QISA BİOQRAFİK MƏLUMAT
1961-ci il iyulun 2-də Bakı şəhərində anadan olub.
1968-1978-ci illərdə Bakı şəhəri N.Nərimanov rayonu 212 saylı tam orta məktəbdə təhsil alıb.
1980-1985-ci illərdə SSRİ-nin 50 illiyi adına Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində təhsil alıb və bu ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib.
1993-cü ildən Bakı Dövlət Universitetində çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
AAK-ın 2004-cü il tarixli protokol qərarı ilə filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
AAK-ın 23 iyun 2015-ci il tarixli (protokol N 18-k) qərarı ilə İngilis dili kafedrası üzrə dosent elmi adı verilmişdir.
ƏMƏK FƏALİYYƏTİ
1993-2015-ci illərdə BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının müəllimi.
2015-ci ildən BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının dosenti
TƏDQİQAT SAHƏSİ
Tornton Uaylderin tarixi əsərlərində müasirlik problemi
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
Açıq Cəmiyyət İnstitutu Yardım Fondu Azərbaycan nümayəndəliyinin ABŞ Dövlət Departamenti ilə birgə həyata keçirdiyi İngilis dili proqramı çərçivəsində 2004–2005-ci tədris ilində keçirilmiş “Akademik Yazı üzrə Müəllimlərin Təkmilləşdirilməsi Proqramı”nın birinci və ikinci mərhələsini uğurla başa vurmuş və ali məktəblərdə dərs demək hüququnu təsdiq edən diplomla təltif olunmuşdur.
British Council – 2011-ci il – TKT Modul kursu: “Dil və dil öyrənmə və tədrisinə dair bilik və təcrübə”
2012-ci il – TKT metodologiyası: “Dərsin planlaşdırılması və dil tədrisi üçün resurslardan istifadə”
2012-ci il – Kembric Universiteti ESOL İmtahanları üzrə Sertifikat
2012-ci il – ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosu – “İngilis dilini necə tədris edirik” (Shaping the Way We Teach English) proqramı üzrə sertifikat
AEM – “Elmi iş” beynəlxalq elmi jurnal – SERTİFİKAT – “Elmi iş” jurnalının 15-ci cildinin 10-cu sayında dərc edilmiş elmi məqaləyə beynəlxalq standart kod (DOI: 10.36719/2663-4619/71/12-16) təyin olunmuşdur.
TAIM, 2019 – “İngilis dili tədrisində layihə əsaslı öyrənmə” üzrə sertifikat – ITTI (Beynəlxalq TEFL Təlim İnstitutu) tərəfindən keçirilmiş “Sinif İdarəetməsi” mövzusunda peşəkar müəllim inkişaf tədbirinin tamamlanması təsdiqlənmişdir.
2021-ci il – The Mega Virtual International Conference – Mövzu: “Dayanıqlı İnkişaf Məqsədlərinə Nail Olmaqda Fənlərarası Hibrid Öyrənmə” (ISO QMS 9001:2015; EQMS 21001:2018) üzrə konfrans iştirak sertifikatı
Ərəb İngilis Dili Müəllimləri Assosiasiyası – “Ünsiyyət Bacarıqları və İctimai Nitq Texnikaları” adlı sertifikat
World TESOL Academy – 120 saatlıq TESOL/TEFL Sertifikatı (İngilis dilinin qeyri-doğma danışanlara həm əcnəbi ölkələrdə, həm də onlayn tədrisini əhatə edən mövzuların tam spektri). Sertifikat ACCREDITAT və CPD Certification Service tərəfindən akkreditasiya olunmuşdur. Birləşmiş Krallığın Qeydiyyatdan Keçmiş Tədris Təşkilatı (UKRLP:10087431)
2024, ELTSociety “International Language Teaching Services” 2024 - illik konfransı: ITEP (International Test of English proficiency- İngilis dili üzrə Beynəlxalq Dil Bilikləri İmtahanı) -2024-cü il noyabrın 08-dən 09-dək