Elmi tədqiqat işi 1. Termin yaradıcılığında alınmalar.
Mərhələ I: Azərbaycan dilinin zənginləşməsində alınmalar
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: prof.İ.H.Hacıyeva
Aktuallığı: Dildaxili qarşılıqlı təsirlər tarixi bir prosesdir. O həm struktur, həm də funksional planda dilxarici və dildən kənar təsirlərlə daim əlaqədədir. Bu baxımdan alınma sözlərin mənşəyi və onların ilimizə keçmə formaları daima araşdırılır.
Məqsədi: Azərbaycan dilinin terminlər sistemin öyrənilməsi
Alınmış nəticə: Dilin inkişafındakı qarşılıqlı təsirləri bütün aspektləri nəzərə alınmalıdır. Sözalmanın dilxarici /ekstralinqvistik/ amilləri sırasına xalqlar arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr daxildir. Dünya xalqları arasında ictimai-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin yaranıb inkişaf etməsi dildə də öz əksini tapır. Xalqlar arasında belə əlaqələr davam etdikcə, dillərin qarşılıqlı təsiri və əlaqələri, sözlərin bir dildən digərinə keçməsi prosesi ilə nəticələnir.
Elmi tədqiqat işi 2. İşgüzar və akademik kommunikasiyada işgüzar ünsiyyət prinsipləri
Mərhələ I: Ünsiyyətin formaları, funksiyaları,səviyyələri
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: dos. S.V.Abbasova
Aktuallığı: Kommunikasiyanın qurulmasında ünsiyyətin formaları müasir dilçilikdə aktual məsələlərdə biridir. Ünsiyyətin funksiyaları və səviyyələri kommunikativ vəzifə kimi təhlilə cəlb edilməsixüsusi əhəmiyyətə malikdir.
Məqsədi: İşgüzar kommunikasiya zamanı ünsiyyətin araşdırılması
Alınmış nəticə: Funksional baxımdan ünsiyyətin iki forması:formal(rəsmi) və qeyri formal(qeyri rəsmi) nəzərə catdırılır və bu formaların müxtəlif keyfiyyətləri,xarakterləri ümumiləşdirilir. Ünsiyyətin səviyyələri – sadə(bəsit)səviyyə, manipulyasiya səviyyəsi, standartlaşdırılmış səviyyə, konvensual səviyyə, işgüzar səviyyə,əyləncəli səviyyə, mənəvi səviyyə baxımından araşdırılır.Elmi işdə həmcinin ünsiyyətin funksiyaları anlayışı da təhlil edilərək ən cox yayılmış qrupları: birgə fəaliyyət təşkil etmək, insanların bir-birini dərk etməsi, anlaması, qarşılıqlı münasibətləri formalaşdırmaq və inkişaf etdirmək kimi xüsusiyyətləri təhlil edilmişdir.
Elmi tədqiqat işi 3. Azərbaycan dilinin üslubi imkanları
Mərhələ I: Leksik vahidlərin üslubi imkanları
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: dos. S.M.Seyidova
Aktuallığı: Leksik-semantik söz qruplarından biri sayılan çoxmənalı sözlər dilimizin zəngin məcazlaşma sistemini əks etdirir, bir sözün semantikası altında neçə-neçə məna çalarlarının gizlən-diyini göstərir. Dilin leksik üslubi imkanını səciyyələndirən vasitələrdən biri də omonimlərdir. Onlar formaca çoxmənalı sözlərə oxşasalar da, aralarında semantik bağlılıq olmaması ilə xarakerizə olunur. Ünsiyyət prosesində eyni söz birdən-birə tamamilə fərqli məna ifadə edir ki, bu da nitqdə canlılıq yaradır. Mövzu leksika sahəsinin araşdırılmasınmüstəsna rola malikdir.
Məqsədi: Kommunikasiya zamanı üslubların öyrənilməsi məsələsi.
Alınmış nəticə: Dilin leksik imkanları təkcə leksik söz qrupları ilə yox, digər leksik üslubi layların hesabına zənginləşir. Dilin leksiki--üslubi laylarına daxil olan birinci söz qrupu ümumişlək sözlərdir. Dilin leksik-üslubi laylarından sayılan arxaizm və neolgizmlər ədəbi dilin aktiv və passivliyinə görə lüğət tərkibini təşkil edir. Beləliklə, leksik-semantik söz qruplarının hər birinin özünəməxsus istifadə məqamları mövcuddur və onalar bu elmi işdə öz izahını tapır.
Elmi tədqiqat işi 4. Şifahi işgüzar kommunikasiya
Mərhələ I: İşgüzar ünsiyyət və əsas prinsipləri.
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Dos. Z.P.Nəbiyeva
Aktuallığı: İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, çox saylı əhalinin daha cox istifadə etdiyi kommunikasiya növüdür. Bu baxımda kommunikasiyanın ən aktiv forması işgüzar kommunikasiyanı öyrənmək əhəmiyyətlidir.
Məqsədi:. İşgüzar ünsiyyətin öyrənilməsi.
Alınmış nəticə: Nəticədə məlum olmuşdur ki, işgüzar ünsiyyət aşağıdakı əsas formalarda həyata keçirilir: işgüzar söhbət; işgüzar danışıqlar; mübahisə, diskussiya, polemika; işgüzar müşavirə; kütlə qarşısında çıxış; telefon danışıqları; işgüzar məktublaşma. İşgüzar söhbət müəyyən suallar, yaxud problemlərlə əlaqədar informasiya, yaxud fikir mübadiləsidir. İşgüzar danışıqlar maraqlı tərəflərin ünsiyyəti prosesində razılaşdırılmış qərar qəbul edilməsinin əsas vasitəsidir. İşgüzar müşavirə problemlərin mütəxəssislər qrupu tərəfindən kollektiv müzakirəsi üsuludur. İşgüzar məktublaşma mətnin xüsusi üsulla ötürülməsi ilə əlaqədar müxtəlif məzmunlu sənədlərin ümumiləşdirilmiş adıdır.
Elmi tədqiqat işi 5. Kommunikasiya prosesində cümlə
Mərhələ I: Cümlənin kommunikativ xüsusiyyətləri
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: dos. O.N.Piriyeva
Aktuallığı: Dilldə sintaktik aktuallaşdırma vasitələrindən biri kimi, söz sırası anlayışı mürəkkəb cümlə komponentlərinin sıralanmasını da öz məzmununa daxil edir. Daha çox cümlə vasitəsi ilə ünsiyyət qurulması cümlənin kommunikativ funksiyasının öyrənilməsi zəruri edir.
Məqsədi: Cümlənin rolunun öyrənilməsi
Alınmış nəticə: Məlum olmuşdur ki, mürəkkəb cümlənin, xüsusən də tabeli mürəkkəb cümlə komponentlərinin aktual üzvlənməsinin öyrənilməsi dilimizdə mövcud olan iki struktur tipin inkişaf və formalaşmasını izləməyə imkan verir. Azərbaycan dilində cümlənin beş üzvü var. Bu üzvlər cümlənin məntiqi-qrammatik strukturunda iki üzvə - məlum olanı bildirən temaya və onun əsasında müəyyənləşən, yenini bildirən remaya ayrılır. Cümlənin tema və remaya ayrılaraq üzvlənməsi aktual üzvlənmə adlanır və bu cür üzvlənmə bir sıra dil vasitələri ilə həyata keçirilir. Bu vasitələr içərisində söz sırası da mühüm əhəmiyyət kəsb edir. Cümlə üzvlərinin sırasına cümlənin kommunikativ cəhəti, cümlənin daxil olduğu mətn və nitqin üslubi-struktur xüsusiyyətləri təsir edir.
Elmi tədqiqat işi 6. Azərbaycan onomastika
Mərhələ I: Azərbaycan onomastikasının öyrənilməsi tarixİ
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: müəllim İ.A.Məhərrəmova
Məqsədi: Onamastika tarixinin araşdırılması
Alınmış nəticə: Nəticədə məlum olmuşdur ki, dildə mövcud olan xüsusi adların cəmi onomastikanı təşkil edir.Deməli,onomastika hər hansı bir dildəki xüsusi adların məcmusudur. Məsələn, Azərbaycan dilinin onomastikasi,özbək dilinin onomastikası, türkmən dilinin onomastikası və s. Onomastikya daxil olan hər bir vahid dilin lüğət tərkibinin üzvüdür. Bu üzvlər də başqa vahidlər kimi mənsub olduğu dilin ümumi qanunauyğunluqlarına tabedir və öz qidasını həmin dildən alır.Onomastik vahidlər özünəməxsus spesifik cəhətlərə malikdir. Bunların hər biri sosial işarədir. Ona görədə bəzi mühüm məsələlərin açılmasında bunların xüsusi rolu vardır. Azərbaycan dilçiliyində həll olunmamış onomastika məsələləri hələ də vardır.
Elmi tədqiqat işi 7. Müasir dilçilik istiqamətləri
Mərhələ I: Korpus dilçiliyi
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: dos. Ə.Y.Ağakişiyev
Aktuallığı: Müasir dilçilik istiqamətləri dilçiliyin ən yeni sahəsi kimi tədqiq olunmalıdır. Bu baxımdan Korpus dilçiliyi ilə müasir dilçiliyin təhlilinə başalamq daha məqsədə uyğundur. Klassik dilçilik ənənələri ilə müasir dilçilik kompleks halında araşdırmaya cəlb olunmalıdir.
Məqsədi: Müasir dilçilikdə Korpus dilçilinin öyrənilməsi
Alınmış nəticə: Elmi işdən məlum olmuşdur ki, korpus dilçiliyinin də tez-tez bir dünyagörüşün mərkəzində dil qaydalarının istifadəyə əsaslandığı və natiqlərin bir-biri ilə ünsiyyət qurmaq üçün dildən istifadə etdikləri zaman dəyişikliklərin baş verməsi dəlildir. Müəyyən bir dilin işləri ilə maraqlansanız , İngilis dili kimi istifadə dilini öyrənmək yaxşı bir fikirdir. Bunun səmərəli bir yolu da korpus metodologiyasından istifadə etməkdir Korpus tədqiqatları 1980-ci ildən bəri inkişaf etdi, çünki korpuslar, texnikalar və korpusların istifadəsi lehinə yeni dəlillər daha aydın oldu. Hal-hazırda bu bum davam edir və korpus dilçiliyinin hər iki" məktəbi "də böyüyür Korpus dilçiliyi metodoloji cəhətdən yetkinləşir və korpus dilçilərinin müraciət etdiyi dillər hər il artır.
Elmi tədqiqat işi 8. Akademik kommunikasiyada publik çıxış
Mərhələ I: Publik çıxış və onun xarakteristikası
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: dos.N.K.Məmmədova
Aktuallığı: Natiqlik sənətinin tərkib hissəsinə daxil olan publik çıxış və onun məziyyətlərini araşdırmaq və sistemləşdirmək xüsusi əhəmiyyətə malikdir. Müasir dövrdə publik çıxışın müxtəlif növlərində cıxış edənlərin çoxalmasıda bu sahəyə olan maraqdan xəbər verir.
Məqsədi: Publik çıxış anlayışı və tədqiqi
Alınmış nəticə: Nitqə hazırlıq natiqlik sənətinin əsas mərhələsidir və yaxşı hazırlanmış nitq uğurun yarısı hesab olunur. Kütlə qarşısında çıxış edəcək insan, hər şeydən əvvəl, nitqini düzgün qurmalıdır. Nitqin yazılması və ya şifahi şərhi olduqca mürəkkəb bir prosesdir. Bu proses məqsədyönlü aparılmalıdır. Tələsməyə yol vermək olmaz. Bu prosesi mərhələ -mərhələ aparmaq daha düzgün və məqbul hesab olunur. Şərti olaraq bu mərhələləri belə qruplaşdıra bilərik: mövzu ətrafında düşünüb onu tam mənimsəmək, mövzuya aid ədəbiyyatın toplanması, toplanan ədəbiyyatı qruplaşdırıb nəticə əldə etmək, əldə edilmiş nəticə əsasında plan tərtib etmək, nəhayət, fikrin yekunlaşdırılması- Nəticə. Nitqi söyləməzdən əvvəl bir neçə dəfə məşq etmək lazımdır. Çıxışın əsas hissələrini – giriş və nəticəni, həmçinin faktları (adları, tarixləri və s.) ucadan tələffüz edib, möhkəm yadda saxlamaq lazımdır.
