QISA BİOQRAFİK MƏLUMAT
- 1971-ci il fevralın 5-də Bakı şəhərində anadan olub.
- 1978-1988-ci illərdə Bakı şəhəri 6 saylı tam orta məktəbdə təhsil alıb.
- 1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Rus dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
- 1994-cü ildən BDU-da çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 2000-2005-ci illərdə BDU-nun Türkologiya kafedrasının dissertantı olub.
- 2007-ci ildə “Müasir qeyri-salvyan mənşəli müəlliflərin yaradıcılığında türkizmlərin linqvoetnoüslubi təhlili (Çingiz Aytmatovun əsərləri əsasında)” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
- 2014-cü ildən elmlər doktoru proqramı üzrə AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun „Nəzəri dilçilik“ şöbəsinin dissertantıdır və „Dünya dil mənzərəsinin əsas konseptual modelləri (Türk və Salavyan dilləri əsasında)“ doktorluq dissertasiyası mövzusu üzərində araşdırma aparır.
ƏMƏK FƏALİYYƏTİ
- 1994-2012-ci illərdə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında baş laborant.
- 1994-cü ildən Bakı Dövlət Universitetində saathesabı müəllim.
- 2012-2015-ci illərdə BDU-nun «Türkoloji araşdırmalar» ETL-də elmi işçi.
- 2015-2017-ci illərdə BDU-nun «Türkoloji araşdırmalar» ETL-də böyük elmi işçi.
- 2017-2021-ci illərdə BDU-nun «Türkoloji araşdırmalar» ETL-də aparıcı elmi işçi.
- 2021-ci ildən BDU-nun Ümumi dilçilik kafedrasının baş müəllimi.
- 2022-ci ildən BDU-nun Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini.
TƏDQİQAT SAHƏSİ
- Koqnitiv dilçilik
- Linqvokulturologiya
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR
- 2003, Bakı, Azərbaycan. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı.
- 2006, Bakı, Azərbaycan. “Filologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans.
- 2008, Bakı, Azərbaycan. Prof. M.Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
- 2009, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetinin 90 -illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans.
- 2011, Bakı, Azərbaycan. Abbas Zamanovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
- 2011, Bakı, Azərbaycan. BDU. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans.
- 2011, Qazan, Rusiya. “Türk dillərinin dialektologiyası, tarixi və qrammatik strukturu” mövzusunda Beynəlxalq türkoloji konfrans.
- 2013, Bakı, Azərbaycan. Qafqaz Universiteti, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş gənc tədqiqatçıların I Beynəlxalq elmi konfrans.
- 2013, Bakı, Azərbaycan. BDU. Görkəmli dilçi alim, ədib professor Bəkir Çobanzadənin anadan olunmasının 120 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı.
- 2013, AMEA Ədəbiyyat İnstitutunda Ç.Aytmatovun 85-illik yubileyinə həsr olunmuş konfrans.
- 2015, Bakı, Azərbaycan, Bakı Dövlət Universiteti. Görkəmli ictimai xadim, Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə və Azərbaycan Filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans
- 2016, Bakı, Azərbaycan. BDU. Görkəmli türkoloq alim, Əməkdar Elm Xadimi, akademik Tofiq İsmayıl oğlu Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransı
- 2016, Bakı, Azərbaycan. BDU. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr edilmiş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” Respublika elmi konfransı.
- 2016, Moskva, Rusiya. “Türkologiyanın müasir problemləri dil-ədəbiyyat-mədəniyyət” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans.
- 2016, Bakı, Azərbaycan. “Journal Citation Report – Elmi işlərin nəşr/çap olunması üçün jurnalların tapılması” mövzusunda treninqlərdə iştirak edib və sertifikata layiq görülüb.
- 2017, Kazan, Rusiya. «Dəyişən dünyada türk xalqlarının ənənəvi mədəniyyəti» mövzusunda I Beynəlxalq elmi-nəzəri konfrans.
- 2017, Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi-praktik konfrans
- 2018, Bəkir Çobanzadə - 125 “Azərbaycan dili: dünən və bu gün” mövzusunda Beynəlxalq elmi konfrans
- 2018, Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş ”Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” Respublika elmi konfrans
- 2018, “Çingiz Aytmatov yaradıcılığı Şərq-Qərb ənənələri kontekstində” Beynəlxalq elmi konfrans, Moskva, Rusiya
- 2019, “Çingiz Aytmatov və müasir dünya” Beynəlxalq elmi konfrans, Moskva, Rusiya
- 2021, “International Paris Conference on Social Sciences-VI” mövzusunda Beynəlxalq elmi konfrans, Paris, Fransa
İCTİMAİ FƏALİYYƏTİ
- 2015-ci ildən BDU-da fəaliyyət göstərən Dissertasiya Şurası nəzdində Elmi Seminarın elmi katibi.
- 2021-ci ildən Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Antiplagiat Komissiyasının üzvü.
- 2022-ci ildən BDU-nun Filologiya fakültəsi Elmi Şurasının üzvü.