RƏHİLƏ İLDIRIM QIZI QULİYEVA

RƏHİLƏ İLDIRIM QIZI QULİYEVA

RƏHİLƏ İLDIRIM QIZI QULİYEVA

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

 1947-ci il dekabrın 16-da Laçın rayonunda anadan olub.
 1954-1961-ci illərdə Şuşa şəhər 1 saylı orta məktəbdə təhsil alıb.
 1961-1965-ci illərdə təhsilini Şuşa Şəhər Pedaqoji Texnikumunda davam etdirib və texnikumu
fərqlənmə diplomu ilə bitirib.
 1965-1970-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

 1974-1980-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dissertantı olub.
 1980-ci ildə «Azərbaycan dilində ədatlar» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə
fəlsəfə doktoru elmi dərəcəsi alıb.
 1982-ci ildə dosent elmi adını alıb.

ƏMƏK FƏALİYYƏTİ

 1970-1981-ci illərdə Xankəndi Dövlət Pedaqoji İnstitutunda müəllim.
 1981-1982-ci illərdə Xankəndi Dövlət Pedaqoji İnstitutunda baş müəllim.
 1982-1988-ci illərdə Xankəndi Dövlət Pedaqoji İnstitutunda dosent.
 1988-ci ildən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti.

TƏDQİQAT SAHƏSİ

 Azərbaycan dilinin qrammatik quruluşu
 Azərbaycan dilinin tədrisi məsələləri

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR

 1983, Xankəndi, Azərbaycan. «Sovet ədəbiyyatında xalqlar dostluğu və qardaşlıq» mövzusunda Respublika elmi konfransı.
 1984, Bakı, Azərbaycan. «Azərbaycan dilinin tədrisi məsələləri» mövzusunda Respublika elmi-metodik konfransı.
 1986, Bakı, Azərbaycan. «Azərbaycan onomastikasının problemləri» mövzusunda Respublika ali məktəblərarası elmi konfrans.
 1997, Bakı, Azərbaycan. AR Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş ixtisasartırma kurslarındaiştirak edib.
 2002, Bakı, Azərbaycan. AR Təhsil Nazirliyi tərəfindən Azərbaycan Müəllimlər İnstitutunda təşkil edilmiş ixtisasartırma kurslarında iştirak edib.
 2008, Bakı, Azərbaycan. AR Təhsil Nazirliyi və «Mədəd» humanitar təşkilatı tərəfindən «Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi» kursunda iştirak edib və sertifikata layiq görülüb.
 2008, Bakı, Azərbaycan. Ümummilli lider H.Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş «Azərbaycan filologiyasının aktual problemləri» mövzusunda Respublika elmi-nəzəri konfransı.
 2010, Bakı, Azərbaycan. Prof. Cəfər Xəndanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş «Azərbaycan filologiyasının aktual problemləri» mövzusunda Respublika elmi-nəzəri konfransı.
 2011, Bakı, Azərbaycan. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş «Azərbaycan filologiyasının aktual problemləri» mövzusunda Respublika elmi-nəzəri konfransı.
 2012, Bakı, Azərbaycan. M.Ə.Sabirin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş «Azərbaycan filologiyasının aktual problemləri» mövzusunda Respublika elmi-nəzəri konfransı.
 2013, Bakı, Azərbaycan. Prof. Bəkir Çobanzadənin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş «B.Çobanzadə və türkologiyanın müasir problemləri» mövzusunda Respublika elmi konfransı.
 2014, Bakı, Azərbaycan. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş «Azərbaycan filologiyasının aktual problemləri» mövzusunda Respublika elmi-nəzəri konfransı.
 2015, Bakı, Azərbaycan. Ümummilli lider H.Əliyevin anadan olmasının 92 illik yubileyinə həsr olunmuş «Azərbaycan filologiyasının aktual problemləri» mövzusunda Respublika elmi-nəzərikonfransı.
 2015, Bakı, Azərbaycan. Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans.
 2015, Qars, Türkiyə. «Azərbaycanşünaslıq: Bu günü, keçmişi və gələcəyi» mövzusunda Beynəlxalqelmi simpozium.
 2016, Bakı, Azərbaycan. Akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuşRespublika elmi konfransı.
 2016, Bakı, Azərbaycan. I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah” mövzusunda Respublika elmi konfransı.
 2017, Bakı, Azərbaycan. AMEA-da Akademik Ağamusa Axundovun anadan olmasının 85 illikyubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans.
 2017, Bakı, Azərbaycan. BDU-da Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
 2017, Ankara. Türkiyə. VIII Uluslararası Türk dili qurultayı (21-26 may).
 2018, Bakı, Azərbaycan. BDU-da Görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlalın 110 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı.
 2018, Bakı, Azərbaycan. Görkəmli türkoloq, professor Bəkir Çobanzadənin 125 illik yubileyinə həsr olunmuş "Azərbaycan dili: dünən və bu gün" mövzusunda Beynəlxalq elmi konfrans.

 

ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI

 1987- ci ildə Xankəndi Dövlət Pedaqoji İnstitutu tərəfindən «Fəxri fərman»la təltif olunub.
 2009-cu ildə Bakı Dövlət Universteti tərəfindən «Fəxri fərman»la təltif olunub.
 2014-cü ildə BDU-da «Universitetdaxili 50+50» qrant müsabiqəsinin qalibi olub.
 2015-ci ildə Türkiyənin Qafqaz Universiteti tərəfindən «Azərbaycanşünaslıq: Bu günü, keçmişi və gələcəyi» mövzusunda Beynəlxalq elmi simpoziumda fəal iştirakına görə «Təşəkkürnamə» ilə təltif olunub.
 2017, BDU-nun HİK tərəfindən „Fəxri fərman“la təltif olunub.
 2017, Atatürk Kültür, Dil və Tarih Kurmu tərəfindən „Təşəkkürnamə“ ilə təltif olunub.
 2018, “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyi tərəfindən „Təşəkkürnamə“ ilə təltif olunub.

İCTİMAİ FƏALİYYƏTİ

 2015-ci ildən BDU-nun D.02.181 Dissertasiya müdafiəsi şurası yanında Elmi seminarın üzvü. 

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət