İSLAM DİNİ OĞLU VƏLİYEV

İSLAM DİNİ OĞLU VƏLİYEV

İSLAM DİNİ OĞLU VƏLİYEV

Türkologiya kafedrasının dosenti

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT
    1937-ci il aprel ayının 10-da Lənkəran rayonunda anadan olub.
    1944-1951-ci illərdə Lənkəran rayonu Veravul kəndindəki yeddillik məktəbdə təhsil alıb.
    1952-1955-ci illərdə Lənkəran Pedaqoji Texnikumunda təhsil alıb.
    1958-1963-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 
    1974-cü ildən BDU-da çalışır.
ELMİ DƏRƏCƏ VƏ  ELMİ ADLARI
    1963-1967-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əyani aspirantı olub.
    1969-cu ildə “XIII-XIX əsrlər Azərbaycan yazılı abidələrinin dilində feilin keçmiş zaman formaları” adlı dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
    1982-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ  
    1955-1958-ci illərdə Lerik rayonu Şingədulan və Züvüç kənd orta məktəblərində müəllim.
    1967-1974-cü illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi.
    1974-1982-ci illərdə BDU-nun Türkologiya kafedrasında  baş müəllim.
    1982-ci ildən BDU-nun Türkologiya kafedrasının  dosentidir.
TƏDQİQAT SAHƏSİ 
    Azərbaycan dilinin tarixi
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR
    1970, Bakı, Azərbaycan. Gənc alimlərin elmi-nəzəri konfransı.
    1974, Bakı, Azərbaycan. Respublika elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş 11-ci elmi sessiya.
    1978, Moskva-Nalçik, Rusiya. Совещание по общим вопросам диалектологии и истории языка.
    1980, Düşənbə, Tacikistan. Совещание по общим вопросам диалектологии и истории языка.
    1985, Bakı, Azərbaycan. Universitet təhsilinin təkmilləşdirilməsinin əsas istiqamətləri probleminə həsr olunmuş Respublika tədris-metodiki konfrans
    1993, Bakı, Azərbaycan. Yaxın və Orta Şərq xalqlarının dil və ədəbiyyat tədrisinin aktual məsələlərinə dair Respublika elmi-nəzəri konfrans
    1998, Bakı, Azərbaycan. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş Respublika elmi konfransı
    1999, Bakı, Azərbaycan. BDU-nun 80 illiyinə həsr olunmuş Respublika elmi konfransı
    1999, Bakı, Azərbaycan. “Dədə-Qorqud-1300“ mövzusunda Respublika elmi konfransı
    2001, Bakı, Azərbaycan. Professor M.Əlizadənin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfrans
    2002, Bakı, Azərbaycan. Professor A.Axundovun 70 illiyinə həsr olunmuş yubiley konfransı
    2002, Bakı, Azərbaycan. Professor V.Məmədəliyevin yubileyinə həsr olunmuş „Şərqşünaslığın aktual roblemləri“ mövzusunda elmi konfrans
    2004, Bakı, Azərbaycan. Müasir dövrdə Azərbaycan dili və ədəbiyyatının aktual problemləri mövzusunda Respublika elmi konfransı
    2006, Bakı, Azərbaycan. „Filologiyanın aktual problemləri“ mövzusunda Respublika elmi konfransı
    2006, Bakı, Azərbaycan. BDU. AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, filologiya üzrə elmlər doktoru, professor Tofiq İsmayıl oğlu Hacıyevin anadan olmasının 70 və elmi pedoqoji fəaliyyətinin 50 illiyi münasibətilə «Filologiyanın aktual problemləri» mövzusunda elmi-nəzəri konfrans
    2009, Bakı, Azərbaycan. BDU-nun 90 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans
    2009, Bakı, Azərbaycan. Görkəmli şərqşünas alim, professor A.İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş „Şərqşünaslığın aktual roblemləri“ mövzusunda elmi konfrans 
    2010, Bakı, Azərbaycan. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş „Azərbaycan filologiyasının aktual problemləri“ mövzusunda Respublika elmi-nəzəri konfransı
    2011, Bakı, Azərbaycan. „Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər“ mövzusunda Respublika elmi konfransı
    2012, Bakı, Azərbaycan. M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda elmi-nəzəri konfransı
    2013, Bakı, Azərbaycan. Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş „Filologiyanın aktual problemləri“ mövzusunda Respublika elmi-nəzəri konfransı
    2013, Bakı, Azərbaycan. BDU. B.Çobanzadənin 120 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
    2013, Bakı, Azərbaycan. F.Köçərlinin anadan olmasının 150 illiyinə həsr olunmuş Respublika elmi konfransı
    2014, Bakı, Azərbaycan. Azəbaycan xalq yazıçısı, respublika dövlət mükafatı  laureatı, gorkəmli dramaturq İlyas Məmməd oğlu Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
    2014, Ankara, Türkiyə. Bilkənd Universitetində „Türkcə Edebiyat Ögretimi Metot ve Texniklər Kursu“nda iştirak edib və sertifikata layiq görülüb.
    2014, Ankara, Türkiyə. IX Uluslararası Böyük Türk dili kurultayı
    2014, Bakı, Azərbaycan. BDU-nun 95 illiyinə həsr olunmuş Respublika elmi konfransı
    2015, Qars, Türkiyə. Qafqaz Universiteti. 21-23 oktyabr. “Azərbaycanşünaslıq: keçmişi, bu günü, gələcəyi” mövzusunda Uluslararası Simpozium
    2015, Bakı, Azərbaycan. B.Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş „B.Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri“ mövzusunda beynəlxalq konfrans
    2015, Bakı, Azərbaycan. Professor P.Xəlilovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş „Türk xalqları ədəbiyyatının aktual roblemləri“ mövzusunda Respublika elmi konfransı
    2016, Bakı, Azərbaycan. BDU. Görkəmli türkoloq alim, Əməkdar Elm Xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransı
    2016, Bakı, Azərbaycan. BDU. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr edilmiş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” Respublika elmi konfrans
    2016, Bakı, Azərbaycan. Aərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş „Fiolologiyanın aktual problemləri“ mövzusunda Respublika elmi-nəzəri konfransı
    2017, Bakı, Azərbaycan. BDU. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi-praktik konfransı 
    2017, Bakı, Azərbaycan. BDU. Şərqşünaslıq fakültəsinin 95 illik yubileyinə həsr olunmuş „Şərqşünaslığın aktual problemləri“ mövzusunda Respublika elmi konfransı
    2018, Bakı, Azərbaycan. Aərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş „Fiolologiyanın aktual problemləri“ mövzusunda Respublika elmi-nəzəri konfransı
    2018, Bakı, Azərbaycan. Bəkir Çobanzadənin 125 illiyinə həsr olunmuş “Azərbaycan dili: dünən və bu gün” mövzusunda Beynəlxalq elmi konfrans. 
    2018, Bakı, Azərbaycan. Görkəmli Azərbaycan şairi Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı. 
İCTİMAİ FƏALİYYƏTİ  
    1990-1996-cı illərdə Filologiya fakültəsində axşam və qiyabi şöbələri üzrə dekan müavini
    1996-1999-cu illərdə BDU-nun qiyabi və axşam prorektorluğunda qiyabi və axşam təhsili şöbəsinin müdiri
    2006-2015-ci illərdə BDU-da fəaliyyət göstərən D.02.181 Dissertasiya Şurasının nəzdində Elmi Seminarın elmi katibi.
    2014-cü ildən BDU-da baş koordinatordur.
    2016-2018-ci illərdə BDU-da fəaliyyət göstərən D.02.181 Dissertasiya Şurasının nəzdində Elmi Seminarın üzvü.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət