Sıra № |
İstiqamət, problem, mövzu və işin adı |
İşin məqsədi |
İcra müddəti |
İşin rəhbəri |
İşin icraçıları |
|
Başlama |
Qurtarma |
|||||
|
İSTİQAMƏT: Poetik xalq yaradıcılığı |
|
|
|
Səhər Orucova |
|
|
PROBLEM: Azərbaycan folklorunun aktual problemləri |
|
|
|
|
|
|
MÖVZU: Azərbaycan epik folklorunun aktual problemləri |
|
2024 |
2026 |
|
|
1. |
İŞ: Qərbi Azərbaycan epik folklorunun səciyyəvi xüsusiyyətləri Mərhələ 2: Qərbi Azərbaycan əfsanə və rəvayətlərinin oxşar və fərqli cəhətləri |
Məlumdur ki, hazırda Qərbi Azərbaycan əhalisinin ata-baba torpaqlarına qaytarılması ilə bağlı dövlət səviyyəsində iş aparılır. Əfsanə və rəvayət mətnləri həmin torpaqların flora, fauna, landşaft, toponimika, adət və ənənələri ilə bağlı səhih məlumatları özündə daşıyır. Bu baxımdan həmin informasiyalar o ərazilərin tarixən bizə mənsubluğunu təsdiqləyən faktlar kimi çıxış edir. Dövlət qurumlarımızın beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırarkən sözügedən faktlardan bir sübut kimi istifadə edə bilmək imkanı mövzunun aktuallığını təşkil edir. Vaxtilə əhalisi deportasiya edilərək ölkəmizin müxtəlif bölgələrinə səpələnmiş Qərbi Azərbaycanın folkloruna aid olan əfsanə və rəvayət janrları nümunələrinin qorunaraq tədqiq edilməsi, gələcək nəsillərə ötürülməsi elmi işin əsas məqsədidir. Həmin örnəklər folklor ekspedisiyaları zamanı qaçqın düşərgələrinin sakinlərindən 30 il ərzində yazıya alınmışdır. Bu yolla onların itib-batmasının, keçən müddətdə dünyasını dəyişmiş söyləyicilərin yaddaşında getməsinin qarşısı alınmışdır. İndiki mərhələdə əldə olan əfsanə və rəvayətlərin müxtəlif aspektlərdən təsnif, təhlil, tədqiq edilməsi qarşıda duran vəzifədir. Qərbi Azərbaycan əfsanə və rəvayətlərinin yazıya alınması, nəşri sahəsində xeyli iş görülmüşdür. Lakin onların müəyyən bir prinsip üzrə qruplaşdırılması, struktur və estetik xüsusiyyətləri baxımından araşdırılması səviyyəsi qənaətbəxş deyildir. Elmi işin yeniliyi bu iki janrın dünya folkloru kontekstində nəzərdən keçirilməsidir. Bu, həmin nümunələrdəki yerli, mental özünəməxsusluqlarla yanaşı, tipoloji, bəşəri əlamətlərin də üzə çıxarılmasına imkan verəcəkdir. |
01.01.25 |
31.12.25 |
|
Prof. Səhər Orucova |
2. |
İŞ: Türk mifoloji düşüncəsində məişətlə bağlı ritual-mərasimlər: strukturu, poetik sistemi, obrazları və tipologiyası Mərhələ 2: Mifopoetik ənənədə evlənmə və toy mərasimi ilə bağlı rituallar |
Türk xalqlarının mifoloji düşüncəsində evlənmə ənənəsinin başlıca meyarı iki fərdin ailə quraraq nəslini davam etdirməsi ilə bağlıdır. Türk cəmiyyətində evlənmə mənəvi-mədəni dəyərlərdən biridir. Türk etnosunun mifoloji yaddaşında ənənəvi və qeyri-ənənəvi evlilik mərasim və rituallarının mövcud mənbələr əsasında araşdırılması çağdaş dövrdə aktuallıq kəsb edir . Mifoloji şüurda yer alan “evlənmə” mərasimi “təbii varlıq”dan mədəni-sosial varlığa keçid mərhələsini təşkil edir. Evlənmə və toy mərasimi ritualları təkcə qadın və kişinin bir-biri üzərində müəyyən haqlara sahibolması deyil, əslində soyun, nəslin davam etdirilməsi kimi mühüm faktoru şərtləndirir. Elmi işdə əsas məqsədimiz ümumtürk mənbələrində, epos və dastanlarda evlənmə və toy mərasimi ilə bağlı ritualların yaranma və yayılma arealını müəyyənləşdirməkdir.Türk xalqlarında evlənmə mərasim-rituallarının ilk izləri Hunlara aiddir. Tədqiqatda həmçinin məqsəd evlənmə və toy mərasim-rituallarının tarixi-mifoloji izlərini araşdırmaqdır . Mövzu ilə bağlı indiyədək bəzi araşdırmaların olmasına baxmayaraq, bu tədqiqatda mövzuya mifoloji-tarixi aspektdən diqqət yetirilmiş, mövcud mənbələr əsasında evlənmə və toy mərasim-ritualları islamdan əvvəlki mərhələdə türk toplumu arasında bir mədəniyyət faktoru kimi dəyərləndirilmişdir. Türklərdə qrup içi evlilik – yəni endoqamiyanın olmasına dair tədqiqatçıların fikirləri də diqqəti cəlb edir. Eyni zamanda Altay türkləri arasında evlənmə mərasiminin qızqaçırma və yağma yolu ilə həyata keçməsi ilə bağlı və s. süjetlər, həmçinin yağma yolu ilə gətirilən qadınların evlərdə xatun olması , yəni baş qadın olması və s. məsələlərə münasibət də işin elmi yeniliklərini əhatə edir. |
