Azərbaycan dili və nitq mədəniyyəti kafedrası bakalavriat səviyyəsi üzrə bütün ixtisasların Azərbaycan, rus və ingilis bölmələrində "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya", həmçinin rus bölmələrində "Azərbaycan dili" fənninin tədrisini həyata keçirir. Kurs 45 saat (4 kredit) olmaqla məşğələ formasında, əsasən dərs ilinin birinci semestrində tədris edilir.