QISA BİOQRAFİK MƏLUMAT
1952-ci il martın 16-da Bakı şəhərində anadan olub.
1959-1969-cu illərdə Bakı şəhəri 150 saylı orta məktəbdə oxuyub.
1969-1974-cü illərdə BDU-nun Filologiya fakültəsində «Rus dili və ədəbiyyatı» ixtisası üzrə təhsil alıb.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1987-1991-ci illərdə BDU-nun Ümumi dilçilik kafedrasının dissertantı olub.
1992-ci ildə «Azərbaycan dilində qanadlı sözlər» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1997-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1975 – 1987-ci illərdə BDU-nun tədris hissəsində baş laborant.
1987 – 1994-cü illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasında müəllim.
1994 – 1997-cü illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasnda baş müəllim.
1997-ci ildən BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti.
TƏDQİQAT SAHƏSİ
Rus dili. Rus ədəbiyyatı. Pedaqogika.
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
1993, Bakı, Azərbaycan. «Ədəbi əlaqələrin öyrənilməsi və bədii tərcümənin aktual problemləri» elmi konfrans.
1994, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş yubiley elmi konfrans.
2006, Bakı. Azərbaycan. Azərbaycanda Rusiya ilinə həsr olunmuş elmi konfrans.
2007, Bakı, Azərbaycan. «Rus dilinin xarici dil kimi tədrisinin aktual problemləri» adlı seminar. M.V.Lomonosov adına MDU-nun Beynəlxalq Təhsil Mərkəzi tərəfindən təşkil olunmuşdur.
2009, Bakı, Azərbaycan. “BDU-nun 90 illiyinə həsr olunmuş “Müasir Azərbaycanda rus dili və ədəbiyyatı” elmi konfrans.