QISA BİOQRAFİK MƏLUMAT
1967-ci il fevralın 5-də Bakı şəhərində anadan olub.
1973-1983-cü illərdə Bakı şəhəri 53 saylı tam orta məktəbdə təhsil alıb.
1983-1988-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
1995-ci ildən Bakı Dövlət Universitetində çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1991-1994-cü illərdə BDU-nun aspirantura şöbəsində əyani təhsil alıb.
1997-ci ildə «Azərbaycan folklorunda cəngavər qadın obrazı» mövzusunda dissertasiya müdafiə edib və
filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2008-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1988-1991-ci illərdə Sabirabad rayonunun Surra kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı
müəllimi.
1995-2003-cü illərdə BDU-nun Folklor kafedrasında baş laborant.
2003-2007-ci illərdə BDU-nun BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında müəllim.
2007-2008-ci illərdə BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında 0,5 ştat dosent əvəzi.
2008-2010-cu illərdə BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında 0,5 ştat dosent.
2010-cu ildə BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında tam ştat dosent.
TƏDQİQAT SAHƏSİ
Folklorşünaslıq
Mifologiya
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2004, Bakı, Azərbaycan: «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə», II uluslararası (beynəlxalq)folklor konfransı.
2007, Bakı, Azərbaycan: «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə», V uluslararası (beynəlxalq) folklor konfransı.
2012, Tiflis, Gürcüstan: “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” beynəlxalq simpoziumu
2013, Bakı, Azərbaycan: Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş gənc tədqiqatçıların I beynəlxalq elmi konfransı
2015, “Barmaq boyda oğlan və nəhəng” ənənəvi süjetinin mənşəyinə dair. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” VI beynəlxalq elmi konfransın materialları.5-7 may, 2015-ci il, Bakı, “Mütərcim” nəşriyyatı, səh.18-
2015, «Xeyirxah məsləhətlər» süjetli məişət nağıllarında milli-mənəvi dəyərlərin bəşəri xarakteri. Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü mövzusunda Respublika Elmi Konfransının materialları. Bakı, «Elm və Təhsil», 2015, s.94-102
2015, «Can əvəzinə can» süjeti və «Qocaların öldürülməsi» mərasiminin qovşağında yaranan boy. // «Dədə Qorqud və türk dünyası» mövzusunda beynəlxalq elmi konfransın materialları. Bakı, 29 dekabr, 2015
2018, Bakı, Azərbaycan: Yasaqlar - müxtəlif xalqların təsəvvürlər sistemindəki tipoloji oxşarlıqların təzahürü kimi. Sumqayıt Dövlət Universitetində keçirilmiş “Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda beynəlxalq elmi konfransın material¬ları. 04-05 dekabr. Sumqayıt Dövlət Universitetinin nəşriyyatı, səh. 240-242
2020, Bakı, Azərbaycan: Mərasim mənşəli ənənəvi süjetlər. “Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli özünütəsdiqdə və Mərkəzi Asiyadakı mədəni tərəqqidə yeri”. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransın materialları 23-25 dekabr. “Elm və Təhsil”, səh.51-52
2021, Bakı, Azərbaycan: Folklor obrazlarının Nizami yaradıcılığına transferi (“İsgəndərnamə” əsasında). Bakı Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq- Qərb ədəbi-mədəni irsi” mövzusunda keçirdiyi beynəlxalq elmi konfransın materialları 23-24 dekabr. Bakı Universitetinin nəşriyyatı, səh. 52-53
2021, Bakı, Azərbaycan: Nizaminin poeziya haqqında təlimi (“Şərəfnamə” əsasında). Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkil etdiyi dahi şairin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq - Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransın materialları 25-27 noyabr. “Elm və Təhsil”, səh. 215-217
2022, İzmir, Türkiyə: Müxtəlif xalqların əfsanələrindəki bəzi oxşar motivlərin mənşəyinə dair. Uluslararası Ege sosial və bəşəri bilimler konqresi, 02-04 sentyabr, səh.294-298
2022, Bakı, Azərbaycan: Aşıq Ələsgər şeirlərində təsəvvüf ideya və simvolları. AMEA-nın Elm Tarixi İnstitutunda keçirilmiş “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda beynəlxalq elmi konfransın materialları 14 oktyabr, səh. 402-405
2024, Belqrad, Serbiya: Nağılların bəzi heyvan personajları Müdrik Qoca arxetipinin örnəkləri kimi.VI sosial və bəşəri bilimlər konqresinin materialları. 17-20 oktyabr, səh.559-563