QISA BİOQRAFİK MƏLUMAT
1974-cü il fevralın 5-də Bakı şəhərində anadan olub.
1980-87-ci illərdə H.Cavid adına 132 saylı orta məktəbdə təhsil alıb.
1987-1990-cı illərdə təhsilini 276 saylı orta məktəbdə davam etdirib və məktəbi gümüş medalla bitirib.
1990-1995-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin «Ərəb filologiyası» şöbəsində təhsil alıb və həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
1996-cı ildən Bakı Dövlət Universitetində çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1995-2000-ci illərdə BDU-nun aspiranturasında qiyabi təhsil alıb.
2000-ci il 30 iyunda «Kitabi-Dədə Qorqud» və folklor ənənələri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
2004-2007-ci illərdə BDU-nun əyani doktoranturasında təhsil alıb.
2012-ci ilin iyul ayında «Türk epik düşüncəsində «Dədə Qorqud» mövzusunda yazdığı doktorluq dissertasiyası müzakirə olunub müdafiəyə buraxılıb.
2014-cü ildə dosent elmi adını alıb.
2015-ci il 29 apreldə doktorluq dissertasiyasını müdafiə edib filologiya üzrə elmlər doktoru elmi
dərəcəsini alıb.
ƏMƏK FƏALİYYƏTİ
1996-2004-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının nəzdindəki „Azərbaycan dilinin
tətbiqi məsələləri” ETL-də kiçik elmi işçi.
1996-2008-ci illərdə BDU-nun Filologiya, Tarix, Sosial elmlər və psixologiya fakültələrində
saathesabı müəllim.
2008-2012-ci illərdə BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında müəllim.
2012-сi ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında dosent.
2017-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında professor əvəzi.
TƏDQİQAT SAHƏSİ
Azərbaycan folkloru
«Kitabi-Dədə Qorqud» eposu
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
1999, Bakı, Azərbaycan. «Kitabi-Dədə Qorqud»un folklor qaynaqları. «Kitabi-Dədə Qorqud»-1300. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. VI elmi-nəzəri konfransı.
2006, Bakı, Azərbaycan. «İlk oğuz dastanları və onların tarixi coğrafiyası. «Ortaq türk keçmişindənortaq türk gələcəyinə» IV Uluslararası Folklor konfransı.
2010, Bakı,Azərbaycan. Ozan yaradıcılığında “Kitabi- Dədə Qorqud” süjetinin formalaşmasına dair.Türk epik ənənəsində dastan.”Ortaq türk keçmişindən ortaq türk gələcəyinə”. larVİ Uluslararas Folklor konfransı.
2010, Bakı, Azərbaycan. Qadın mövzusunun tədqiqində tarixi mənbəlırin əhəmiyyətinə dair (“KitabiDədə Qorqud” dastanı nümunəsində). Mədəni müxtəliflik sosial- siyasi dəyər kimi. Kulturoloqların II Milli Forumu( Beynəlxalq elmi- praktik konfrans)
2015, Bakı, Azərbaycan. Oğuzlar,oğuz eli və “Kitabi- Dədə Qorqud”.Azərbaycanşünaslğın aktualproblemləri.Ümummilli lider H.Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VI Beynəlxalq elmi konfransı.
2015, Bakı, Azərbaycan.” Kitabi-Dədə Qorqud “ eposunda düşmən obrazları. “Kitabi- Dədə Qorqud”un elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos və etnos” Beynəlxalq Simpoziumu.
İCTİMAİ FƏALİYYƏTİ
2017-ci ildən AAK-ın Ekspert Şurasının üzvü.