Elmi tədqiqat işi 9. Kommunikasiya prosesində nitqin növləri
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: dos. S.A.Orucova
Mərhələ I: Monoloji nitqin xüsusiyyətləri
Aktuallığı: Monoloji nitq şifahi verbal kommunikasiyanın bir növdür. Müasir dövrdə Televiziya, radio verilişlərində də monoloji nitqdən aktiv formada istifadə olunur. Mühazirə, məruzə, çıxış şifahi monoloji nitqin ən geniş yayılmış növləri kimi təhlilə cəlb edilib araşdırılmalıdır.
Məqsədi: Monoloji nitqi araşdırmaq
Alınmış nəticə: Nəticədə məlum olmuşdur ki, Şifahi monoloji nitq iki formada olur: 1. Təşkil olunmuş nitq. Bu nitq zamanı danışan deyəcəklərini fikrən və ya yazılı şəkildə əvvəlcədən planlaşdırır, düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir, fərdə və ya auditoriyaya müraciət formasını və dil materialını seçir, auditoriyanın səviyyəsini, nitqi necə başlayacağını və bitirəcəyini, deyəcəklərinə onları inandırmaq üçün üsul və priyomları müəyyən edir. 2. Təşkil olunmamış nitq (spontan nitq). Bu nitq xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən nitqdir. Bu cür hazırlıqsız, düşünülməmiş nitqə ekspromt nitq də deyilir. Spontan nitq müxtəlif şəraitdə- küçədə, evdə, işdə və s. yerlərdə baş verə bilər. Bu zaman danışan nitqi sərbəst şəkildə ifadə edir.
Elmi tədqiqat işi 10. Akademik kommunikasiya və ritorika
Mərhələ I: Akademik kommunikasiyanın tarixi
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: dos. Ş.A.Abasova
Aktuallığı: Akademik kommunikasiyada natiqlik sənəti ritorikanın bir hissəsi hesab olunur. Kommunikasiyanın akademik formasını haqqında məlumat verə bilmək üçün ilk öncə natiqlik sənətinin tarixinə nəzər salmaq lazımdır. Natiqlik sənəti və akademik kommunikasiyanın qarşılıqlı əlaqəsi vəhdət halında öyrəliməsi müasidövrdə aktual mövzulardandır.
Məqsədi: Akademik kommunikasiyanın ritorika ilə əlaqəsini örənmək və tarixini araşdırmaq
Alınmış nəticə: Akademik kommunikasiya elm adamları, alimlər, ziyalılar, müəllimlər tərəfindən söylənilən nitqlərdir. Bu nitqlər elmi-praktik konfranslarda, ali məktəb auditoriyalarında, müdafiə sovetlərində və s. yerlərdə söylənilə bilər. Akademik nitq öz məntiqliliyi, fikirlərin ardıcıllığı, söylənilənlərin sübutla, dəlillərlə əsaslandırılması, ümumiləşdirmələri, nəticələri və s. ilə digər nitq növlərindən fərqlənir Nitqin bu növü vasitəsilə yaradıcı insanlar, alimlər və b. öz tədqiqatlarından, araşdırmalarından alınmış nəticələri başqalarına çatdırırlar. Akademik kommunikasiya zamanı əsasən nitqin elmi üslubundan istifadə olunur. Elmi üslub elmi məruzələrin, mühazirə və çıxışların, monoqrafiyaların, elmi məqalələrin, dissertasiyaların, dərsliklərin, dərs vəsaitlərinin və s. dilidir. Bu üslub həmin materialların məzmun və məqsədlərinə əsasən müəyyənləşdirilir.
