QISA BİOQRAFİK MƏLUMAT
1972-ci il avqustun 20-də Bərdə şəhərində anadan olub.
1979-1989-cu illərdə Bakı şəhəri 267 saylı orta məktəbdə təhsil alıb.
1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Filologiya-Azərbaycan dili
və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1996-2001-ci illərdə BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının dissertantı olub.
2005-ci ildə «Əkrəm Əylislinin bədii nəsri» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə
fəlsəfə doktoru elmi dərəcəsi alıb.
ƏMƏK FƏALİYYƏTİ
1994-1995-ci illərdə Bakı şəhəri „Zadəganlar“ İnstitutunun Azərbaycan dili kafedrasında baş laborant
1995-ci ildən BDU-nun „Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə“ ETL-də kiçik elmi işçi.
2015-ci ildən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim.
TƏDQİQAT SAHƏSİ
Müasir Azərbaycan ədəbiyyatı
İŞTİRAK ETDİYİ KONFRANSLAR , KEÇDİYİ KURSLAR, TRENİNQLƏR
2000, Bakı, Azərbaycan. Aspirantların və gənc tədqiqatçıların VI Respublika elmi konfransı.
2003, Bakı,Azərbaycan. “Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda keçirilmiş elmipraktik konfransı.
2011, Bakı, Azərbaycan. Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmiş Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivləri mövzusunda Respublikaelmi konfransı.
2014, Bakı, Azərbaycan. Məhəmməd Əməd əsulzadənin 130 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı.
2015, Bakı, Azərbaycan. “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfransı.
2016, Bakı, Azərbaycan. I Türkoloji qurultayın 90 illik yubileyinə həsr olunmuş Respublika elmikonfransı