01.01.25 |
31.12.25 |
|
Dos. Ülkər Nəbiyeva |
3. |
İŞ: Azərbaycan xalq inanclarının poetikası və tipologiyası Mərhələ 2: Azərbaycan xalq inanclarının genezisi və janr diferensiasiyası |
“Azərbaycan xalq inanclarının genezisi və janr diferensiasiyası” Azərbaycan paremiologiyasının aktual problemlərindəndir. Azərbaycan folklorşünaslığında xalq inanclarının poetikası və tipologiyası məsələsi diqqətdən kənar qalan məsələlərdəndir. Bu problemin araşdırılması üçün, öncə, inancların mənşəyini, yəni genezisini araşdırmaq, inanc mətnlərinin çoxprofilli funksionallığını nəzərə alaraq janrın diferensiasiyasını, başqa sözlə, onun janr tiplərini müəyyənləşdirmək lazımdır. Elmi işdə əsas məqsədimiz Azərbaycan xalq inanclarının genezisini araşdırmaq və janr diferensiasiyasını müəyyənləşdirməkdir. Bu məqsədin həyata keçirilməsi bir neçə konkret problemin həllini tələb edir: a) inancların formalaşmasında milli mifoloji düşüncənin rolu; b) inanclar və milli adət-ənənələr, milli etnoqrafiya məsələsi; c) inancların əsas funksiyaları məsələsi; d) funksionallıqdan asılı olaraq inancların janr tipləri məsələsi. Məqsəd və vəzifələrin yerinə yetirilməsi elmi-tədqiqat işinin yeniliyini müəyyən edəcəkdir. |
01.01.25 |
31.12.25 |
|
Dos. Etibar Talıblı |
4. |
İŞ: Güney Azərbaycan folklorunda miflər Mərhələ 2: Güney Azərbaycan folklorunda etnoqonik miflər |
Güney Azərbaycan folklorunda insanların yaranması, xalqların,. topluluqların meydana gəlməsi, evlilik və qohumluq sisteminin əsasının qoyulması və s.-ni özündə əks etdirən etnoqonik miflər mövzusu araşdırılmasını gözləyən aktual problemlərdəndir. Güney Azərbaycan folklorunda etnoqonik miflərin özünəməxsus cəhətlərinin araşdırılması indiyədək diqqətdən kənarda qalmışdır. Elmi işdə əsas məqsəd Güney Azərbaycan folklorunda etnoqonik miflərin özünəməxsus cəhətləri müəyyənləşdirməkdir. Güney Azərbaycan folklorunda etnoqonik miflər ilk dəfə olaraq geniş aspektdən araşdırılır. |
01.01.25 |
31.12.25 |
|
Dos. Məhəmməd Məmmədov |
5. |
İŞ: Beynəlxalq statuslu nağıl personajları Mərhələ 2: Sehrli nağıllardakı Cadugər obrazının genezsinə dair |
Nağıl janrının əhəmiyyətli bir hissəsini təşkil edən sehrli nağıllar nəzəri cəhətdən müxtəlif aspektlərdən tədqiq olunmuşdur. Həmçinin onların obrazlar sisteminə daxil olan mifik və real personajlar da az-çox araşdırılmışdır. Sehr və magiyanı idarə edən, qeyri-adi, sirli xarakterli Cadugər obrazının tədqiqi isə, zənnimizcə, səthi olmuşdur. Həm qadın, həm də kişi cinsli bu obraz monoteist dinlərə qədərki dövrdə sakral biliyə, təbiət qüvvələrinə çıxışı olan, bitki və heyvanların dilini anlayan, bilikli bir şəxs kimi qəbul edilmişdir. İnsanlar öz müşkülü və dərdi ilə ona üz tutub imdad diləyər və çarə tapardılar. Monoteist dinlərin gəlişi ilə bu şəxslər din xadimlərinə bir rəqib kimi görülərək mənfi işarəli, şeytana xidmət edən varlıqlara çevrilmişlər. Obrazın bu transformasiyası folklorşünaslığımızda bugünədək izlənilmədiyindən mövzu aktuallıq kəsb edir. Tədqiqatın məqsədi obrazı dünya folkloru müstəvisində nəzərdən keçirməkdir. Onun adının müxtəlif xalqlardakı etimologiyası, qadın və kişi Cadugərlərin özəllikləri, atributları, magik rituallar