HÜSEYN ABBAS OĞLU ƏSGƏROV

HÜSEYN ABBAS OĞLU ƏSGƏROV

HÜSEYN ABBAS OĞLU ƏSGƏROV

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT


 1958-ci ilin oktyabr ayının 14-də Naxçıvan rayonunda (indiki Babək rayonunda) anadan olub.
 1966-1976-cı illərdə Naxçıvan rayonunun Didivar kənd orta məktəbində təhsil alıb və orta məktəbi əla
qiymətlərlə bitirib.
 1976-1981-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin Türk filologiyası şöbəsində təhsil alıb və
Universiteti fərqlənmə diplomu ilə bitirib.
 1985-1987-ci illərdə hərbi tərcüməçi kimi ordu sıralarında hərbi xidmətdə olub.
 1998-ci ildən Bakı Dövlət Universitetində çalışır.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI


 1995-ci ildə „Azərbaycan dilində zərgərlik leksikası“ mövzusunda dissertasiya müdafiə edib və
filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
 2003-cü ildə dosent elmi adını alıb.
 2008-ci ildə “Azərbaycan dilində maddi mədəniyyət leksikası” mövzusunda dissertasiya müdafiə edərək
filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
 2012-ci ildə professor elmi adını alıb.


ƏMƏK FƏALİYYƏTİ


 1981-1984-cü illərdə təyinatla Sabirabad rayonunda Azərbaycan dili və ədəbiyyatı müəllimi.
 1984-1998-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi.
 1998-2001-ci illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim.
 2001-2003-cü illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında baş müəllim.
 2003-2012-ci illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında dosent.
 2012-ci ildən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professorudur.
 2003-2006-cı illərdə Binəqədi Rayon Təhsil Şöbəsinin müdiri.
 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavinidir.
 2014-2022ci ildən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri.

TƏDQİQAT SAHƏSİ


 Nəzəri qrammatika

 Azərbaycan dilinin tədrisi məsələləri


İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR


 1988, Bakı. Azərbaycan. APİ. Azərbaycan terminologiyası problemlərinə həsr olunmuş Respublika elmi konfransı
 1989, Azərbaycan dilçiliyinin aktual problemlərinə həsr olunmuş Respublika elmi konfransı
 1990, Bakı. Azərbaycan. “Azərbaycan dili müasir mərhələdə” mövzusunda Respublika elmi konfransı
 2004, Bakı. Azərbaycan. Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələlərinə həsr olunmuş Respublika elmi konfransı
 2008, Bakı, Azərbaycan. Prof. M.Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
 2009, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans
 2011, Qazan, Rusiya. “Türk dillərinin dialektologiyası, tarixi və qrammatik strukturu” mövzusunda Beynəlxalq türkoloji konfrans.
 2012, Leninqrad, Rusiya. A.S.Puşkin adına Leninqrad Dövlət Universiteti “Tərcümə, dil, mədəniyyət” mövzusunda IV beynəlxalq elmi-nəzəri konfrans.
 2016, Bakı, Azərbaycan. BDU. Azərbaycan xalqının Umummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı
 2016, Bakı, Azərbaycan. BDU. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr edilmiş “Müasir ürkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” Respublika elmi konfransı
 2018, Bakı, Azərbaycan. BDU. Görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlalın 110 illiyinə həsr olunmuş Respublika elmi-nəzəri konfrans
 2018, Bakı, Azərbaycan. BDU. Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası Respublika elmi konfransı

ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI


 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 1 oktyabr tarixli 2468 nömrəli
Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.


İCTİMAİ FƏALİYYƏTİ


 2006-cı ildən Fakültə Elmi Şurasının üzvüdür.
 2018-ci ildən BDU-nun nəzdində filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən D.02.181. Dissertasiya Şurasının üzvüdür.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət