QISA BİOQRAFİK MƏLUMAT
1958-ci il iyulun 6-da Bakı şəhərində anadan olub.
1965-1975-ci illərdə Bakı şəhəri 20 №-li orta məktəbdə təhsil alıb.
1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində «Rus dili və ədəbiyyatı»
ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2002-ci ildə «Nəcəf bəy Vəzirov rus ədəbiyyatı ilə əlaqələrdə» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2008-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1981-1991-ci illərdə Bakı Dövlət Universitetində laborant və baş laborant.
1991-2004-cü illərdə BDU-nun Humanitar fakultələr üzrə rus dili kafedrasında müəllim və baş müəllim.
2004-2006-cı illərdə BDU-nun Humanitar fakultələr üzrə rus dili kafedrasında dosent əvəzi.
2008-ci ildən BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti .
TƏDQİQAT SAHƏSİ
Nəcəf Bəy Vəzirovun rus əlaqələri, rus dilinə tərcümə olunmuş əsərləri, əsərlərində frazeoloji və idiomatik ifadələrin araşdirilmasi.
Azərbaycan bölməsində rus dilinin tədrisi, pedaqogika.
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2006, Bakı. Azərbaycan. Azərbaycanda Rusiya ilinə həsr olunmuş elmi konfrans.
2007, Bakı, Azərbaycan. «Qloballaşma şəraitində müasir pedaqoji elmin aktual problemləri» adlı Beynəlxalq elmi-praktik konfrans.
2007, Bakı, Azərbaycan. Azərbaycan «Rus dilinin xarici dil kimi tədrisinin aktual problemləri» adlı seminar. M.V.Lomonosov adına MDU-nun Beynəlxalq təhsil mərkəzi tərəfindən təşkil olunmuşdur.