Elmi tədqiqat işi 11. Azərbaycan ədəbi dil tarixində ailə-məişət üslubu
Mərhələ I: Kitabi-Dədə Qorqudun dilində ailə məişət üslubu
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: dos. S.M.Mərdanova
Annotasiya: Elmi işdə Kitabi-Dədə Qorqudun dilində ailə məişət üslubundan bəhs olunur. Funksional üslublar sistemində ədəbi dilin ailə-məişət üslubundan başqa bədii, elmi, publisistik, rəsmi-işgüzar üslub kimi bir neçə üslubu da mövcuddur. Məlumdur ki, ailə-məişət üslubu ilə müqayisədə bu üslublar daha çox normativ olub, xüsusi mütəxəssislər tərəfindən yaradılır. Məs: elmi üslub alimlər, bədii üslub şair və yazıçılar, publisistik üslub mətbuat, rəsmi-işgüzar üslub isə dövlət işçiləri, rəsmi şəxslər tərəfindən yaradılır. Ailə-məişət üslubu isə bütün üslubların mərkəzində dayanır, yəni bu üslubdan hamı istifadə edir. Lakin tarixə nəzər saldıqda görürük ki, bu üslubun xüsusiyyətləri Azərbaycan ədəbi dili yarandığı dövrdən bəri tədqiq olunmamışdır.Ailə-məişət üslubu Azərbaycan ədəbi dilinin ən qədim funksional üslublarından biridir
Aktuallığı: Üslublar tarix boyu aktual mövzulardan olmuşdur. Məişət üslubun daxilində ailə-məişət üslubunun əhəmiyyətinin araşdırması ədəbi dil tarixibdə üslubların mövqeyinidə müəyyənləşdirə bilir,
Məqsədi: Ailə-məişət üslubunun tarixinin araşdırılması və qədim mənbələrə söykəndiyini müəyyənləşdirmək.
Alınmış nəticə: Bu üslubun əsrlər boyu şifahi şəkildə təzahür etməsi dil tarixçiləri arasında belə bir təsəvvür yaratmışdır ki, onun (ailə-məişət üslubunun) təşəkkülü sonrakı dövrlərə aiddir. Halbuki Azərbaycan ədəbi dilinin qədim abidələrində ailə-məişət üslubu özünün diferensial tipoloji xüsusiyyətləri ilə ortaya çıxmış, həmin abidələrin mətninin stilistik keyfiyyətinə bir sıra hallarda əhəmiyyətli təsir göstərmişdir. Elmi-plan işində “Kitabi-Dədə Qorqud” dastanının dilində ailə-məişət üslubunun xüsusiyyətləri barədə bəhs olunur və ərin arvada, arvadın ərə sözü, atanın oğula, oğulun ataya sözü, ananın oğula, oğulun anaya sözü (müraciəti) kontekstində həmin funksional üslubun xüsusiyyətləri şərh edilir. Bu müraciətlərdə orta əsrlərə məxsus ailə ukladı, ünsiyyət texnologiyaları əks olunur.
Elmi tədqiqat işi 12. Yazının tarixi və növləri.
Mərhələ I: Azərbaycan nağillarında əşyavi yazının növləri
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: dos. X.F.Manaflı.
Aktuallığı: Kommunikasiyanın yazılı formasını araşdırmazdan öncə yazının yaranma tarixini öyrənmək lazımıdr. Tarixə nəzər salsaq, Azərbaycan nağıllarında yazının ilk növü olan əşyavi yazı haqqında kifayət qədər məlumat əldə etmək olar. Şifahi xalq ədəbiyyatı yazılı kommunikasiyanın öyrənilməsi bu baxımdan əhəmiyyətlidir.
Məqsədi: Yazılı kommunikasiya zamanı yazının əhəmiyyətini öyrənmək.
Alınmış nəticə: Demək, yazı insanların dillə, şifahi ünsiyyət saxlamaları mümkün olmadığı şəraitdə, ünsiyyətə olan tələbatdan yaranmışdır. Dilin əmələ gəlməsində olduğu kimi yazının yaranmasında da kollektivin əməyi var. Yəni yazı ayrı-ayrı şəxslər tərəfindən deyil, ümumi kollektiv tərəfindən yaradılmışdır. Yazının əmələ gəlməsində fikrin müxtəlif vasitələrlə əks olunmasının xüsusi təsiri olmuşdur. Yazı əvvəl fikir və ya əşya vasitəsilə, ya da xətlər vasitəsilə əks olunurdu.
