QISA BİOQRAFİK MƏLUMAT
1958-ci il avqustun 31-də Bakı şəhərində anadan olub.
1965-1975-ci illərdə Bakı şəhəri 32 saylı orta məktəbdə təhsil alıb.
1977-1982-ci illərdə M.V. Lomonosov adına MDU-nun Filologiya fakültəsində təhsil alıb.
1987-ci ildən Bakı Dövlət Universitetində çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1984-1987-ci illərdə BDU-nun Klassik rus ədəbiyyatı kafedrasının əyani aspirantı olub.
1990-ci ildə “Qədim rus ədəbiyyatında Şərq” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib vəfilologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2009-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1982-1983-ci illlərdə Bakı şəhəri 32 saylı orta məktəbdə rus dili və ədəbiyyat müəllimi.
1983-1984-cü illərdə BSU-da tədris şöbəsinin baş inspektoru.
1987-2007-ci illərdə BDU-da Klassik rus ədəbiyyatı kafedrasında müəllim və baş müəllim.
2009-cu ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının dosenti.
TƏDQİQAT SAHƏSİ
Ədəbi əlaqələr
İŞTİRAK ETDİYİ KONFRANSLAR , KEÇDİYİ KURSLAR, TRENİNQLƏR
1985, Bakı, Azərbaycan. Azərbaycanın ali məktəb aspirantlarının VIII Respublika elmi konfransı.
1987, Bakı, Azərbaycan. “Rus dili və ədəbiyyat – millətlərarası əlaqənin və beynəlmiləl tərbiyənin mühüm vasitəsi” mövzusunda respublika elmi-praktik konfransı.
1989, Bakı, Azərbaycan. „Elm və praktikanın qarşılıqlı əlagələri“ mövzusunda elmi-praktik konfrans.
1990, Bakı, Azərbaycan. “Dillər və elmi əlaqələr” mövzusunda elmi konfrans.
1990, Bakı, Azərbaycan. “Şərq və Qərb:tarixi tipologiya, yaradıcılıg əlaqələri, qarşılıqlı təsir“mövzusunda elmi konfrans.
1991, Bakı, Azərbaycan. “Azərbaycan folklorunun aktual problemləri” mövzusunda respublika elmi konfransı.
1992, Bakı, Azərbaycan. “Ədəbi əlaqələrin və bədii tərcümənin öyrənilməsinin aktual problemləri” mövzusunda elmi konfrans.
2004, Bakı, Azərbaycan. “Müasir ictimai-siyasi kontektsdə gender təhsilinin inkişafı” mövzusunda elmipraktik konfrans
2009, Bakı, Azərbaycan. BDU-un 90-illiyinə həsr olunmuş “Müasir Azərbaycanda rus dili və ədəbiyyat” mövzusunda elmi konfrans.
2011, Bakı, Azərbaycan. Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.
2009, İstanbul, Türkiyə. “ XI-XXI əsrlərdə Rus ədəbiyyatında Şərq-Qərb” mövzusunda beynəlxalq elmi konfrans.
2011, İstanbul, Türkiyə. “Mədəniyyətlərarası səhnədə rus dünyası və rus sözü” mövzusunda beynəlxalq elmi konfrans.
2016, Bakı, Azərbaycan. ”Multikulturalizm: Dünya və Azərbaycan” mövzusunda beynəlxalq elmipraktik konfransı
ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI
2018-ci ildə Bakı Dövlət Universitetinin ictimai həyatında fəal mövqeyinə, vəzifəsinə məsuliyyətlə
yanaşdığına, öhdəsinə düşən işləri vicdanla və dəqiq yerinə yetirdiyinə görə“Fəxri fərman”la təltif edilib.
.