QISA BİOQRAFİK MƏLUMAT
- 1985-ci ildə Bərdə şəhərində anadan olmuşdur. 2003-cü ildə Bakı şəhəri “İngilis dilini dərindən tədris edən” 304 saylı orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- 2007 Bakalavriatura – Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirib.
- 2009 Magistratura – Azərbaycan Dillər Universitetinin Dilşünaslıq (İngilis dili) fakültəsini fərqlənmə diplomu ilə bitirib.
- 2016 Doktorantura – Azərbaycan Turizm və Menecment Universitetini bitirib
- 2023 Filologiya üzrə Fəlsəfə Doktoru
ƏMƏK FƏALİYYƏTİ
- 2007-2008 “Lucky Star” dil kursunda müəllim
- 2008-2016 “Çin Cənub Hava Yolları” Bakı nümayəndəliyində tərcüməçi və ofis meneceri
- 2016-2020 Qartal Tikinti Firmasında tərcüməçi və planlaşdırıcı kordinator
- 2021-ci ildən Bakı Dövlət Universiteti İngilis dili (humanitar fakültələr üzrə) kafedrasında müəllim
ELMİ TƏDQİQAT SAHƏSİ
- İngilisdilli turizm reklamlarının linqvopraqmatik xüsusiyyətləri
- 6 elmi iş, 1 tədris proqramının müəllifidir.
KONFRANS, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
- 2006 Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin keçirdiyi konfrans, Bakı;
- 2013 Tətbiqi dilçiliyin müasir problemləri mövzusunda respublika elmi-praktik konfransı, Bakı;
- 2013 Doktorantlar və gənc tədqiqatçıların XVIII respublika elmi konfransı, Bakı;
- 2014 XXI əsr mədəni paradiqması multimədəni aspektdə, respublika elmi-mədəni konfransı, Bakı;
- 2015 Xarici dillərin tədrisinin aktual problemləri, respublika elmi-mədəni konfransı, Bakı;
- 2016 Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri mövzusunda beynəlxalq elmi konfrans, Bakı;
- 2020 II International Ankara conference of scientific research, Ankara,
ELMİ ƏSƏRLƏRİ
- İngilisdilli turizm reklamlarında istifadə olunan işlək söz və ifadələr, Filologiya məsələləri, AMEA-nın Əlyazmalar İnstitutu, Bakı, 2012, №10, s.161-165;
- Turizm reklamında adresata təsirin linqvistik xüsusiyyətləri, Humanitar elmlərin öyrənilmə-sinin aktual problemləri, Ali məktəblərarası elmi məqalələr məcmuəsi, BSU, Bakı, 2013, №1, s.18-21;
- Reklam mətninin praqmatik aspekti, ADU-nun Elmi xəbərləri, Bakı, 2013, №4, s.67-71;
- İngilisdilli reklamlarda linqvistik yollarla inandırma strategiyası, ADU, Dil və Ədəbiyyat, Bakı, 2015, s.252-255;
- Reklamlar linqvistik planda (ingilis dili əsasında), ADU-nun Elmi xəbərləri, Bakı, 2015, s.55-58;
- Творческий язык в рекламе (на основе туристической рекламы в английском языке), Літератури світу: поетика, ментальність і духовність, Кривий Рiг, 2017, №9, s.5-12.