Elmi tədqiqat işi 13. Kommunikasiya zamanı dilin funksional üslublardan istifadə
Mərhələ I: Akademik kommunikasiyaya elmi üslubun təsiri
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: müəllim N.M.Hacıyeva
Aktuallığı: Elmi üslub tarix boyu aktual ülublardan biri olmuşdur. Elmi üsluba xas olan xüsusiyyətləri öyrənmək və bu üslubdan istifadə olunan sahələrinin araşdırılması akademik kommunikasıyanın ən vəzifələrindən biridir.
Məqsədi: Akademik kommunikasiya zamanı elmi üslubdan istifadəni araşdırmaq və əlaqələrini təqdiq etmək
Alınmış nəticə: Elmi işdə belə elmi üsluba xas xüsusiyyətlər ümumiləşdirilmişdirdir : 1) Fikrin elmi izahı. Elmi üslubda yaradıcı təfəkkür, elmi düşüncə ön planda durur. Buna uyğun olaraq burada bütün tədqiqatlar elmi xarakterdə olub, elmi dillə izah olunur.2) Terminlərdən istifadə olunması. Bütün elm sahələrini əhatə edən bu üslubun əsas xüsusiyyətlərindən biri də termin zənginliyidir. Hər bir elm sahəsininözünəməxsus terminologiyası var ki, yalnız həmin sahədə çalışan mütəxəssislər tərəfindən tam və aydın başa düşülür. Elmi üslubda yazılmış əsərlər hamı tərəfindən başa düşülmədiyi üçün məhdud auditoriyaya ünvanlanır. 3) Sözlərin həqiqi mənada işlənməsi. Elmi üslubda bədii üslubun əsas göstəricilərindən olan obrazlılığa və emosionallığa təsadüf edilmir. Bu üslubda bütün sözlər öz ilkin, həqiqi mənasında işlənir.4) Mürəkkəb cümlə və ifadələrin, modal sözlərin işlədilməsi. Bu üslubda əsasən nəqli cümlələrə yer verilir, lakin bu cümlələr sadədən mürəkkəbə doğru inkişaf edir. Burada mürəkkəb ifadə və modallıq bildirən sözlərdən tez-tez istifadə olunur. Məs: “tədqiqat göstərmişdir ki”, “belə bir nəticəyə gələ bilərik ki”, “bu nöqteyi-nəzərdən baxdığımızda” və s. 5) Müxtəlif şərti işarə, sxem, düstur, cədvəl və formullardan istifadə olunması.
Elmi tədqiqat işi 14. Kommunikativ əlaqə vasitələri
Mərhələ I: Kommunikasiya anlayışı və ünsiyyətin düzgün qurulmasını şərtləndirən amillər.
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: müəllim A.R.Mirzəyeva
Aktuallığı: Kommunikasiya insanın istənilən fəaliyyətinin əsasını təşkil edir, onu müxtəlif sahələrdə müşayiət edir. Kommunikasiyasız, ünsiyyətsiz heç bir fəaliyyət mümkün deyilvə kommunikasiyanın dilçilik aspektindən öyrənilməsi də xüsusi əhəmiyyətə malikdir.
Məqsədi: Kommunukasiya zamanı dil vasitələrindən düzgün istifadəni müəyyənləşdirmək
Alınmış nəticə: Kommunikasiya, ünsiyyət əsasən, iki yerə ayrılır:1. Verbal kommunikasiya 2. Qeyri-verbal kommunikasiya. Səsimiz dinləyicilərin fikrini çıxışımızın önəmli məqamlarına yönəldir, emosiyalarımızı auditoriyaya çatdırır. Qısaca desək, səsimiz nitqimizi bəzəyir. Əgər səsimiz monoton, sərt və soyuqdursa, biz nəinki insanlara təsir göstərə, heç onları bizi dinləməyə vadar edə bilmərik. Darıxdırıcı səslə danışılan nitqə qulaq asmaq, duzsuz, ədviyyatsız xörək yeməyə, yaxud ağ-qara ekranda cizgi filminə baxmağa bənzəyər. Effektiv səs yalnız ictimaiyyət qarşısında çıxışlar üçün zəruri deyil. Yaxşı idarə olunan səs insanlarla gündəlik ünsiyyətdə təsirli alətdir. Səmimilik və mədəniyyəti əks etdirən təbii səs uğur qazanmağın vacib amilidir. Güclü səs dinləyicilərin diqqətini cəlb etməyə, onları inandırmağa, hörmətini qazanmağa şərait yaradır.
