ELBRUS İSLAM OĞLU ƏZİZOV

ELBRUS İSLAM OĞLU ƏZİZOV

ELBRUS İSLAM OĞLU ƏZİZOV

Türkologiya kafedrasının professoru

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

 1947-ci il noyabrın 25 –də Bərdə rayonunun Lənbəran kəndində anadan olub.
 1954-1957-ci illərdə Ağdam rayonunun Mahrızlı kənd orta məktəbində təhsil alıb.
 1957-1963-cü illərdə Yevlax şəhərində M.Ə.Sabir adına 2 №-li orta məktəbdə təhsil alıb.
 1963-1965-ci illərdə Yevlax şəhərində M.F.Axundov adına 1 №-li onbirillik orta məktəbdə təhsil
alıb və həmin məktəbi qızıl medalla bitirib.
 1965-1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb və həmin
universiteti fərqlənmə diplomu ilə bitirib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
 1971-1974-cü illərdə „Türk dilləri“ ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin Türkologiya
kafedrasının aspirantı olub.
 1974-cü ildə „Azərbaycan dili dialekt və şivələrində saitlər ahəngi“ mövzusunda dissertasiya müdafiə
edib və filologiya elimləri namizədi alimlik dərəcəsi alıb.
 1985-ci ildə dosent elmi adını alıb.
 1990-cı ildə „Azərbaycan dilinin tarixi dialektologiyası (dialekt sisteminin təşəkkülü və
inkişafı)“ mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
 1994-cü ildə professor elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
 1970-1971-ci tədris ilində Yevlax şəhərində M.Hüseyn adına 4 saylı orta məktəbdə müəllim
 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Türkologiya kafedrasında müəllim
 1979-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Türkologiya kafedrasıda baş müəllim
 1983-1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin Türkologiya kafedrasında dosent
 1991-2006-cı illərdə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında professor
 2006-2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı
 2011-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında professor
 2001-ci ildən Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü
 2012-2015-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü
TƏDQİQAT SAHƏSİ
 Azərbaycan dialektologiyası
 Azərbaycan dilinin tarixi
 Ümumi türkologiya
 Azərbaycan onomastikası
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR 
 1976, Alma-Ata, Ümumittifaq türkologiya konfransı
 1979, Düşənbə, Dil tarixi və dialektologiyanın ümumi məsələləri üzrə müşavirə
 1982, Ufa, Türk dillərinin dialektologiyası üzrə IX konfrans
 1984, Omsk, Sibirin və həmhüdud ərazilərin türkdilli xalqlarının etnik tarixi. Dilçilik üzrə elmi konfrans
 1986, Bakı, Azərbaycan onomastikasına dair konfrans
 1988, Bakı, Azərbaycan onomastikası problemlərinə həsr olunmuş II elmi-nəzəri konfrans
 1994, Bakı, Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş elmi konfrans
 1999, Bakı, Bakı Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunmuş elmi konfrans
 2000, Bakı, „Kitabi-Dədə Qorqud“un 1300 illik yubileyinə həsr olunmuş Beynəlxalq simpozium
 2003, Bakı, Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr edilmiş elmi konfrans
 2006, Bakı, Yeni İpək Yolu “Mif , millət, ədəbiyyat“ mövzusunda Beynəlxalq ədəbi simpozium
 2006, Bakı, I türkoloji qurultayın 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans
 2006, Bakı, “Filologiyanın aktual problemləri“ mövzusunda elmi-nəzəri konfrans
 2008, Bakı, Yazıçı və zaman. Mir Cəlalın 100 illik yubileyinə həsr olunmuş elmi konfrans
 2008, Bakı, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elminəzəri konfrans
 2009, Bakı, Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans
 2009, Bakı, Professor A.İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı
 2010, Bakı, Azərbaycan filologiyasının aktual problemləri. Cəfər Xəndanın 100 illik yubleyinə həsr olunmuş elmi-nəzəri konfrans
 2011, Bakı, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans
 2013, Bakı, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı
 2013, Bakı, Prof.Bəkir Çobanzadənin 120 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
 2014, Bakı, İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
 2015, Bakı, B.Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans
 2016, Bakı, Akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: İnkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransı
 2016, Bakı, Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər, perspektivlər). Respublika elmi konfransı
 2017, Bakı, “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi-praktik konfransı
ELMİ PEDAQOJİ NAİLİYYƏTLƏRİ VƏ MÜKAFATLARI
 2009-cu ildə “Əməkdar müəllim” fəxri adı verilib.
 2010-cu ildə Bakı Dövləti Universiteti üzrə “İlin dekanı“ adına layiq görülüb.
 2017-ci ildə anadan olmasının 70 illik yubileyi münasibətilə BDU-nun „Fəxri fərman“ı ilə təltif edilib
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət