QISA BİOQRAFİK MƏLUMAT
1958-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub.
1965-1975-ci illərdə Bakı şəhəri 13 saylı orta ümumtəhsil məktəbində təhsil alıb.
1975-1980-ci illərdə Bakı Dövlət Universitetində Filologiya fakültəsində təhsil alıb.
1987-ci ildən Bakı Dövlət Universitetində çalışır
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI\
1984-1987-cü illərdə BDU-nun aspiranturasında təhsil alıb.
1987-ci ildə “Hüseyn Cavidin “Xəyyam” pyesi və tarixi dram məsələsi” mövzusunda dissertasiya
müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2003-cü ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1980-1983-cü illərdə Dəvəçi rayonunun Çölquşçu kəndində orta məktəbində müəllim.
1983-1984-cü illərdə Zəif eşidən uşaqlar üçün Respublika İnternat-məktəbində müəllim.
1990-2003-cü illərdə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında müəllimi.
2003-cü ildən Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti.
TƏDQİQAT SAHƏSİ
Folklorşünaslıq
H.Cavid, S.Vurğun, B.Vahabzadənin yaradıcılıqları
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2012, Bakı, Azərbaycan. I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu. Qafqaz Universiteti
2015, Bakı, Azərbaycan. “Kitabi-Dədə Qorqud” və türk dünyası”. “Kitabi-Dədə Qorqud”un tərcüməsi
və nəşrinin 200 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans. BDU
2017, Qars, Türkiyə. I Uluslararası Kafkasya Halk Kültürü Kongresi , 9-11 ekim, Kars, Türkiye
İCTİMAİ FƏALİYYƏTİ
1999-cu ildən DİM-də (əvvəlki TQDK) Azərbaycan dili və ədəbiyyatı üzrə ekspert.