Elmi tədqiqat işi 15. Kommunikasiya prosesində ədəbi dil normalarından düzgün istifadə
Mərhələ I: Fonetik normanın gözlənilməsi
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Fil.ü.f.d. Y.V.Qəhrəmanlı
Aktuallığı: Ədəbi dildə normaların qorunmasına ciddi şəkildə riayət etmək lazımdır. Bu normalar icərisində fonetik normanın öyrənilməsi və gözlənilməsi xüsusi əhəmiyyətə malikdir. Orfoqrafiya və orfoepiya qaydalarının öyrənilməsi norma baxımından vacib məqamdır.
Məqsədi: Kommunikasiya zamanı fonetik norman prinsiplərini müəyyənləşdirmək
Alınmış nəticə: Dildəki fonetik qanun və hadisələr, fonetik norma hər bir dilin öz milli xüsusiyyətləri əsasında yaranır. Bu qanun və hadisələrin dildə rolu çox böyükdür. Xüsusən, başqa dillərdən alınma sözlərin ümumxalq dilinə uyğunlaşdırılmasında fonetik qanun və hadisələr mühüm əhəmiyyət kəsb edir. Belə ki, alınma söz dilin tələblərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, yaxud əksinə, bu və ya digər səs ixtisar edilir, yaxud dəyişdirilir.
Elmi tədqiqat işi 16. Azərbaycan epistolyar mətnlərinin dil xüsusiyyətləri
Mərhələ I: Epistolyar üslubun özəllikələri və epistolyar mətnlərə ümumi baxış
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: dos.L.R.Əfəndiyeva
Aktuallığı: Epistolyar üslub dedikdə məktublar, onların növləri və tərtib olunması qaydaları nəzərdə tutulur. Epistolyar mətnlərin əsasını təşkil edən məktubların yerinin müəyyənləşdirilməsi üslubların öyrənilməsində əsas məsələlədən biridir.
Məqsədi: Epistolyar üslubun xüsusiyyətlərini və məktubların dilini araşdırmaq
Alınmış nəticə: Azərbaycan dilçiliyində, funksional üslub kimi epistolyar üsluba münasibət nisbətən birmənalı qəbul edilmişdir. Əvvəlki illərin bir sıra tədqiqatlarında üslubların diferensiasiyasından danışan və bunları fərqləndirən müəlliflər üslublar arasında sadəcə olaraq, epistolyar üslubun adını çəkməməklə kifayətlənmişlər. Elmi işdə epistolyar üslubun yaranması ilə yanaşı, dilçiliyə dair tədqiqatlarda ona münasibət məsələsi araşdırılmış, Azərbaycan dilçiliyində və rus dilçiliyində bu mövzuda aparılmış tədqiqatlar sistemli şəkildə təhlil edilmişdir.
Elmi tədqiqat işi 17. Kommunikasiya prosesində ünsiyyətin formaları
Mərhələ I: Verbal və qeyri verbal kommunikasiyanın rolu
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Fil.ü.f.d. Ş.N.Əliyeva
Aktuallığı: Kommunikasiya insanın həyatının və fəaliyyətinin əsasını təşkil edir. Kommunikativ vasitələrin formaları və onların öyrənilməsi dilçilik baxımında xüsusi əhəmiyyətə malikdir.
