“Filoloji tədqiqlər: ədəbiyyatşünaslıq və dil məsələləri” beynəlxalq elmi jurnalı

BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrası nəzdində fəaliyyət göstərən "Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə" ETL tərəfindən hazırlanan beynəlxalq topluda nəşr olunmaq üçün göndərilən məqalələrin aşağıdakı qaydalara uyğun tərtib edilməsi tələb olunur:    
- Məqalənin həcmi mətn, ədəbiyyat siyahısı və xülasələrlə birlikdə 7 səhifədən az olmamalıdır. 
- Məqalənin mətni  Arial şrifti ilə, 12 ölçüdə, sətirlərarası interval 1.5, səhifəkənarı ölçülər: yuxarı və aşağı 2.5, sol 2.5, sağ 2.5 sm olmaqla yığılmalıdır.  
- Mətnin əvvəlində (sağ küncdə) tünd-qara şriftlə müəllifin adı və soyadı; altından elektron poçt ünvanı yazılmalı, aid olduğu təşkilatın adı, elmi dərəcəsi, vəzifəsi isə soyadın üzərinə qeyd (*) işarəsi qoymaqla(Nümunə: Sabir MEHDİYEV);  həmin səhifənin sonunda (şrift 10) göstərilməlidir. Daha sonra məqalənin adı (ortadan) böyük hərflərlə və tünd-qara şriftlə yazılmalıdır.  
- Məqalənin məzmunu elmi yeniliyi və aktuallığı ilə seçilməli, mətn “Giriş”, “Əsas” və “Nəticə” hissələrinə bölünməlidir. Məqalədə ədəbi dil normalarına ciddi əməl edilməli, orfoqrafiyası və üslubu düzgün olmalıdır.  
- Mətnin sonunda “İstifadə olunmuş ədəbiyyat” başlığı altında əlifba sırasına uyğun ədəbiyyat siyahısı təqdim edilməlidir. Ədəbiyyat siyahısına  yalnız məqalədə istinad olunmuş mənbələr daxil edilə bilər. 
- Mətndə istinadlar səhifənin aşağısında deyil, mətnin içərisində, nümunə: [6, s. 158] şəklində göstərilməli, ədəbiyyat siyahısı aşağıdakı qaydalar nəzərə alınmaqla verilməlidir.  Nümunə:
Kitab:  
Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 258 s. 
Məqalə:   
Vəliyev M. Klassik Azərbaycan poeziyasında lirik qəhrəmanın ikili xarakteri // Filologiya məsələləri, № 2, Bakı, 2014, s. 400-404 
 - Ədəbiyyat siyahısından sonra məqaləyə mətnin yazıldığı dildən başqa iki dildə açar sözlər və xülasələr əlavə edilməlidir. Ən azı 5 açar söz, 150-200 söz həcmində isə xülasələr verilməlidir. Xülasədə məqalənin başlıca müddəaları və müəllifin gəldiyi elmi nəticə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələrin əvvəlində yazıldığı dildə tünd-qara şriftlə alt-alta müəllifin adı-soyadı, məqalənin adı və xülasə sözü yazılmalıdır.
- Sonda məqaləyə rəy verən alimin adı, soyadı və elmi dərəcəsi qeyd olunmalıdır. (Professorlar üçün rəyə ehtiyac yoxdur)
- Məqalələri [email protected] elektron poçt ünvanına göndərib (050 344 11 35) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
- Əks əlaqə üçün məqalə müəllifinin telefon nömrəsi sonda qeyd olunmalıdır.

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət