QISA BİOQRAFİK MƏLUMAT
1953-cü il yanvarın 12-də Bakı şəhərində anadan olub.
1960-1970-ci illərdə Bakı şəhəri 172 saylı tam orta məktəbdə təhsil alıb.
1970-1976-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Fars filologiyası” ixtisası üzrə təhsil alıb.
1974-1975-ci illərdə Əfqanıstan Respublikasında təcrübə keçib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1982-1986-cı illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dissertantı olub.
1987-ci ildə “Müasir Azərbaycan dilində işarə əvəzlikləri” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1993-cü ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1974-1975-ci illərdə Kabul xəstəxanalarında (Əfqanıstan) tərcüməçi.
1978-1983-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında laborant.
1983-1988-ci illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında laborant.
1988-1990-ci illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim.
1990-1993-cü illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında baş müəllim.
1993-cü ildən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti.
1988-1998-ci illərdə Respublika Qadınlar Cəmiyyətinin üzvü.
1998-2000-ci illərdə Azərbaycan Universitetində müəllim.
2002-2008-ci illərdə Azərbaycan İctimai-siyasi Universitetində müəllim.
TƏDQİQAT SAHƏSİ
Müasir Azərbaycan dili
Əcnəbilərə Azərbaycan dilinin tədrisi
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2007, Əskişəhər, Türkiyə. “Yunis Emre” Beynəlxalq simpoziumu.
2009, Ankara, Türkiyə. “Kırıkkale” Beynəlxalq simpoziumu.
2009, Qahirə, MƏR. “Eynüş Şəms” Universitetində treninqdə iştirak edib.
2012, Amasiya, Türkiyə. “Mir Həmzə Seyid Nigari “Qarabağdan Amasyaya könül körpüsü” Beynəlxalq simpoziumu.
2014, Bakı, Azərbaycan. “Mir Həmzə Seyid Nigari” Beynəlxalq simpoziumu.
2015, Ankara, Türkiyə. Bilkənd Universitetində «Türkçe-Edebiyat Öğretimi Metot ve Teknikleri Kursu»nda iştirak edib və sertifikata layiq görülüb.
2016, “Mədəni müxtəliflik: Dünya və Azərbaycan” Beynəlxalq elmi-praktik konfransı
2016, Bakı, Azərbaycan. Akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2016, Bakı, Azərbaycan. I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah” mövzusunda Respublika elmi konfransı.
2017, Bakı, Azərbaycan. BDU. Böyük Azərbaycan şairi M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmu “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi-praktik konfransı
2017, Şamaxı. Azərbaycan. 17-18 may, III Beynəlxalq H.Nigari Türk dünyası Mədəni İrsi Simpozyumu.
2018, Bakı, Azərbaycan. BDU. B.Çobanzadə - 125 “Azərbaycan dünən və bu gün” mövzusunda Beynəlxalq elmi konfransı.