QISA BİOQRAFİK MƏLUMAT
1988-ci ildə aprelin 17-də Bakı şəhərində anadan olub.
1995-2006-cı illərdə Bakı şəhəri Binəqədi rayonu Famil İsgəndərov adına 157 saylı tam orta məktəbdə
təhsil alıb.
2007-2012-ci illərdə BDU-nun Filologiya fakültəsinin bakalavriat pilləsində “Azərbaycan dili və
ədəbiyyatı” ixtisası üzrə təhsili alıb.
2013-2015-ci illərdə BDU-nun Filologiya fakültəsinin magistratura pilləsində “Azərbaycan ədəbiyyatı”
ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2017-ci ildən BDU-nun “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının dissertantıdır.
ƏMƏK FƏALİYYƏTİ
2016-cı ildən BDU-nun “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasında böyük laborant.
TƏDQİQAT SAHƏSİ
Klassik Azərbaycan ədəbiyyatı
Azərbaycan şifahi xalq ədəbiyyatı
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2013, Bakı, Azərbaycan. “Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi” respublika müsabiqəsi.
2014, Bakı, Azərbaycan: Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş Respublika Elmi-Nəzəri konfransı.
2015, Bakı, Azərbaycan. Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Filologiyanın aktual problemləri Respublika Elmi-nəzəri Konfransı.
2015, Bakı, Azərbaycan: Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92- ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı.
2015, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü mövzusunda Respublika Elmi Konfransı.
2015, Bakı, Azərbaycan. "Bakı Dövlət Universitetində "Kitabi-Dədə Qorqud" və türk dünyası mövzusunda Beynəlxalq Elmi Konfrans.
2015, Bakı, Azərbaycan: Dünya azərbaycanlıların Həmrəyliyi gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda Beynəlxalq tələbə elmipraktik konfrans.
2016, Bakı, Azərbaycan. Ulu öndərin anadan olmasına həsr olunmuş “Ulu Öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” Beynəlxalq Elmi konfransı.
2016, Bakı, Azərbaycan. “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93- ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı.
2016, Bakı, Azərbaycan. “Müasir Türkoloji Tədqiqatlar: Problem və perspektivlər” mövzusunda Gənc Türkoloqların Beynəlxalq Elmi Konfransı.
2017, Bakı, Azərbaycan. “Azərbaycanda İslam həmrəyliyi: İslam dəyərləri və Azərbaycan gəncliyi” mövzusunda Respublika elmi-nəzəri konfransı
2017, Bakı, Azərbaycan. II Beynəlxalq “Türk dünyasının ortaq dili-naxışlar” mövzusunda simpozium.
2017, Bakı, Azərbaycan. “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94- cü ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı.
2017, Bakı, Azərbaycan. Doktorantların və gənc tədqiqatçıların XXI Respublika Elmi Konfransı.
ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI
2009-cu ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda kütləvi informasiya vasitələri üçün keçirtdiyi "Məcburi dövlət sosial sığortası: gələcəyə qoyulan sərmayə" mövzusunda müsabiqədə diploma layiq görülüb.
2010-cu ildə “17 - noyabr Milli Dirçəliş Günü” ilə bağlı “Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda ən yaxşı yazı müsabiqəsində diploma layiq görülüb.
2012-ci ildə BDU-nun Tələbə Həmkarlar Təşkilatı və Filologiya fakültəsi 28 May Respublika gününə həsr edilmiş yaradıcılıq müsabiqəsinin (II yer) qalibi olub.
2013-cü ildə Bakı Dövlət Universitetində "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin Bakı Dövlət Universiteti ilə birgə təşkil etdiyi, görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin anadan olmasının 105 illiyinə həsr olunmuş "Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi" mövzusunda məqalə müsabiqəsinin qalibi olub.
2015- ci ildə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkil etdiyi “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəsssümü” mövzusunda “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin (II yer) müsabiqəsinin qalibi olub.
İCTİMAİ FƏALİYYƏTİ
2015-cu ildən BDU-nun Filologiya fakültəsi Həmkarlar Komitəsinin üzvü.