QISA BİOQRAFİK MƏLUMAT
1983-cü il oktyabrın 21-də Cəlilabad rayonunda anadan olub.
1991-2001-ci illərdə Sumqayıt şəhəri 24 saylı orta məktəbdə təhsil alıb.
2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr təhsili alıb.
2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin magistrartura pilləsində təhsil alıb.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin doktorantura pilləsində təhsil alıb.
2017-ci ildə “Valter Skott və XX əsrin I yarısı Azərbaycan tarixi romanı” mövzusunda filologiya üzrə
fəlsəfə doktoru elmi dissertasiyasını müdafiə edib.
2018-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
ƏMƏK FƏALİYYƏTİ
2009-2022-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasının baş laborantı.
2010-cu ildən BDU-nun Dünya ədəbiyyatı kafedrasının saathesabı müəllimi.
2022-ci ildən BDU-nun Türkologiya kafedrasının baş laborantı.
İCTİMAİ FƏALİYYƏTİ
2009-2013-cü illər BDU-nun Filologiya fakültəsinin Yekun Dövlət Attestasiya komissiyasının katibi.
2013-2018-ci illər BDU-nun Filologiya fakültəsinin Həmkarlar İttifaqının üzvü
TƏDQİQAT SAHƏSİ
Dünya ədəbiyyatı
Müqayisəli ədəbiyyatşünaslıq
İngilis və ingilisdilli ölkələr ədəbiyyatı
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2013-cü il, 7-8 May, Bakı, Azərbaycan. Tarixi roman janrının ədəbi-bədii və elmi-nəzəri əhəmiyyəti. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universitetində keçirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi – nəzəri konfransı.
2013-cü il, 02-04 oktyabr. Valter Skottun tarixi romanlarının ideya istiqamətləri. Kazan Bələdiyyəsi vəXalq Mədəniyyət Araşdırma İnstitutu 2 -ci Beynəlxalq Ankara-Kazan və Xalq dairələri Mədəniyyət Sempozyumu və Beynəlxalq Sənət Atölyesi, Kazan Bələdiyyəsi Mədəniyyət və İctimai işlər Müdirliyi Mədəniyyət Nəşrləri. (türk dilində)
2014-cü il, Bakı, Azərbaycan, 18-19 Aprel. Valter Skott tarixi roman janrının banisi kimi. Qafqaz Universitetində keçirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91– ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların II Beynəlxalq Elmi konfransı
2014-cü il, Pyatiqorsk. 24-25 oktyabr. Avropa ədəbiyyatında tarixi roman. Humanitar sahədə elmi tədqiqatlar: XXI əsrin kəşfləri, materiallar I beynəlxalq elmi və praktiki konfrans. (rus dilində)
2015-ci il, Bakı, Azərbaycan. 17-18 Aprel. Valter Skottun Ayvenqo romanında obrazlar sistemi. Qafqaz Universitetində keçirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92 ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların II Beynəlxalq Elmi konfransı
2015-ci il, Bakı, Azərbaycan. 7-8 May. Avropa və Azərbaycan tarixi romanlarının oxşar və fərqli xüsusiyyətləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universitetində keçirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92 – ci ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi – nəzəri konfransı
2016-cı il, Bakı, Azərbaycan. 29 Aprel. Valter Skottun “Puritanlar” romanının ideya istiqamətləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti, Mədəni müxtəliflik: Dünya və Azərbaycan beynəlxalq elmi-praktik konfransı