QISA BİOQRAFİK MƏLUMAT
1950-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olub.
1957-1967-ci illərdə Şəki şəhəri 10 saylı tam orta məktəbində təhsil alıb.
1967-1972-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1987-ci ildən BDU-nun Azərbaycan dili və metodika kafedrasının dissertantı olub.
1997-ci ildə “Azərbaycan dilində şəkilçilərin omonimliyi” mövzusunda dissertasiya müdafiə edib və
filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2000-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1972-1974-cü illərdə Şəki şəhərindəki 17 saylı məktəbdə dil-ədəbiyyat müəllimi.
1987-1993-cü illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında baş laborant.
1993-1997-ci illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim.
1997-2000-ci illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında baş müəllim.
2000-ci ildən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosentidir.
TƏDQİQAT SAHƏSİ
Azərbaycan dilinin lüğətçilik tarixi (XI-XIX əsrlər)
Azərbaycan dilinin morfologiyası
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2011, Bakı, Azərbaycan. BDU. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans.
2013, Bakı, Azərbaycan. BDU. H.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2014, Bakı, Azərbaycan. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2014, Bakı, Azərbaycan. İ.Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2015, Bakı, Azərbaycan. Pənah Xəlilovun 90 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı.
2015, Bakı, Azərbaycan. “Kitabi-Dədə Qorqud”un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransı.
2016, Bakı, Azərbaycan. Mədəni müxtəliflik: Dünya və Azərbaycan. Beynəlxalq elmi-praktik konfransı.
2018, Bakı. Azərbaycan. BDU. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.