QISA BİOQRAFİK MƏLUMAT
1971-ci il noyabrın 12-də İrəvan şəhərində anadan olub.
1978-1988-ci illərdə Bakı şəhərində 193 saylı tam orta məktəbdə təhsil alıb.
1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
1993-cü ildən Bakı Dövlət Universitetində çalışır.
2005-2011-ci illərdə Azərbaycan Dillər Universitetinin Xarici dil (ingilis dili) müəllimi fakültəsində təhsil alıb.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1998-2002-ci illərdə BDU-nun Folklor kafedrasının dissertantı olub.
2002-ci ildə «Azərbaycan folklorunun rus dilinə tərcümə probleminin, özünəməxsusluğu (1980- 1990-cı illər)» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmidərəcəsi alıb.
2003-cü ildə dosent elmi adını alıb.
2013-cü ildə «Azərbaycan folkloru materiallarının XIX əsrdə toplanılması, rus dilinə tərcüməsi və nəşri problemləri (SMOMPK-un materialları əsasında)» və filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
2015-ci ildə professor elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1993-1995-cü illərdə BDU-nun Filologiya fakültəsi Humanitar fakültələr üzrə Rus dili kafedrasında aborant.
1995-1996-cü illərdə BDU-nun Filologiya fakültəsi XX əsr Rus ədəbiyyatı nəzəriyyəsi kafedrasında baş laborant.
1996-1999-cü illərdə BDU-nun Filologiya fakültəsi Folklor kafedrasında müəllim.
1999-2003-cü illərdə BDU-nun Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasındabaş müəllim.
2003-2005-ci illərdə BDU-nun Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında dosent əvəzi.
2005-2015 ci illərdə BDU-nun Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında dosent.
2015-ci ildən BDU-nun Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında müdir.
TƏDQİQAT SAHƏSİ
Folklorşünaslıq
Tərcüməşünaslıq
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2012, Tiflis, Gürcüstan. “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” mövzusundaBeynəlxalq elmi simpozium.
2013, Bakı, Azərbaycan. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmişgənc tədqiqatçıların I Beynəlxalq elmi konfransı.
2014, Bakı, Azərbaycan. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmişgənc tədqiqatçıların I Beynəlxalq elmi konfransı.
2015, Bakı, Azərbaycan. “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü”mövzusunda Respublika elmi konfrans.
2015, Bakı, Azərbaycan. “Kitabi-Dədə Qorqud və Türk dünyası” mövzusunda Beynəlxalq elmikonfrans.
2016, Bakı, Azərbaycan. “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda Beynəlxalq elmi Konfrans.
2016, Moskva, Rusiya. «Современные проблемы тюркологии: язык – литература – культура» 17- 18 ноября, Москва, РУДН
2017, Türkiyə, Ankara: VIII Uluslararası Türk dil qurultayı, 22-26 may, Ankara, Türkiyə
2017, Bakı, Azərbaycan. Yunis Emre merkezi ilə Bakı Dövlət Universitetinin birgə keçirtdiyi «Korkud Atatdan günümüze aşıklık geleneyi»
ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI
2015, “Bizim Lider” qəzetinin Redaksiya Heyətinin qərarına əsasən “Azərbaycan bayrağı” Fəxri diplomu
2017, Kütləvi İnformasiya Vasitələrinin İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə “İlin alimi” Ali media mükafatı
İCTİMAİ FƏALİYYƏTİ
2015-ci ildən BDU-nun Filologiya fakültəsinin tədbirlərinin təşkilat komitəsinin üzvü
2015-ci ildə AMEA-nın Folklor İnstitutunun Müdafiə Şurasının üzvü