QISA BİOQRAFİK MƏLUMAT
1955-ci il martın 14-də Bakı şəhərində anadan olub.
1962-1972-ci illərdə Bakı şəhər 153 saylı orta məktəbdə təhsil alıb.
1972-1977-ci illərdə BDU-nun Filologiya fakültəsində «Rus dili və ədəbiyyatı» ixtisası üzrə təhsil alıb.
1977-1982-ci illərdə orta məktəbdə və AMEA-da işləyib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1982-1985-ci illərdə BDU-nun Rus sovet ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının əyani aspirantı.
1986-cı ildə «F.V.Qladkovun ədəbi-estetik görüşləri» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
1997-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1977-1978-ci illərdə Sumqayıt şəhər 24 saylı orta məktəbdə rus dili müəllimi.
1978-1981-ci illərdə Bakı şəhər 8 saylı internat məktəbində tərbiyəçi-müəllim və rus dili və ədəbiyyatı müəllimi.
1981-1982-ci illərdə AMEA-nın Dilçilik İnstitutunun Rus dili şöbəsində kiçik elmi işçi.
1985-1988-ci illərdə BDU-nun Rus sovet ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının baş laborantı.
1988-1997-ci illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi.
1997-ci ildən BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti.
TƏDQİQAT SAHƏSİ
Rus dili. Rus ədəbiyyatı. Ədəbiyyat nəzəriyyəsi. Pedaqogika.
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2007, 27 – 28 noyabr. Bakı. «Rus dilinin xarici dil kimi tədrisinin aktual problemləri» adlı seminar. – M.V.Lomonosov adına MDU – nun Beynəlxalq Təhsil Mərkəzi tərəfindən təşkil olunmuşdur.
2009, Bakı, BDU-nun 90 illiyinə həsr olunmuş “Müasir Azərbaycanda rus dili və ədəbiyyatı” elmi konfrans.