zamanı istifadə etdikləri vasitələri, onların məskənləri, toplaşma məkanları, gecə və gündüzə münasibətləri və s. araşdırmanın diqqət mərkəzində olacaq məsələlərdir. Cadugərlərin sözlərdən, əfsunlardan obyektə təsir vasitəsi kimi yararlanması da maraq dairəsindədir. Cadugərin həm qeyri-adi qabiliyyətlərə malik insan, həm də insan qiyafəsində görünən demonik varlıq kimi çıxış etməsi, onun dönərgəliyi də izahını gözləyən problemlərdəndir. Azərbaycan folklorşünaslığında Cadugər obrazı heç zaman dünya folkloru kontekstində, fərqli prizmalardan araşdırılmamışdır. Adətən, bu obraz mənfi rakursda təqdim olunmuş, onun ambivalentliyi gözardı edilmişdir. Bu tədqiqatda, əsasən nağıllarda rast gəlinən Cadugər onun ilkin bünövrəsində duran, mif, əfsanə, hətta paremik vahidlərdə izləri sezilən proobrazları nəzərə alınmaqla öyrəniləcəkdir. Dinlərəqədərki dönəmlərdə xüsusi nüfuza malik kahin, təbib, şaman, loğman obrazları ilə genetik əlaqəsi müəyyənləşdiriləcəkdir. |
01.01.25 |
31.12.25 |
|
Dos. Kəmalə İslamzadə |
6. |
İŞ: Mifoloji motivlər əsasında makrokosmosun mikrokosmosda təzahürü Mərhələ 2: Tanrı-insan konsepsiyası |
“Tanrı-insan konsepsiyası” bütün dövrlərdə insanlığı, bəşəriyyəti düşündürən əsas mövzulradan olmuşdur. Konsepsiya ilə bağlı olan elmi-nəzəri mülahizələrin hər biri müasir cəmiyyətdə etnomədəniyyətin təzahürü, ibtidai şüurun, mifoloji təfəkkürün, dini mənsubiyyətin əsas göstəricisidir. Tanrı-insan konsepsiyasını müdafiə edənlər materialistlərdir ki, onlar hər şeyin materiyadan ibarət olduğunu irəli sürməklə yaradılış formulundakı Tanrı amilini inkar edirlər və səbəb-nəticə əlaqəsini fizika qanunları ilə izah etməyə çalışırlar. Materialistlərə görə, materiya (təbiət) makrokosmos, insan isə mikrokosmosdur. Dini-idealizmə görə, Tanrı (yaradıcı) makrokosmos, insan (yaradılan) isə mikrokosmosdur və digər bütün yaranmış maddi varlıqlar insana xidmət, onun həyatını yaxşılaşdırmaq üçündür. İdealistərə görə, makrokosmosla (Tanrı) mikrokosmos(insan) arasındakı əlaqə bağı ruhdur. Elmi işdə də əsas məqsədimiz Tanrı-insan konsepsiyasını elmi, mifoloji və dini aspektdən araşdırmaqdır. Kainatın bugünkü bütöv dərkinin əsasını həm qədim Şərq Hikməti, həm də Qərbin analitik yanaşması təşkil edir. Bu günə qədər mikrokosmos və makrokosmos arasındakı sərhədin harada və hansı ölçüdə olması ilə bağlı konsensus yoxdur. Elmi işin də yeniliyi bu konsepsiyanın sosial-fəlsəfi təzahürünü klassik ədəbiyyat, dini və mifoloji mətnlər əsasında təhlil etməkdir. |
01.01.25 |
31.12.25 |
|
Dos.əv. Könül Həsənova |
7. |
İŞ: Azərbaycan qadın aşıqları Mərhələ 2: XIX əsr Azərbaycan qadın aşıqları |
Azərbaycan aşıq sənətinin olduqca qədim, kökləri əsrlərin dərinliklərinə gedib çıxan sənət növü olub milli təfəkkürün formalaşmasında mühüm rol oynamışdır. Tarixi-xronoloji ardıcıllıqla bu mühüm prosesi ilk dəfə elmi prinsiplərə uyğun bir şəkildə izləməyi qarşıya məqsəd qoymuşuq. Aşıq sənətinin mənşəyinə yeni baxış qam-şaman-ozan mərhələlərindən tutmuş sonrakı ozan-aşıq əlaqlərinə qədərki bütöv bir dövrü araşdırmaq, ayrı-ayrılıqda türk dünyasının mədəniyyət qatlarına müraciət etmək mühüm məsələlərdən biridir. Zəngin və çoxəsirlik tarıxə malik olan Azərbaycan aşıq sənətinin mühüm və orjinal bir qolu olan qadın aşıqların yaradıcılıq yolunu izləmək; Azərbaycan aşıq sənətinin genetik köklərini aşkarlamaq; aşıq sənətinin mənşəyində qadın yaradıcılığının yerini və rolunu müəyyənləşdirmək ; aşıq sənətinin mənşəyindən çağdaş günümüzə qədər bu mühüm aşıq sənətinin qolunun formalaşması, təşəkkül və inkişaf meyilləri öyrənmək yenilikdir. |
01.01.25 |
31.12.25 |
|
Fil.f.d. Ramiyə İskəndərova |