaşmanın əhəmiyyəti ön plana çıxır. Bunun əsas səbəbi ondan ibarətdir ki, üslubi hadisələrin mənimsənilməsi cəmiyyətin nitq mədəniyyətinə müsbət təsir göstərir. Məqsədi: Mövzu üzrə elmi mənbələri təhlil etməklə rus dilinin üslubiyyatında işgüzar nitqin təsvirini aşkar etmək. Həmçinin rus dilində üslubi təsnifatın əsas prinsiplərini şərh etmək lazımdır. Beləliklə də rus dilində işgüzar üslubun əlamətlərinin öyrənilməsinə diqqəti cəlb etmək və müqayisələr aparmaqla üslublar barəsində də ətraflı məlumat vermək. Alınmış nəticələr: Elmi tədqiqat işində rus dilçiliyində üslubların təsnifatına dair elmi mənbələr araşdırılmışdır, alimlərin bu problemlə bağlı fikirləri öyrənilmişdir. Həmçinin hər bir üslubun özəl cəhətləri qeyd olunmuşdur, onlara məxsus olan dil vasitələrinin funksiyaları və işlənilmə qaydalarına dair izahat verilmişdir. Elmi tədqiqat işi 2. İşgüzar kommunikasiyanın normativ dəyərləri (lakoniklik, dəqiqlik). Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: baş müəllim Qarabağlı Gültəkin Əliyar qızı, baş müəllim Rəsulova Gülnar Məmmədxan qızı, baş müəllim Kazi -zadə Dinarə Adil qızı Aktuallığı: İşgüzar kommunikasiyanın normativ dəyərləri bu üslubun özəl xususiyyətləri ilə şərtlənir. Belə ki, işgüzar üsulun əsasən yazılı formada dövlət aktlarında (sərəncam, əmr, təlimat) dəftərxana yazışmalarında (ərizə, protokol) və s. sənədlərdə işləndiyindən onun dilindən lakoniklik, dəqiqlik, konkretlik kimi keyfiyyətlərə cavab verməlidir. Bu keyfiyyətlərə riayət etmək üçün dil vasitələrinin muvafiq qaydada işlənilməsi haqqında biliyin olması zəruridir. Rus dili dərslərində bu tələbləri geniş dil materialı əsasında tələbələrə mənimsətmək lazımdır. Məqsədi: Rus dilində işgüzar kommunikasiyanın normativ dəyərləri ümumilikdə həmin üslubun özəl dəyərlərini əks etdirir. Bunlardan lakoniklik və dəqiqlik xüsusi əhəmiyyət kəsb edir. Bu normativ dəyərlərin mahiyyəti dil resurslarının qəbul olunmuş qaydalar əsasında işlənməsi ilə bağlıdır. Bu səbəbdən işgüzar üslubun dilində lakoniklik və dəqiqliyi təmin edən normalar və dil resursları dərindən öyrənməlidir. Alınmış nəticələr: Elmi işdə işgüzar kommunikasiyanın lakoniklik və dəqiqlik kimi normativ dəyərlərini təmin edən tələblər təfərruatı ilə araşdırılmışdır və müvafiq rəsmi sənədlərin materialı əsasında nümunələr təqdim edilmişdir. Həmin materiallardan istifadə edərək tələbələr üçün müvafiq çalışma və tapşırıqlar tərtib edilmişdir. Elmi tədqiqat işi:3 Rus dilində işgüzar kommunikasiyanın leksik resursları (işgüzar leksikanın tərkibi). Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: baş müəllim Mustafayeva Dilarə Əhmədağa qızı, baş müəllim Mir Babayeva Nailə Nikolayevna, müəllim Xəlilova Nigar Nazim qızı. Aktuallığı:Rus dilində işgüzar kommunikasiya sahəsində çox işlənən xüsusi dil nümunələri (leksik vahidləri və sintaktik konstruksiyalar) mövcuddur. Leksik nümunələrin tərkibinə bir sıra sözlər daxildir: dövlət idarəsinin adları (tam və qısaldılmış şəkildə), vəzifələrin adları, sənədlərin adları və s. Bu qəbildən olan leksik vahidlərin yazılış və tələffüs qaydaları öyrənilməlidir. Məqsədi: Rus dilində işgüzar kommunikasiyanın reallaşmasını təmin edən dil resurslarının mühüm hissəsini leksik vahidlər təşkil edir. Onların müxtəlif növləri mövcuddur: 1) işgüzar sənədlərin adı (акт, справка, отчёт); 2) inzibati sənədlərin adı (приказ, постановление); 3) dövlətlərarası münasibətlərə dair sənədlərin adı (договор, соглашение); 4) ixtisar olunmuş adlar (БГУ, ООН, США). Həmin leksik qrupların funksional və üslubi cəhətdən təhlil edilməsi üçün elmi işdə lazımi səylər göstərilməlidir Alınmış nəticələr: Rus dilində işgüzar kommunikasiya sahəsində çox işlənən sözlər təyinatı üzrə bir neçə qrupa bölünmüşdür: idarə adları, coğrafi adlar, vəzifə adları, müxtəlif növ sənədlərin adları. Qısaldılmış adlar yeri gəldikcə müvafiq qaydada şərh olunmuşdur. İşgüzar üslubun tələblərini nəzərə alaraq, işgüzar leksikanın yazılışı, oxunuşu və işlənilməsinə dair izahatlar verilmişdir. Tələbələr üçün bir sıra çalışmalar verilmişdir. Elmi tədqiqat işi:4 Rus dilində işgüzar kommunikasiyanın sintaktik resursları (sabit söz birləşmələri). Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: baş müəllim Sənani Gülər Mövsüm qızı, baş müəllim Əsədova Natəvan Əziz qızı. Aktuallığı: Rus dilində işgüzar kommunikasiya sahəsinə xas olan xeyli sayda sabit söz birləşmələrinə rast gəlinir. Bunların tərkibində müxtəlif sintaktik quruluşa malik olan vahidlər və ifadələr mövcuddur. Burada bəzi dövlət idarələrinin rəsmi sənədlərin, vəzifələrin, coğrafi adların nümunələrini göstərmək olar. Həmin söz birləşmələrə daxil olan sözlərin arasında müxtəlif sintaktik əlaqələr müşahidə olunur.Bunların xüsusiyyətləri öyrənilməli və mənimsənilməlidir. Məqsədi: Rus dilində işgüzar kommunikasiyanı reallaşdırmaq üçün leksik vasitələrlə yanaşı müxtəlif növ sintaktik vahidlər də işlənir (sabit söz birləşmələri, sadə və mürəkkəb cümlələr). Sabit söz birləşmələri bir neçə situasiyalarda işlənir: 1) inzibati xidmət sahəsində (служебное письмо,объявить выговор); 2) inzibati idarəetmə sahəsində (заместитель директора, выписка из указа); 3) diplomatik sənədlərdə (укрепление мира, международный контроль). Həmin söz birləşmələri işgüzar nitqin formalaşmasında mühüm rol oynayır və tədqiqat obyekti kimi dərindən öyrənilməıidir. Alınmış nəticələr: Elmi işin nəticələri işgüzar üsluba aid olan mənbələrin dil materialının təhlili əsasında əldə edilmişdir. Həmin materialdan müvafiq sabit söz birləşmələri seçilib onların sintaktik əlaqələri nəzərə alınaraq təsnif olunmuşdur. Belə ki, həmin söz birləşmələrinin məna və quruluşca da müxtəlif növləri göstərilmişdir, konkret misallar əsasında şərhlər verilmişdir. Tələbələr üçün də müxtəlif növ tapşırıqlar tərtib edilmişdir. |
Hesabat dövründə alınmış elmi nəticələr, onların yenilik dərəcəsi Nəticələr səlis və konkret yazılmalıdır |
1. Rus dilində üslubların təsnifatı verilmişdir. 2. İşgüzar kommunikasiyanın normativ qaydaları şərh edilmişdir. 3. İşgüzar kommunikasiyanın leksik resurslarının xüsusiyyətləri göstərilmişdir. 4. İşgüzar kommunikasiya sahəsinə xas olan sabit söz birləşmələri quruluş və işlənmə tərzinə görə qruplaşdırılmışdır. |