Məqsədi: Ünsiyyət zamanı dil vasitələrindən və qeyri-dil ünsürlərindən istifadəni araşdırmaq
Alınmış nəticə: Məlum olmuşdur ki, Kommunikasiyanın ifadə vasitələri verbal və qeyri-verbal vasitələrdir. Verbal kommunikasiya vasitələri dil, nitq vasitəsilə təmin edilir. Yəni hansı dildən istifadə etməsindən asılı olmayaraq hər bir dil daşıyıcısı nitq vasitəsilə ünsiyyət qurur, öz fikir və düşüncələrini ifadə edir. Verbal kommunikasiyanın iki növü məvcuddur: şifahi kommunikasiya (nitq), yazılı kommunikasiya (nitq). Şifahi nitq tələffüz edilən, eşidərək qavranılan, başa düşülən nitq növüdür. Şifahi nitq zamanı insanlar bir-birini görür, eşidirlər. Şifahi nitqi danışan adamın mimikası və bədəninin ifadəli hərəkətləri, səsinin ahəngi müşayiət edir və onun anlaşılmasına şərait yaradır.
Elmi tədqiqat işi 18. Akademik kommunikasiyanın növləri və xüsusiyyətləri
Mərhələ I: Akademik kommunikasiya anlayışı
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: dos.A.T.Əliyeva
Aktuallığı: Kommunikasiyanın bir növü kimi akademik kommunikasiyanın araşdırmaq vacib məsələlərdə biridir. Akademik kommunikasiya bir termin kimi aydınlaşdırılmalıdır. İşlənmə sahəsi və tətbiq dairəsi öyrənilməlidir.
Məqsədi: Akademik kommunikasiya terminin araşdırılması
Alınmış nəticə: Akademik kommunikasiya bakalaviatura və magistratura pillələrində mətnin elmi üslubda tərtibi, formalaşdırmaq qabiliyyətinin inkişaf etdirilməsi və bu sahədə bacarıqların formalaşdırılması, generasiyasıdır. Əsas şərt elmi işgüzar fəaliyyətin həyata keçirilməsidir: tələbələrdə beynəlxalq elmi jurnalların tələblərinə cavab verən məqalələr yazmaqda vərdişlər yaratmaq, qrant layihələri hazırlamaq, elmi tədqiqatların nəticələrini konfranslarda yüksək səviyyədə təqdim edə bilmək. Bunun üçün elmi mətn qurmağı, akademik kommuni-kasiyanın dil və üslub xüsusiyyətlərini, parametr və prinsiplərini, beynəlxalq norma və tələblərini bilmək lazımdır. Akademik kommunikasiyada elmi texnologiyalara, mətnin modellər əsasında qurulmasına, parafraz və sitat gətirmə vərdişlərinə, əlaqəli qaydada nizamlanmış elmi mətni qiymətləndirmə bacarığına, leksik, qrammatik, üslubi və məntiqi səhvləri düzəltmək səriştəsinə, redaktə etmək qabiliyyətinə yiyələnmək lazımdır.
Elmi tədqiqat işi 19. Ünsiyyətin affektiv-kommunikativ funksiyası
Mərhələ I: Verbal kommunikasiyada emosional- ekspresiv leksika
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: dos. L.Ə.Əliyeva
Aktuallığı: Verbal kommunikasiyada emosional-ekspresiv leksikanın öyrənilməsi dil vahidlərinin kommunikativliyin üzə çıxarılmasında əhəmiyyətə malikdir. Leksika sahəsində işlənən analayışlar təhlilə cəlb olunması affektiv ünsiyyətin öyrənilməsi baxımında xüsusi rola malikdir.
Məqsədi: Ünsiyyət zamanı dil vasitələrinin işlənmə məqamlarının öyrənilməsi
Alınmış nəticə: Elmi işdə verbal kommunikasiyada emosionallığın leksik səviyyədə ifadə vasitələri haqqında araşdırma aparılmışdır. İnsanların bir-birinə qarşı mənfi və müsbət münasibətləri onların emosiyalarında öz əksini tapır. Dil vahidlərini də iki qrupa ayırmaq olar: mənfi və müsbət emosiyaları ifadə edən vahidlər. Məsələn: sevinc-kədər, şadlıq-qəm, xoşbəxtlik-bədbəxtlik və s. Elmi işdə emosionallığı ifadə edən konkret və abstrakt leksika üzrə bölgü aparılmış, sinonimlər, antonimlər, frazeoloji birləşmələr, atalar sözü və məsəllər, məcazlar, nitq etiketləri tədqiqata cəlb olunmuş, onların kommunikativliyi bədii əsərdən götürülmüş nümunələrlə göstərilmişdir.