QISA BİOQRAFİK MƏLUMAT |
- 1970-ciildə iyulun 28-də Gürcüstan Respublikasının Axaltsixe şəhərində anadan olub.
- 1977-1987-ci illərdə orta məktəbdə təhsil alıb (Hillersleben /Almaniya/, Bakı, Lənkəran).
- 1987-1992-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqojı Rus dili və Ədəbiyyatı İnstitunda təhsil alıb, Nəsimi adına təqaüdə layiq görülüb və institutu fərqlənmə diplomu ilə bitirib.
- 1993-cü ildən BDU-da çalışır.
- Ailəlidir, iki övladı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI |
- 1998-ci ildə «Qısa sait fonemlərin istifadədən çıxmasının son mərhələsində əsəs qrammatik morfemlərin morfonoloji sabitləşməsi (XV-XVII əsrlərin yazılı işgüzar və məişət abidələrinin materialları əsasında)» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alib
- 2009-cu ildə dosent elmi adını alıb
- 2012-2017-ci illərdə elmlər doktoru proqrammı üzrə BDU-nun Rus dilçiliyi kafedrasının qiyabı doktorantı olub
- 2017-ci ildə“Azərbaycandakı rus şivələrinin linqvokulturoloji aspekti” mövzusunda doktorluq dissertasiya işi kafedra müzakirəsindən keçib
ƏMƏK FƏALİYYƏTİ |
- 1993-1997-ci illərdə BDU-nun Hərbi kafedrasında baş laborant.
- 1994-2005-ci illərdə BDU-nun Rus dilçiliyi kafedrasında saathesabı müəllim.
- 1997-2005-ci illərdə BDU-nun Rus dilçiliyi kafedrasında baş laborant.
- 2005-2007-ci illərdə BDU-nun Rus dilçiliyi kafedrasında baş müəllim.
- 2007-2009-cu illərdə BDU-nun Rus dilçiliyi kafedrasında dosent əvəzi.
- 2009-2010-cu illərdə BDU-nun Beynəlxalq Elm və Təhsilə İnteqrasiya şöbəsində Filologiya fakültəsinin nümayəndəsi.
- 2009-2011-ci illərdə BDU-nun Rus dilçiliyi kafedrasında dosent.
- 2011-2014-cü illərdə BDU-nun Filologiya fakültəsində dekan müavini.
- 2014-cü ildən BDU-nun Rus dilçiliyi kafedrasının dosenti.
TƏDQİQAT SAHƏSİ |
- Slavyan filologiyası
- Qədim slavyan dili
- Rus dilinin tarixi
- Rus dialektologiyası
- Leksikoqrafiya
- Linqvokulturologiya
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR |
- 1998, Bakı, Azərbaycan. «Tağıyev oxumaları» Respublika elmi konfransı
- 2000, Bakı, Azərbaycan.VI Respublika elmi konfransı
- 2001, Bakı, Azərbaycan. Gənc aspirantların və tədqiqatçıların Respublika elmi konfransı
- 2002, Bakı, Azərbaycan. «Müstəqil Azərbaycanda elmin inkişaf istiqamətləri» mövzusunda I elmi konfrans
- 2003, Bakı, Azərbaycan. «Heydər Əliyev və Azərbaycan filologiyası» mövzusunda elmi konfrans
- 2006, Bakı, Azərbaycan. «Rus dili və ədəbiyyatı tədrisinin aktual problemləri» mövzusunda elmi konfrans
- 2007, Moskva, Rusiya. «Rus dili: tarixi taleyi və müasirlik» mövzusunda III Beynəlxalq konqress
- 2008, Bakı, Azərbaycan. «Azərbaycan filologiyasının aktual problemləri» ümummilli lider H.Ə.Əliyevin 85-illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransı
- 2008, Qorlovka, Ukrayna. «Şərq slavyan filologiyası: Nestordan bu günə gədər» mövzusunda Beynəlxalqelmi konfrans
- 2008, Mozır, Belarus. «Müasir xarici dilləri: işlənməsinin və tədrisin problemləri» mövzusunda Beynəlxalq elmi konfrans
- 2009, Moskva, Rusiya. «Humanitar və təbiət elmlərin müasir problemləri» mövzusunda Beynəlxalq elmi-praktiki konfrans
- 2009, Bakı, Azərbaycan. «Rus dili və ədəbiyyati müasir Azərbaycanda» BDU-nun 90-illik yubileyinə həsr olunmuş elmi konfransı
- 2010, Moskva, Rusiya. «Rus dili: tarixi taleyi və müasirlik» mövzusunda IV Beynəlxalq konqress
- 2010, Moskva, Rusiya. «Müasir təhsilin nəzəri və metodoloji problemləri» mövzusunda Beynəlxalq elmi-praktiki konfrans
- 2011, Karaqanda, Qazaxıstan. «Filologiya – XXI» mövzusunda II Beynəlxalq elmi-nəzəri konfrans (Sertifikat)
- 2011, London-Odessa, İngiltərə-Ukrayna. «İnsan cəmiyyətinin inkişafın müasir problemləri» mövzusunda III Beynəlxalq elmi konfrans (Certificate)
- 2011, London-Kiyev, İngiltərə-Ukrayna, «Müasir cəmiyyətinin inkişafın problemləri və meylləri» mövzusunda IX Beynəlxalq elmi konfrans (Certificate)
- 2012, Kazan, Rusiya. Professor V.M.Markovun 85-illik yubileyinə həsr olunmuş «Rus dili: fəaliyyət və inkişaf» mövzusunda Beynəlxalq elmi konfrans
- 2012, Visbaden, Almaniya. «Avropa elmi və texnologiyaları» mövzusunda II Beynəlxalq elmi-praktiki konfrans
- 2015, Massaçusets, Kembric, ABŞ. «Müasir dünyada Elm, təhsil və texnologiyalar» ХII Beynəlxalq konqress (Certificate achievement)
- 2015, Vestvud, Kanada. «Elm,texnika və ali təhsil» mövzusunda VII Beynəlxalq elmi-praktiki konfrans
- 2015, Tokio, Yaponiya. «Müasir sivilizasiya inkişafının tarixi, problemləri və perspektivləri» mövzusunda ХVI Beynəlxalq elmi konqress (Certificate achievement)
- 2016, Bakı, Azərbaycan. «Mədəni müxtəliflik: dünya və Azərbaycan» mövzusunda Beynəlxalq elmi-praktiki konfrans
- 2021, Yekaterinburq, «Наука России: Цели и задачи» mövzusunda XXVII Beynəlxalq elmi konfrans. (Sertifikat)
- 2021, Amsterdam, Hollandiya, «Dünya elminin ümumi sualları» mövzusunda Beynəlxalq elmi-praktiki konfrans. (Sertifikat)
- 2022, Kazan, Rusiya, «Çoxmədəniyyətli cəmiyyət şəraitində çoxdərəcəli dil hazırlığı» mövzusunda IX Beynəlxalq elmi-praktiki konfrans.
ELMI-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI |
- 1990-1992-ci illərdə F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunda Nəsimi adına “Fəxri təqaüd“ə layiq görülüb
- 2013-cü ildə Bakıda gənc rus dili müəllimlərinin, aspirantların və rusist tələbələrin «MDB-də inteqrasiya proseslərinin inkişafının əsası olan rus dilinə dəstək» mövzusunda keçirilən Beynəlxalq regional forumun təşkilində və işində fəal iştirakına görə Xaricdə Yaşayan Həmvətənlərlə İş və Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin Nümayəndəliyi (ROSSOTRUDNICHESTVO) tərəfindən «Təşəkkür məktubu»na layiq görülüb (Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi)
- 2014-cü ildə «Azərbaycanda rus dilini populyarlaşdırmasına görə» Müstəqil Dövlətlər Birliyinin işləri üzrə Federal Agentliyi tərəfindən diplom ilə təltif olunub (6 iyun, 2014-cü il, Moskva, ROSSOTRUDNICHESTVO).
- 2015-ci ildə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin tərəfindən – «Azərbaycanda rus dili və dilşünaslığı naminə əldə olunmuş elmi və yaradıcılıq nailiyyətlərinə görə» təşəkkür məktubunu alıb (5 fevral 2015-ci il, Bakı).
İCTİMAİ FƏALİYYƏTİ |
- 2002-2009-cu illərdə BDU-da Yekun Dövlət Attestasiyası Komissiyasının və magistr dissertasiyalarının müdafiəsi üzrə şuranın elmi katibi.
- 2006-cı ildən BDU-nun Filologiya fakültəsində Elmi Şuranın üzvü.
- 2017-2019-cu illərdə «Российская ассоциация лингвистов-когнитологов» adlı Rusiya ictimai təşkilatının üzvü.
- 2018-ci ildən Rusiya Elm və Təhsil Nazirliyinin Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş «Высшее образование сегодня» jurnalının beynəlxalq redaksiya heyətinin üzvü (Moskva, Rusiya Federasiyası).