QISA BİOQRAFİK MƏLUMAT
1971-ci ilin yanvar ayının 24-də Bakı şəhərində anadan olub.
1978-1988-ci illərdə Şamaxı rayonunun Ərəbşalbaş kənd tam orta məktəbində təhsil alıb və orta məktəbi əla qiymətlərlə bitirib.
1990-1996-cı illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
1996-cı ildən Bakı Dövlət Universitetində çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1998-2002-ci illərdə BDU-nun Türkologiya kafedrasının dissertantı olub.
2003-cü ildə «Qədim Azərbaycan dilində tayfa dili xüsusiyyətləri» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2013-cü ildə dosent elmi adını alıb.
2014-cü ildən elmlər doktoru proqramı üzrə BDU-nun qiyabi doktorantıdır.
ƏMƏK FƏALİYYƏTİ
1991-1996-cı illərdə Şamaxı rayonunun Ərəbşalbaş kənd tam orta məktəb kitabxanasının müdiri.
1996-2005-ci illərdə BDU-nun Аzərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında laborant.
2005-2011-ci illərdə BDU-nun Аzərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim.
2011-2012-cı illərdə BDU-nun Аzərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında dosent əvəzi.
2013-cü ildən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosentidir.
TƏDQİQAT SAHƏSİ
Azərbaycan dilinin tarixi
Azərbaycan dilinin tarixşünaslığı
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
1999, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
2011, Bakı, Azərbaycan. Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 20-ci il dönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı
2012, Bakı, Azərbaycan. M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı
2014, Bakı, Azərbaycan. M.Ə.Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı
2016, Bakı, Azərbaycan. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş Müasir türkologiya. dünən, bu gün və sabah (problemlər və perspektivlər) Respublika elmi konfransı
2014, Bakı, Azərbaycan. Azərbaycan Respublikası Təhsil Nazirliyi “Mədəd Azərbaycan” MMC . Ali təhsil müəssisələri üçün “Ümumi təhsil kurikulumunun əsasları” fənninin tədrisi üzrə təlim məşğələlərin(sertifikat, I dərəcə. Biliyi, bacarığı və səriştəsi ilə fərqləndiyinə görə)
2016, Bakı, Azərbaycan. Azərbaycan Respublikası Təhsil Nazirliyi, ADA Universiteti. ADA Universitetində 9 mart-29 iyun, 2016-cı il tarixlərində tədris olunan “Tədqiqat Metodları” fənni üzrə Məzun sertifikatı, I dərəcə, fənni müvəffəqiyyətlə bitirdiyinə görə/
2016, Bakı, Azərbaycan. Azərbaycan Respublikası Təhsil Nazirliyi, ADA Universiteti. Ali məktəb müəllimləri üçün “Tədqiqat Metodları” mövzusunda təşkil olunmuş təlim kursu / sertifikat, I dərəcə, uğurlu iştirakına görə /
2018, Bakı, Azərbaycan. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi müvəffəqiyyət sertifikatı