QISA BİOQRAFİK MƏLUMAT
1962-ci il fevral ayının 5-də Bərdə rayonunda anadan olub.
1968-1978-ci illərdə Yevlax şəhəri 3 saylı orta məktəbində təhsil alıb.
1983-1988-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb.
1993-cü ildən Bakı Dövlət Universitetində çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1995-2000-ci illərdə Türkologiya kafedrasının dissertantı olub. “M.Füzuli dilinin frazeologiyası” adlı dissertasiya işi üzərində işləyir.
ƏMƏK FƏALİYYƏTİ
1990-1993-cü illərdə Aqrar - Sənaye Komitəsi Poliqrafiya müəssisəsində redaktor.
1993-2000-ci illərdə BDU-nun Türkologiya kafedrasında baş laborant.
2001-ci ildən BDU-nun Türkologiya kafedrasının müəllimidir.
TƏDQİQAT SAHƏSİ
M.Füzuli dilinin frazeologiyası
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR
2006, Bakı, Azərbaycan. BDU. “Azərbaycan filologiyasının aktual problemləri“ mövzusunda respublika elmi-nəzəri konfransı.
2013, Bakı, Azərbaycan. BDU. Görkəmli dilçi alim, ədib professor Bəkir Çobanzadənin anadan olunmasının 120 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı
2015, Bakı, Azərbaycan, Bakı Dövlət Universiteti. Görkəmli ictimai xadim, Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə və Azərbaycan Filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans
2016, Bakı, Azərbaycan. BDU. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr edilmiş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” Respublika elmi konfrans
2016, Bakı, Azərbaycan. BDU. Görkəmli türkoloq alim, Əməkdar Elm Xadimi, akademik Tofiq İsmayıl oğlu Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransı
2018, Bakı, Azərbaycan. BDU. Bəkir Çobanzadə - 125 “Azərbaycan dili: dünən və bu gün” mövzusunda Beynəlxalq elmi konfrans
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Məqalələr
2000, “Kitabi-Dədə Qorqud”un dilində feili frazeoloji birləşmələr”. Tədqiqlər № 3. Bakı, Elm, s. 81-88
2002, “Frazeoloji yaradıcılıqda müstəqillikdən məcaziliyə inkişaf (Fezulinin dili əsasında)”. Tədqiqlər №2. Bakı, Elm, s. 61-67
2006, “Füzuli yaradıcılığındakı frazeoloji vahidlərin semantik tərkibi”. “Azərbaycan filologiyasının aktual problemləri“ mövzusunda respublika elmi-nəzəri konfransının materialları. Bakı, s. 203-213
2006, “Füzuli əsərlərində feili frazeoloji birləşmələr”. Bakı Universiteti Xəbərləri № 3. Bakı, s. 203-209
2007, “İsmi frazeoloji birləşmələrin üslubi imkanları (Füzuli dili əsasında)”. Tədqiqlər № 4. Bakı, Elm, s. 191-201
2008, “Füzuli dilindəki feili frazeoloji birləşmələrin leksik-qrammatik mənzərəsi”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, № 6(66), s. 70-74
2009, “Füzuli dilində işlənmiş somatik frazeologizmlərin semantik-struktur xüsusiyyətləri”. Tədqiqlər № 4. Bakı, Elm, s. 165-173
2010, “M.Füzulinin əsərlərində atalar sözləri, zərb məsəllər və frazeoloji ifadələr”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, № 5. s. 95-98
2011, “Füzuli dilindəki frazeoloji vahidlərin məna növləri”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, № 3 (79). s. 125-128
2012, “Füzuli dilində qeyri-feili frazeoloji vahidlərin tərkibi”. Filologiya məsələləri № 10. Bakı, s. 21-26
2013, “M.Füzuli dilində işlənmiş bədii təyinlərin leksik-semantik xüsusiyyətləri”. Görkəmli dilçi alim, ədib professor Bəkir Çobanzadənin anadan olunmasının 120 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, BDU, s. 187-192
2014, “1920-ci illərdə söz yaradıcılığı: sadə və düzəltmə sözlər”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, № 3 (91). s. 80-81
2014, “Füzulinin dilində frazeoloji birləşmələrin üslubi imkanları”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, № 4 (92). s. 29-32
2015, “Füzuli qəzəllərində frazeologizmlərin leksik-semantik xüsusiyyətləri”. Görkəmli ictimai xadim, Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə və Azərbaycan Filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfransının materialları. Bakı, s. 370-373
2016, “Füzulinin dil xüsusiyyətlərinə dair qeydlər”. Əməkdar Elm Xadimi, akademik Tofiq İsmayıl oğlu Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2 noyabr, s. 124-127
2016, “Fuzuli Şiiri türk edebi dilinin temelidir”. Prof. Dr. Tofiq Hacıyev. Türklük bilimində bir ömür kitabı. 1. Baskı. Ankara, s. 247-253
2017, “Füzuli dilində frazeoloji birləşmələrin işlənmə xüsusiyyətləri”. Gəncə Dövlət Universitetinin Elmi Xəbərləri № 3. s. 196-202
2018, “M.Füzuli qəsidələrində işlənmiş frazeoloji vahidlərin fəlsəfi tutumu”. Bəkir Çobanzadə - 125 “Azərbaycan dili: dünən və bu gün” mövzusunda Beynəlxalq elmi konfransının materialları. Bakı, s. 173-177
2018, “Füzuli: türkdilli şeirin sultanı”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, № 2 (106). s. 277-280