QISA BİOQRAFİK MƏLUMAT
- 1973-cü il sentyabrın 23-də Naxçıvan MR Culfa rayonunun Göydərə kəndində anadan olub.
- 1981-1991-ci illərdə Culfa rayonu Göydərə kənd orta məktəbində təhsil alıb.
- 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
- 1998-ci ildən BDU-da çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1996-2000-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub.
- 2007-ci ildə «XIX əsr Azərbaycan lirikasında Füzuli ənənələri» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
- 2019-cu ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
- 1996-1998-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi.
- 1998-2016-cı illərdə BDU-nun Аzərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimi.
- 2014-2016-cı illərdə BDU-nun Filologiya fakültəsinin dekan müavini.
- 2016-cı ildən BDU-nun Filologiya fakültəsinin dekanı.
- 2017-2019-cu illərdə BDU-nun Аzərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosent əvəzi.
- 2019-cu ildən BDU-nun Аzərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti.
TƏDQİQAT SAHƏSİ
- Azərbaycan ədəbiyyatı tarixi
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR
- 1999, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
- 2003, Bakı, Azərbaycan. Ulu öndər H.Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycan filologiyası» mövzusunda Respublika elmi konfransı.
- 2010, Bakı, Azərbaycan. Cəfər Xandan Hacıyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.
- 2011, Bakı, Azərbaycan. Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.
- 2012, Bakı, Azərbaycan. M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.
- 2014, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı.
- 2015, Bakı, Azərbaycan. Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans.
- 2016, Bakı, Azərbaycan. Akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş «Azərbaycan filologiyası: İnkişafın yeni mərhələsi» mövzusunda Respublika elmi konfransı.
- 2016, Konya, Türkiyə. VI Beynəlxalq Müqayisəli Ədəbiyyatşünaslıq Konqresi.
- 2016, Bakı, Azərbaycan. I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş «Müasir türkologiya: dünən, bu gün və sabah» mövzusunda Respublika elmi konfransı.
- 2017, Bakı, Azərbaycan. AMEA-da Akademik Ağamusa Axundovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans.
- 2017, Bakı, Azərbaycan. BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda Respublika elmi konfransı.
- 2017, Bakı, Azərbaycan. BDU-da Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
- 2018, Bakı, Azərbaycan. BDU-da Görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlalın 110 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı.
- 2018, Bakı, Azərbaycan. Görkəmli türkoloq, professor Bəkir Çobanzadənin 125 illik yubileyinə həsr olunmuş "Azərbaycan dili: dünən və bu gün" mövzusunda Beynəlxalq elmi konfrans.
- 2019, Bakı, Azərbaycan. BDU-nun Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans.
- 2020, Bakı, Azərbaycan. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda Respublika virtual elmi konfransı, 22 may.
- 2021, Bakı, Azərbaycan. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin azərbaycançılıq ideologiyası filoloji fikir kontekstində” mövzusunda respublika elmi konfransı, 17 may.
- 2021, Bakı, Azərbaycan. “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans, 23-24 dekabr.