QISA BİOQRAFİK MƏLUMAT
1989-cı ildə sentyabrın 5-də Bakıda anadan olub.
1995-1998-ci illərdə Moskva şəhəri 262 saylı tam orta məktəbində təhsil alıb.
1998-2003-ci illərdə Bakı şəhəri 27 saylı tam orta məktəbində təhsil alıb.
2003-2006-ci illərdə Bakı şəhəri Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə təhsil alıb.
2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavriatura səviyyəsini “Rus dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb.
2011-2013-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistratura səviyyəsini “Dilşunaslıq (Rus dilçiliyi)” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2014-2017-ci illərdə Bakı Dövlət Universitetinin Rus dilçiliyi kafedrasının “Slavyan dilləri” ixtisası üzrə əyani doktorantı olub.
2014-cı ildən müəllimlik fəaliyyətinə başlamışdır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2017-cı ilin oktyabr ayının 31-də “Qiymətli daş” konsepti və onun şərq slavyan dillərində verballaşması” mövzusunda dissertasiya müdafiə edib.
2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23.05.2020-ci il tarixli qərarı ilə Slavyan dili ixtisasında ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
2021 -ci ildən Bakı Slavyan Universitetinin «Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik» ixtisası üzrə elmlər doktoru hazırlığı üzrə qiyabi doktoranturasına daxil olub.
ƏMƏK FƏALİYYƏTİ
2015-2021-ci illərdə Bakı Dövlət Universiteti Rus dilçiliyi kafedrasının saathesabı müəllimi.
2018-ci ildən Dövlət İmtahan Mərkəzinin magistratura şöbəsində rus dili üzrə ekspert.
2021-ci ildən Bakı Dövlət Universiteti Rus dilçiliyi kafedrasının müəllimi.
TƏDQİQAT SAHƏSİ
Müasir Rus dili.
Lingvokulturologiya.
Konseptologiya.
Şərqi-slavyan dillərinin leksikologiyası
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2013 - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasını 90 illlik yubileynə həsr olunmuş filologiyanın aktual problemləri movzusunda Respublika elmi-nəzəri konfransının, Bakı
2015 - Doktorantların və gənc tədqiqatçıların XIX respublika elmi konfransının materialları, Bakı
2016 - 6-th International Scientific Conference “European Applied Sciences: challenges and solutions”, Stuttgart, Germany
2020 - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan filologiyası adlı Respublika virtual elmi konfransın materialları, Bakı
2021 - «Совершенствование инструментов оценивания по РКИ» onlayn-treninq, Sankt-Peterburq